Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Xəbərin çap versiyası
Tarix: 23-10-2017, 15:57    |    Xəbər oxunub: 941 dəfə
Rusiyalı “Kommersant”:



Paytaxtlardan-səhifələrdən



Azərbaycana atəş açmaqda davam edirlər. Müxtəlif paytaxtlardan və kifayət qədər məşhur və sanballı Qərb nəşrlərinin səhifələrindən. Qəribə bir hiss yaranır, sanki hansısa görünməz və çox yaxşı maskalanmış siyasi qüvvə əlinə düşmüş istənilən beynəlxalq qalmaqaldan, yaxud geosiyasi təlatümdən istifadə edərək, rəsmi Bakıya qarşı əvvəlcədən hazırlanmış ittiham irəli sürür.

Belə təəssürat yarana bilər ki, Maltada məşhur jurnalist Dafna Karuana Qalisiyanın qətlə yetirilməsindən sonra yaranmış böyük beynəlxalq qalmaqala Azərbaycanın nə aidiyyatı ola bilər? Ama yox! Özünü rus liberalizminin səsi kimi qələmə verən Rusiyanın “Kommersant” nəşri Qalisiyanın ölümündə “Azərbaycanın korrupsiya izi”ni sezib.

Nəyə görəsə Rusiyanın liberal-oliqarx dairələrinin nüfuz dairəsinə düşmüş Qərb kütləvi informasiya vasitələrində əksəriyyət etibarilə bir versiya səslənirdi – Qalisiyanın ölümünün təhqiqatında Panama dösyesindəki qondarma “Azərbaycan epizodu”.

Rusiyalı “Kommersant”:


Azərbaycanın məsələyə nə aidiyyatı var?

Bəli, “Malta Independent”in reportyoru Dafna Kariana Qalisiya ICIJ Beynəlxalq təhqiqatçı jurnalistlər konsorsiumunun layihəsi çərçivəsində “Panama dosyesi”nin araşdırılması ilə məşğul idi və onun bir çox ölkələrin hökumətlərinin, dövlət başçılarının və onların ailə üzvlərinin, nüfuzlu oliqarxların və korporasiya rəhbərlərinin maraqlarına toxunan məqalələri bütün dünyada böyük rezonans doğururdu. Yeri gəlmişkən, Beynəlxalq təhqiqatçı jurnalistlər konsorsiumunun və OCCRP-nin (Təhqiqatçı Jurnalistika Mərkəzi) layihəsində SSRİ-nin ehtiyatda olan KQB zabiti – Aleksandr Yevgenyeviç Lebedev də özünün “Novaya qazeta”sı ilə görünmüşdü. Xarici Kəşfiyyat Xidmətinin zabiti Lebedev uzun müddət Londonda diplomatik rütbə altında çalışıb, sonradan isə liberal düşərgəyə keçid edərək, ən varlı rusiyalı milyarderlərdən birinə çevrildi və yenidən Londona yollandı – bu dəfə iki nəhəng Britaniya nəşrinin – “Independent” və “Evening Standard”ın sahibi qismində.

Rusiya KİV-ləri ilə, demək olar ki, eyni anda sovet kəşfiyyatçısının Britaniya nəşrləri də maltalı jurnalistin qətli barədə danışarkən diqqəti “Panama dosyesi”nin az nəzərə çarpan Azərbaycan epizodunda cəmləyiblər, halbuki öldürülmüş Dafnanın səs-küylü və rəngarəng təhqiqatları bir çox – Çin sədrindən tutmuş Ukrayna prezidentinə qədər, Rusiya prezidentindən tutmuş Böyük Britaniyanın baş nazirinə qədər, Səudiyyə Ərəbistanının kralından tutmuş Mərakeş kralına qədər, elə həmin Maltanın baş nazirindən tutmuş müxalifətinin liderinə qədər – dövlətlərin başçılarının maraqlarına toxunurdu... Qeyd etmək yerinə düşər, qlobal ofşor yuyucusunda Lebedevin özünün də şirkətlərinin adı hallanırdı.

Soruşan lazımdır, bura Azərbaycanın nə aidiyyatı var? Əgər ölümünə az qalmış Dafna Malta müxalifətini İtaliya mafiyası ilə əlaqələrdə günahlandırmışdısa və bundan sonra “WhatsApp” hesabına real hədələr almışdısa və bu barədə polisə məlumat vermişdisə, bilərəkdən diqqəti Azərbaycana yönəltmək və dünya ictimai fikrini cəlb etmək nəyə lazımdır?

Axı nüfuzlu italyan qəzeti olan “La Repubblica”nın məşhur təhqiqatçı jurnalisti Culiano Foskini az qala açıq mətnlə yazıb: “Liviyada başlayan və Maltadan keçməklə İtaliyaya çatan marşrut var – bu, Dafna Karuana Qalisiyanın qətlinə açar ola bilər. Bu marşrutla narkotiklər, neft nəql edilir, fahişələr və ilk növbədə dəfinələr adasının həyat qüvvəsi - pullar ötürülür”.

Dafnanın oğlu – səs-küylü təhqiqatların daha bir iştirakçısı – anasının qətlində Maltanın hazırkı baş nazirini ittiham edir?!

Rusiyalı “Kommersant”:


Lakin rusiyalı naşirlər bütün bu faktları görməzdən gəlir. Ya sahiblərinin göstərişi, ya da özlərinin inanclarını ortaya qoyaraq, onlar Panama işində “Azərbaycan epizodu”nu şişirdirlər.

Kommersant Usmanov

Oktyabrın 17-də başqa bir rusiyalı oliqarx Əlişir Usmanovun “Kommersant” qəzeti “Panama arxivi Maltada partladı” başlıqlı məqaləsini dərc etdi. Aydın məsələdir ki, “Kommersant” “Panama Papers”də öz sahibi – özbək mənşəli rusiyalı oliqarx barədə bir yığın ifşaedici materialı nəzərə almadı, əvəzində Azərbaycanın, BƏƏ-nin və nəyə görəsə Şərqi Avropa dövlətlərinin adlarının hallandığı şübhəli detalların üzərində dayandı.

2007-ci ildə Böyük Britanıyanın Özbəkistandakı səfiri Kreyq Mürreyin hamının eşidə biləcəyi tərzdə “Özbəkistan həbsxanasında 6 il yatmış qanqster, reketçi, heroin alverçisi və zorakı” adlandırdığı Əlişir Usmanovun qəzetində bəzi ölkələrdəki, o cümlədən Azərbaycandakı uydurulmuş korrupsiya sxemlərini real işlək sistem kimi təqdim edirlər. Bununla birlikdə, Usmanovun jurnalistləri “azərbaycanlı korrupsionerlər”, “Azərbaycanın kürü diplomatiyası” kimi terminləri tez-tez işlədir və bəzən hədələrə eyham edərək, oxucuları inandırmağa çalışırlar ki, “Azərbaycanın korrupsiya sxemləri HƏLƏ Kİ təhqiqatın məhkəmə mərhələsinə gəlib çatmayıb”! Məgər rusiyalı jurnalistlərə məlum deyil ki, “Panama Papers”in qalmaqallı materiallarının böyük hissəsi Rusiyadakı korrupsiyaya, Rusiya pullarının qeyri-qanuni olaraq Çində və Tayvanda yerləşdirilməsinə, Avropa şirkətləri ilə gizli sövdələşmələrə və s. həsr olunub? “Kürü dipolomatiyası”nın Panama dosyesi ilə nə əlaqəsi?

Rusiyalı “Kommersant”:


Lakin “Kommersant” öz məqaləsində yalnız iki yerdə, sanki nəzərə çarpmadan, təsadüfən, səthi olaraq, tənqidsiz leksikondan istifadə etməklə hansısa naməlum rusiyalı məmurları və dövlət qulluqçularını yad edir. Rusiyaya gələndə hər hansı korrupsiya qalmaqalını şişirtməyə ehtiyac yoxdur, hakimiyyətin ən yüksək pillələrinin nümayəndələrinə aid bəzi dosyeləri olduğu kimi dərc etmək kifayətdir. Lakin Azərbaycan KİV-ləri bunu etmir! Bəs Rusiyada güclü oliqarxlara yaxın KİV və qəzetlər nə edir? Diqqəti bircə Azərbaycanın üzərində cəmləyirlər!

Bəlkə “Kommersant” “Panama dosyesi”ni daha böyük diqqətlə öyrənsin, öz ölkəsindəki problemlər yükündən baş çıxarmağa başlasın və enerjisini boş və mənasız yerə Azərbaycana sərf etməsin?!

Son vaxtlar onsuz da aparıcı Rusiya KİV-lərində, habelə Qərbdəki rusiyalı oliqarxların nəzarətində olan qəzetlərdə Azərbaycanın ünvanına zəhərli məqalələr tez-tez görünməyə başlayıb. Son vaxtlar tirajlanan bütün anqajə olunmuş informasiyaların, xüsusən də “Kommersant”da dərc edilmiş, qətiyyən təsdiqlənmədiyini artıq əminliklə demək mümkün olan həmin məqalənin, Azərbaycan prezidentinin qızına aid olduğu iddia edilən hansısa firmadan pulların köçürülməsinə dair uydurma və böhtan xarakterli məlumatlardan ortaya növbəti xoş olmayan mənzərə çıxır: Rusiyada müəyyən dairələr məqsədyönlü şəkildə və bilərəkdən Azərbaycanın hakim elitasını gözdən salmağa çalışırlar.

Həmin bu dairələr lebedevçi nəşrlərin və digər qərb nəşrlərinin köməyi ilə Azərbaycana qarşı genişmiqyaslı kampaniya aparmaqdadır. Axı bu Azərbaycanla Rusiya arasında prezidentlər tərəfindən elan edilmiş strateji tərəfdaşlığın ruhuna ziddir! Rəsmi Bakı artıq bilir ki, bu kampaniyanı kim və hansı səbəblərə görə başladıb, nəyə görə hər münasib fürsətdə oxlar Azərbaycana tərəf tuşlanır.

Daha bir atəş

Diqqət yetirin, “Kommersant”ın açdığı atəşin ardınca dərhal digər rəsmi sayt - “Russia Today” media qrupuna daxil olan inosmi.ru Norveçin “Aftenposten” qəzetinin “Avropa Şurasında korrupsiya barədə Yaqlandı illər boyu xəbərdar ediblər” başlıqlı məqaləsinə dərin maraq göstərib. Həmin materialda Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri, SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun (QRU-nun məktəbi kimi tanınır) məzunu Arif Məmmədov danışır ki, diplomatik xidmətdə olduğu müddətdə Avropa Şurasının baş katibi ilə necə gizli görüşlər keçirib və ona Bakıdakı vəziyyətlə bağlı faktları sızdırıb.

Rusiyalı “Kommersant”:


Dünya KİV-lərinə atılmış feyk-xəbərlərin və qurama iddiaların, açılan atəşlərin və nüfuzdan salma cəhdlərindən vahid məntiqi zəncir, təşkil olunmuş zəhərləmə və ayrıca götürülmüş ölkənin qaralanması kampaniyası yaranır.

Bütün bunlara əlavə olaraq, Avropa Şurasının baş katibi, bütün gücünü Rusiyanın AŞPA-ya qaytarılmasına sərf edən Turbern Yaqland eyni ruh yüksəkliyi ilə Azərbaycanın Avropa institutlarında gözdən salınmasına yönəlmiş kampaniyasını genişləndirir. Hərçənd, insan haqları ilə məşğul olan qərb QHT-lərinin mövqeyinə görə, Azərbaycanda, eləcə də ağır Amerika sanksiyalarının altında qalan Rusiyada insan haqları ilə bağlı problemlər həll olunandır.

Belə çıxır ki, Yaqland onun qarşısına qoyulmuş vəzifəni yerinə yetirir - Azərbaycanın Qərb və Avropa ilə münasibətlərini mümkün qədər sürətlə və miqyaslı şəkildə korlamaq. Çox qəribədir, amma “Kommersant”ın və rus saytının, rusiyalı oliqarxların digər qəzetlərinin Dafnanın öldürülməsində “Azərbaycan epizodu”nu xüsusi qabartdıqları gün Turbern Yaqland da özünün “Facebook” səhifəsində “Azərbaycan epizodu”nu xüsusi vurğuladı.

Doğrudanmı Yaqland “Yuri” ləqəbli agentdir?

Vaxtilə gözəgörünməz cəbhənin rus döyüşçüləri - sovet kəşfiyyatçısı Lebedevin həmkarları Avropada gənc, perspektivli siyasətçiləri uğurla ələ alırdılar. Bir halda ki, 2000-ci illərin ortalarında italiyalı təhqiqatçı Mario Skaramella İtaliyanın baş naziri Romano Prodini (hazırda BMT Baş katibinin xüsusi nümayəndəsidir) SSRİ KQB-si ilə əlaqələrdə ittiham edirdi, bu özü hər şeyi deyir. Prodi bu ittihamdan heç də özünü təmizə çıxarmağa çalışmadı, praktiki olaraq İtaliya siyasətindən qaçmağa üstünlük verdi.

Lakin SSRİ KQB-si Skandinaviya ölkələrində xüsusilə fəal işləyirdi, o cümlədən ənənəvi olaraq sol ideyaların populyar olduğu Norveçdə. Məsələn, 2009-cu ildə əfsanəvi isveç jurnalisti Yanon Qiyu açıq etiraf etdi ki, 1960-cı illərdə KQB-nin sifarişi ilə ödənişli məqalələr yazırdı. Sovet kəşfiyyatçıları sol ideyaların populyar olduğu Skandinaviya ölkələrində özlərini çox rahat hiss edirdilər. Sovet kəşfiyyatının caynağına Norveçin gələcək baş nazirlərindən ən azı ikisinin keçdiyi məlumdur. Sovet kəşfiyyatının agenturasının məqsədi Şimali Atlantika sistemi ilə mübarizəyə girişən solçu komissarlar yetişdirmək idi.

Rusiyalı “Kommersant”:


Və onlardan biri də həmin Turbern Yaqland olub. 90-cı illərin ortalarında qaçqın sovet kəşfiyyatçısı, KQB-nin Birinci baş idarəsinin polkovniki Oleq Qordiyevski (1974-1985-ci illərdə gizlicə Britaniya kəşfiyyatına işləyib) Turbern Yaqlandın işi üzrə də çox mühüm ifadə verib. Qordievski əmin edirdi ki, Yaqland SSRİ KQB-sinə informasiyalar ötürürdü. Doğrudanmı, inandırıcı informasiyaya görə Yaqland “Yuri” ləqəbli agent olub?

Kim zəmanət verə bilər ki, Yaqland vaxtilə “iş verdikləri” ilə yenə də əməkdaşlıq etmir, informasiya ötürmür?!

Qordiyevskinin dediyi kimi, KQB ilə əməliyyat məlumatlarını bölüşən həmin Yaqland Azərbaycanın Avropa cəmiyyəti ilə möhkəm əməkdaşlıq körpülərini öz əlləri ilə yandırır. Əgər baş katibi dayandırmasalar, belə görünür ki, o, məqsədinə çatacaq, qarşısına qoyulmuş missiyanı uğurla yerinə yetirəcək. Nə qədər ki, gec deyil! Və rəsmi Bakı Avropa institutlarının rəhbərlərindən təxirəsalınmaz və təcili addımlar, qəti tədbirlər gözləyir...

Eynulla Fətullayev, Virtualaz.org



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Makedoniya Türk Hərəkat Partiyasının lideri:

Makedoniya Türk Hərəkat Partiyasının lideri: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”

Dəmiryolu vağzalındakı

Dəmiryolu vağzalındakı “TASTE” restoranında “MTN izi”-milyardların söhbəti

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Həbsdəki müstəntiq ata oldu

Həbsdəki müstəntiq ata oldu

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Azərbaycan OPEC-in iclasına dəvət olunub

Azərbaycan OPEC-in iclasına dəvət olunub

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

İlham Əliyev FIFA prezidentini qəbul edib

İlham Əliyev FIFA prezidentini qəbul edib

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur