Avropa Parlamenti Türkiyəyə yardımı azaldıb


Avropa Parlamenti Türkiyəyə yardımı azaldıb


Türkiyənin Avropa İttifaqına qəbulu proseduru "yerində saymağa” başladığına görə Avropa Parlamenti bu ölkəyə yardımı azaldıb. AZƏRTAC xəbər verir ki, 2018-ci ildə həmin yardımın məbləği 50-80 milyon avro azaldılacaq.



İlkin planlara əsasən, gələn il Türkiyənin islahatlar, infrastruktur və kənd təsərrüfatı ehtiyacları üçün Avropa İttifaqından 217 milyon avro alacağı nəzərdə tutulurdu. Avropa Parlamentinin bu məbləğin azaldılması haqqında qərarı hələ Avropa İttifaqına üzv ölkələrin hökumət və dövlət başçıları tərəfindən bəyənilməlidir, ancaq müşahidəçilər güman edirlər ki, bu yalnız rəsmiyyətdir.

Türkiyə tərəfindən Avropa İttifaqından alınan vəsait Avropa İttifaqına daxil olmağa namizəd ölkələrə dəstək göstərilməsi üzrə proqram çərçivəsində ödənilir. 2014-2020-ci illər ərzində Türkiyə Avropa İttifaqından demək olar ki, 4,4 milyard avro almalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu