Energetika naziri Robert Sekuta ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 13-11-2017, 16:35    |    Xəbər oxunub: 1 054 dəfə
Energetika naziri Robert Sekuta ilə görüşüb


Energetika nazirliyində energetika naziri Pərviz Şahbazovla ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta arasında görüş keçirilib.



Nazirlikdən verilən məlumata görə, iki ölkə arasındakı diplomatik münasibətlərin enerji sahəsində əməkdaşlıq əlaqələrinə böyük töhfə verdiyini vurğulayan P.Şahbazov ölkəmizin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasında ABŞ-ın rolunun hər zaman yüksək olduğunu bildirib. ABŞ vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsinin icrasında göstərdiyi güclü dəstəyi bu gün “Cənub Qaz Dəhlizi”, eləcə də onun mühüm bir seqmenti olan Trans-Adriatik boru kəməri layihələrində (TAP) davam etdirir. Avropada enerji təchizatının diversifikasiyasını təmin edəcək “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlər hazırda uğurla həyata keçirilir. Görüşdə bildirilib ki, Azərbaycanla ABŞ arasındakı strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur.

Nazir gələcəkdə bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi üzrə də böyük əməkdaşlıq potensialının olduğunu deyib. Bildirib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərdə, yeni texnologiyaların tətbiqində ABŞ-ın təcrübəsindən faydalanmaq olar.

R.Sekuta isə, Azərbaycan-ABŞ münasibətlərində enerji məsələlərinin əhəmiyyətli yer tutduğunu bildirib. Onun sözlərinə görə, qlobal enerji təhlükəsizliyinin təminatına yönələn layihələrlə Azərbaycan ABŞ-ın diqqətindədir. Bu diqqətin göstəricisi kimi ABŞ prezidenti Donald Trampın 28 May - Respublika Günü və XXIV Beynəlxalq "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı, eləcə dövlət katibi Reks Tillersonun “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının üçüncü iclası ilə əlaqədar məktublarını göstərmək olar.

“Cənub Qaz Dəhlizi”nin strateji əhəmiyyətindən bəhs edən səfir layihənin Balkan regionunun qaz təminatında da geniş imkanlar yaradacağını qeyd edib.

O, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişlə ölkəsinin Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi qalacağını bildirib. Yeni layihələrin bu tərəfdaşlığı daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. ABŞ yalnız Azərbaycanın maraqlarına cavab verən layihələrdə iştirak edərək, əməkdaşlıqda maraqlıdır, - deyə səfir qeyd edib. R.Sekuta “Azərbaycanın elektrik enerjisi bazarı haqqında” qanun layihəsinin hazırlanmasında Energetika Nazirliyinə bundan sonra da lazımi dəstəyin davam etdiriləcəyini söyləyib.

Görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti Vyana görüşü, neft bazarının inkişaf tendensiyaları, eləcə də enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bu il Xalça Muzeyini ziyarət edənlərin sayı 110 minə çatıb

Bu il Xalça Muzeyini ziyarət edənlərin sayı 110 minə çatıb

Yelkənçilərimiz İzmirdə təlim-məşq düşərgəsində iştirak edəcək

Yelkənçilərimiz İzmirdə təlim-məşq düşərgəsində iştirak edəcək

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb-

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb- VİDEO

Azərbaycanın ilk saat markasının təqdimetmə mərasimi keçirildi-

Azərbaycanın ilk saat markasının təqdimetmə mərasimi keçirildi- FOTOLAR

“Azərbaycanın görkəmli rəssamları” sərgisi “Nəriman Nərimanov” metro stansiyasında-

“Azərbaycanın görkəmli rəssamları” sərgisi “Nəriman Nərimanov” metro stansiyasında- “İncəsənətimizi təbliğ edək!"

“Şaxta babaya məktub”lar oxunacaq...

“Şaxta babaya məktub”lar oxunacaq...

18 dekabrda keçirilən hərracın nəticəsi:

18 dekabrda keçirilən hərracın nəticəsi: rəqabət dövlət əmlakının qiymətini 3 dəfə artırdı

Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd-

Ölüm bir dərd, Naxçıvana aparmaq başqa dərd- AZAL meyit çəkir

"Dəmir Yolları"nın işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda 5 gün iş olmayacaq

Azərbaycanda 5 gün iş olmayacaq

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur