Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb- FOTOLAR


Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb-


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndə heyəti Litva Respublikasında səfərdə olub. Səfərdə məqsəd əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərlə bağlı təcrübə mübadiləsinin aparılması olub.



Səfər çərçivəsində Litva Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəisi Yonas Gricius və müfəttişliyin digər rəsmiləri ilə görüş olub.

Görüş zamanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) layiqli əmək konsepsiyasının reallaşdırılması, sosial dialoqun inkişafı, Xidmətin potensialının artırılması, əmək hüquqlarının müdafiəsi yönündə görülən işlər barədə məlumat verib. Xidmət rəisi bildirib ki, ölkəmizdə əmək və məşğulluq sahəsində aparılan siyasət beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Bunun ifadəsi olaraq cari ilin iyun ayında Azərbaycan BƏT-in Rəhbər Orqanına üzv seçilib, eyni zamanda Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan bu Hesabatda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Ölkəmizdə əmək və sosial müdafiə sisteminin elektron texnologiyalar üzərində qurulduğunu qeyd edən F.Əlizadə 2014-cü ilin iyul ayından Azərbaycanda Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin fəaliyyət göstərdiyini, sistemin mühüm üstünlüklərini diqqətə çatdırıb.

Y.Gricius Azərbaycanda əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi, əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi yönündə aparılan işlərin onlarda maraq doğurduğunu, ikitərəfli əməkdaşlıq çərçivəsində bu sahədə təcrübə mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini vurğulayıb. Sonra Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi barədə təqdimat olub. Görüş iki qurumun fəaliyyətlərinə dair təqdimatlarla davam edib, təcrübə mübadilələri aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti Litva Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin iş şəraiti ilə də yaxından tanış olub.

Nümayəndə heyəti Litva parlamentinin əmək və sosial siyasət komitəsinin sədri Algirdas Sysas ilə də görüşüb. Azərbaycanda əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlar, əmək hüquqları sistemi, işçilərin hüquqlarının müdafiəsi yönündə görülən işlər barədə A.Sysasa məlumat verilib, müvafiq sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb-
Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb-
Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb-
Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb-
Əmək müfəttişliyi sahəsində Litva ilə təcrübə mübadiləsi aparılıb-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu