MSK sədri prezident seçkilərindən danışdı

Xəbərin çap versiyası
Tarix: 22-11-2017, 18:02    |    Xəbər oxunub: 579 dəfə
MSK sədri prezident seçkilərindən danışdı


“Azərbaycan ictimaiyyəti gələn il keçiriləcək prezident seçkilərini səbirsizliklə gözləyir. Ölkədə kifayət qədər partiyalar, kifayət qədər iddialı insanlar var. Yəqin ki, onlar prezident seçkilərində iştirak etməyə çalışacaqlar".

APA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, azad, ədalətli seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası bütün addımları atacaq: “Biz artıq gələn il üçün tədbirlər planı üzərində işləyirik. Yanvar ayının əvvəllərində tədbirlər planını rəsmi şəkildə təsdiq edəcəyik. İl ərzində bizim müxtəlif səpkili tədbirlərimiz olacaq. Aşağı seçki komissiyası üzvlərindən başlamış digər səlahiyyətli qurumlara qədər maarifləndirmə tədbirləri keçiriləcək. Eyni zamanda, cəzaçəkmə, tibb və müalicə müəssisələrində səsvermə ilə bağlı tədbirlər keçiririk ki, o insanların səsvermə hüququ pozulmasın. Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və prokurorluq orqanları ilə xüsusi komissiyalar təşkil edirik. Müraciətlərə baxılması, xoşagəlməz hallar baş verərsə, operativ ölçü götürülməsi baxımından bu cür əməkdaşlıq çox əhəmiyyətli olur. Prezident seçkiləri və referendumda Azərbaycan hüdudlarından kənarda olan vətəndaşlarımız da səs verməlidir. Xarici ölkələrdəki nümayəndəliklərdə məntəqələr yaradılacaq. Təsəvvür edin ki, seçkilərlə bağlı coğrafiya nə qədər genişdir. Çalışırıq ki, Azərbaycandan kənarda olan seçicilər diqqət mərkəzində olduqlarını hiss etsinlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur