Səfir: "Türkiyədən Ermənistana təyyarə rəysinin açılacağı xəbəri doğru deyil"


Səfir: "Türkiyədən Ermənistana təyyarə rəysinin açılacağı xəbəri doğru deyil"


Türkiyədən Ermənistana təyyarə rəysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil.

Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.

O bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: "O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir".

Qeyd edək ki, «Anadolu» agentliyinin saytında noyabrın 24-də “Türkiyə Hava Yolları” şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu