İzmirdə “Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçiriləcək


İzmirdə “Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçiriləcək


Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti və Egey Universiteti Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində “Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans təşkil olunacaq.



Konfrans 14 dekabr 2017 tarixində saat 15.00-da Egey Universitetinin Türk Dünyası Araştırmaları İnstitutunda keçiriləcək. Konfrasın açılış nitqini İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti sədri, Dr Asif Kurban, Ege Universitetinin rektoru, Prof. Dr. Necdet Budak edəcəklər.
Konfrans Azərbaycanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Xəzər İbrahimin geniş məruzəsi ilə davam edəcək.
Sonra isə səfir Xəzər İbrahimin İzmir rəsmiləri ilə görüşlərinin keçiriləcəyi gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu