"Dünya ölkələri Fələstini tanımalıdır”- Türkiyə XİN


"Dünya ölkələri Fələstini tanımalıdır”-


"Artıq bütün dünya ölkələri Fələstini tanımalıdır”

Bunu İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Türkiyənin xarci işlər naziri Mövlud Çavuşoğlu deyib.

BMT Təhlükəsizlik Şurasının daimi üzvünün, öz imzası olan qərarları pozduğunu qeyd edən Çavuşoğlu Fələstinin bütün dünya dövlətləri tərəfindən tanınmasının vacibliyini vurğulayıb: “Bunun üçün birlikdə səy göstərməliyik. Artıq bütün dünya ölkələri Fələstini tanımalıdır”.

M.Çavuşoğlu müsəlmanları ABŞ-ın bu qərarına səssiz qalmamağa çağırıb: “Biz heç bir zaman susmayacağıq. Bu zorakılıq sülh ehtimalını və birgə yaşayış zəminin yox edib. ABŞ-ın qərarı bizim üçün yox səviyyəsindədir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu