ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb

Xəbərin çap versiyası
Tarix: 15-12-2017, 12:39    |    Xəbər oxunub: 564 dəfə
ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb


Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanıb. Sənədi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva imzalayıblar.



Tədbirdə S.Müslümov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğunu və iqtisadiyyatın sosialyönümlü inkişafında əmək resurslarının məşğulluq imkanlarının artırılması pinsipinin ön planda saxlandığını vurğulayıb. Nazir respublikada aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinə, əmək bazarının inkişafına və layiqli əməyin təminatına yönələn kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahələrdə aparılan siyasətin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi və səmərəli icra mexanizminin formalaşdırılmasında, aktiv əmək bazarı proqramlarının hazırlanması və icrasında BMTİP və BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malikdir. Birgə aparılan işlər ümumilikdə BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn aidiyyəti məsələlərin həllində də uğurlu əməkdaşlıq təcrübəsinin yaranmasına imkan verib”.

S.Müslümov BMTİP ilə birgə 2002-2012-ci illərdə “Milli sosial müdafiə sisteminin inkişafı və Milli Məşğulluq Strategiyası üzrə nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi”, 2011-2015-ci illərdə “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihələrinin icra olunduğunu qeyd edib. O bildirib ki, ötən ilin aprelində növbəti dövr üçün “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi imzalanaraq icrasına başlanılıb: “BƏT-lə əməkdaşlıq əlaqələri də getdikcə güclənir. Bu mötəbər beynəlxalq təşkilatın Konvensiya və Tövsiyələrindən irəli gələn prinsiplərin milli qanunvericilikdə tətbiqi istiqamətində mühüm addımlar atılıb. “2016-2020-ci illər üzrə əməkdaşlıq prioritetlərini və çərçivəni müəyyən edən ikinci Layiqli Əmək üzrə Ölkə Proqramı BƏT-lə əməkdaşlıqda yeni bir inkişaf mərhələsi açıb. Ölkəmizdə məşğulluq xidmətləri üzrə potensialın gücləndirilməsində, aktiv əmək bazarı proqramlarının, xüsusilə özünüməşğulluq proqramının icrasında BƏT-lə fəal əməkdaşlıq həyata keçirilir. 2017-ci ilin iyun ayından Azərbaycanın BƏT-in İdarə Heyətində təmsil olunması ölkəmizin bu Təşkilatla ötən dövrdə sıx və səmərəli əməkdaşlığına, respublikamızda əmək və məşğulluq sahələrində mütərəqqi yanaşmalar əsasında aparılan məqsədyönlü işlərə verilən yüksək beynəlxalq dəyərin ifadəsidir”.

Nazir imzalanan Niyyət Məktubunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMTİP və BƏT arasında müvafiq fəaliyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məramını ifadə etdiyini vurğulayıb.

Q.İsakzai BMT-nin bütün ölkələrə 2030-cu ilədək Dayanıqlı İnkişaf Proqramından irəli gələn öhdəliklərin yerinə yetirilməsində və öz milli prioritetlərini bu Məqsədlərə uyğunlaşdırmaqda davamlı olaraq dəstək göstərdiyini bildirib. O, Azərbaycanda əmək resurslarının səmərəli məşğulluğunun təminatı sahəsində aparılan işləri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini vurğulayıb. O.Kulayeva Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını yüksək dəyələndirib, Təşkilatın ölkəmizdə aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi üçün aparılan işlərə yaxından dəstək verməkdə maraqlı olduğunu qeyd edib.

Niyyət Məktubunda BMTİP və BƏT-in məşğulluq, aktiv əmək bazarı proqramları sahələrində və ümumilikdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında fəaliyyətlərini genişləndirməkdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə aktiv əmək bazarı proqramlarını, xüsusilə də özünüməşğulluq proqramını idarə etmək potensialını artırmaqda maraqlı olduqları bildirilir. Sənəddə Azərbaycan Respublikasında özünüməşğulluq proqramının həyata keçirilməsi və genişləndirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək istəyi əksini tapır. Qeyd olunur ki, gözlənilən nəticə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə gündəliyin, məşğulluq strategiyasının və özünüməşğulluq proqramının həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək göstərilməsinə yönələn, bir-birini tamamlayan və bir neçə məqsədə eyni zamanda nail ola bilmək imkanı verən layihələr və təşəbbüslər olacaqdır.

ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir-

Borsunluda sahələri susuz qoyan birlik dövlət büdcəsinə borcunu ödəmir- ARAŞDIRMA

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

ƏƏSMN e-xidmətlərdən istifadə ilə bağlı sorğu keçirib

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı: “Ağamalı özünü baron Münhauzen kimi aparır”

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı-

Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı- FOTOLAR

AŞPA-nın yeni prezidentinin adı məlum olub

AŞPA-nın yeni prezidentinin adı məlum olub

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir-

FHN-in əməkdaşı “cücə oğurluğu”nda ittiham edilir- ŞİKAYƏT+FOTO

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək?

Alpinistlərin getdiyi ərazilərdə qar nə vaxt əriyəcək? AÇIQLAMA

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Dilçilik institutunun rəhbərləri “Dövlət dili” qanununu niyə təhrif edirlər?

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Azərbaycanda 14 yaşına qədər uşaqlara dərman satışı qadağan edilə bilər

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur-

Sumqayıtda icra başçısının müavini sahibkarlığı boğur- ŞİKAYƏT

Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Bu BOKT-ların internet səhifəsi yoxdur

Bu BOKT-ların internet səhifəsi yoxdur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur