Gürcüstan XİN: “Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşıdır”


Gürcüstan XİN:


“Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşıdır”. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Gürcüstan-Azərbaycan münasibətlərinin 25 illiyi ilə bağlı yaydığı bəyanatda deyilir.

XİN-in bəyanatında qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: “İki ölkə siyasi, iqtisadi və humanitar sahələrdə fəal olaraq həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq edir. Gürcüstan Azərbaycanın enerji resurslarının istehlakçısı, həmçinin onların tranziti üçün etibarlı tərəfdaşdır”.

Bəyanatda həmçinin vurğulanıb ki, Azərbaycan Gürcüstanın ilk 10 ticarət tərəfdaşı arasında 4-cü yeri tutur və cari ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 744,298 milyon dollar təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu