Azərbaycan-Aİ danışıqlarının vaxtı məlum oldu


Azərbaycan-Aİ danışıqlarının vaxtı məlum oldu


Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) rəhbəri Henrik Hololey 27-30 yanvar tarixlərində Azərbaycana səfər edəcək.

AFN xəbər verir ki, bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Siyasi və sosial məsələlər, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis deyib.

Onun sözlərinə görə, səfər zamanı H.Hololey Azərbaycan və Avropa İttifaqı arasında aviasiya sazişi üzrə müzakirələr aparacaq.

Daha öncə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd etmişdi ki, Avropa İttifaqı Azərbaycanla aviasiya sazişinə 2018-ci il yanvar ayının ikinci yarısında imza atmaq niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu