Orta Şərq “şeytanı”: CNN-in Arvası...


Orta Şərq “şeytanı”:


AFN türk araşdırmaçı-jurnalist, ictimai xadim Banu Avarın “Zenberek” kitabından tərcüməni təqdim edir:

Ekranlarda izlədiklərimiz, dünya mətbuatında gördüklərimiz əsl həqiqətdə bir nəticədir. Yeməyin süfrəyə gətirilməsi kimi. Yeməyi bişirənlər Vaşinqtonda, Təl-Əvivdə, Lanqleydə, Londondadır. Yeməyin bişmə müddətimi?

Qlobal əfəndilər hədəf seçdikləri ölkədə əvvəlcə BMT-nin məsum simalı təşkilatları, parladılmış jurnalistlər vasitəsilə hərəkətə keçirlər. İnsan haqları dərnəkləri, yardım cəmiyyətləri, sərhəd tanımayan jurnalistlər, sərhəd tanımayan həkimlər kimi qlobal kəşfiyyat və provakasiya ünsürlərini meydana çıxarırlar. Cəmiyyətin hər qrupundan olan insanlara yardımlar, hədiyyələr verməklə yaxınlaşırlar. Uşaqlara təhsil, qadınlara azadlıq, etnik qruplara muxtariyyət vəd edərək separatçılıq qığılcımını yandırırlar. Qlobal mətbuat, televiziyalar və sosial şəbəkələr görünməz iplərlə ölkələrdəki bu iç-içə keçmiş quruluşlarla lazım olan münaqişə zəminini hazırlayırlar.


Əvvəli bu LİNKDƏ

Səhnədəkilərin media qanadındakı daha bir nümunəsi-Arva Damon, CNN-in yeni Amanpurudur. Həyat hekayəsi kifayət qədər rənglidir. Uşaqlığı atası İstanbulda işlədiyi üçün orada keçib. Boğaziçi Universitetindən məzun olub və xırda sənaye sahsəsində işləyərkən jurnalist olmağa qərar verib. 2003-cü ildə ABŞ ordusuna Amanpur kimi “ilişdirilmiş” jurnalist olaraq Bağdada müharibənin içinə yollanıb. Yəni o da artıq “ilişdirilmiş” jurnalist idi. Türkiyədə olsaydı qiyamət qopardı. Hərbçiləri mədh edən jurnalist “faşist” damğası yeyər, ordu ilə savaşa qatılan jurnalist deyə ömür boyu palçıq atılardı. Amma amerikalı üçün bu qürur mənbəyi idi. Damon 2006-cı ildən bəri gah İstabul, gah da Beyrut bürosunda CNN-in ən effektli müxbirlərindən biridir. 2016-cı ildə Emmy mükafatı aldı. Bildiyimiz kimi, Emmy mükafatı çoxmillətli şirkətlər və banklar tərəfindən dəstəklənir, onların mənfəətlərinə ən yaxşı xidmət edənlərə təqdim edilir.
Damon qlobal şəbəkənin sadiq xidmətçisidir. Anası suriyalıdır. Babası Muhsin əl-Barazi İsrail ilə gizli ünsiyyət saxlayan o dövrdəki çevriliş hökumətinin kürd əsilli baş naziridir. 1949-cu ildə çevriliş zamanı güllələnmişdir. Buna görədir ya yox, nəvəsi Arva çox ciddi bir PKK terror təşkilatı tərəfdarıdır. Qəndildən onlarla sifariş alınmış xəbərə imza atmışdır. Aktütün sərhəd postunda şəhid olan 17 türk əsgərinin xəbərini CNN-də “azadlıq savaşçısı PKK-nın hücumu nəticəsində 17 nəfər öldü” şəklində vermişdi.

Damonun zəfər rəqsi!
Tez-tez PKK düşərgələrindən xəbərlər verdi və düşərgələrdəki qadınları “azadlıq əsgərləri qadınlar” kimi tanıtmağa səy göstərdi. Qanlı terror aktlarından sonra terroristlərin sevinc içində rəqs etmələrini xəbər materialı kimi verdi. Əylənən PKK-lı qatillərin göstərildiyi xəbərlərdə başlıq “Zəfər rəqsi” idi!
Suriyadan verdiyi yalan xəbərlər Əl-Cəzirədə də yayımlandı və bəzi dürüst jurnalistlər bu və oxşar yalan xəbərlərdən sonra Əl-Cəzirədən istefa verdilər. İstefa edənlərdən biri Musa Ahmed gələn xəbərlərin çoxunun dəyişdirildiyini, müxbirlərin Humusda balaca uşaqdan sanki ağır yaralanmış kimi rola girməsini istədiklərini, Suriyada müxaliflərin öldürdüyü mülki adamların görüntülərinin suriyalı əsgərlər tərəfindən həyata keçirilən qətliam kimi təqdim edildiyini açıqlamışdı. Əl-Cəzirə Beyrut büro şefi Həsən bin Cidda da Əl-Cəzirənin bir Amerikan təbliğat aparatı olduğunu açıqlayaraq istefa vermişdi.
Əl-Cəzirədən istefa edən başqa bir jurnalist Əli Haşim Livandan Suriyaya gedən silahlı müxaliflərin fotolarını çəkdiyini və bunların heç birinin yayınlanmadığını, rəhbərliyin ondan gördüklərini unutmasını istədiyini demişdi. Bu media qrupları sadəcə Damon və onun kimi müxbirlik edən jurnalistlərin videolarını yaymaqla mükəlləf idilər.
Arva Damon Suriyadan onlarla həqiqəti əks etdirməyən “xəbər”i dünya ekranlarına çıxaran “müxbir”lərdən sadəcə biridir. Neft boru xəttini yandırıb yarım saat sonra dumanlar onları qane edən səviyyədə çıxdığında “Əsədin təyyarələri şəhəri bombaladı!” şəklindəki xəbərləri ilə şöhrətə sahib olmuşdurlar.
Hazırladığı xəbərlərə üsyan edən dürüst və vicdanlı jurnalistlər Bəhreyndə uşaqları kameranın qabağına yığıb oranı Suriya qaçqın düşərgəsi kimi qələmə verdiyini, “Əsədin zülmü” deyə başlıq verərək yayınlanan xəbərlər arasında bir çoxu yalan xəbərin isbat edildiyini yazdılar.
Suriya qana bulandığında silahlı kürd qrupların qəhrəman obrazını yaradan onlarla xəbər hazırlamış, ictimai rəy də bu xəbərlərə inanmışdı.
Suriyadakı münaqişənin başlanğıcında kürd silahlı qruplarla “Azad Suriya Ordusu” adını alan “ilıq müxaliflər”, CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) və ABŞ-ın Adana konsulunun məharəti ilə masa arxasında oturdulmuşdu. Arva prosesi ən yaxından izləyənlərdən biri idi. “Rojava və Kobani” kantonlarının kürdləşdirilməsi prosesində “Cani İŞİD-ə qarşı mücadilə edən qəhrəman kürd müxaliflər” başlıqlı xəbərləri hazırlamağa davam etdi.
Bütün bu xəbərlərin arxa planını Amerikan düşüncə quruluşlarının mötəbər adamı Orta Şərq mütəxəssisi Soner Çağaptay (ABŞ kəşfiyyatının və qlobal şirkətlərin dəstəklədiyi “düşüncə quruluşu”Washington İnstitutunun Türkiyə və Yaxın Şərq mütəxəssisi) ən açıq şəkildə dilə gətirmişdi. 2014-cü ildə İŞİD-in Mosulda türk Konsulluğuna basqın etməsi və konsulluq əməkdaşlarının qaçırılmasının ardından belə yazmışdı: “Son günlərdə Türkiyə avtonom (muxtar) Kürdüstan fikrinə heç də uzaq dayanmır. İŞİD-in “məcbur etməsi” nəticəsində Türk-kürd əlaqələri nöqtəsinin yaranması çox yaxın görünür... İŞİD sayəsində Ankara ilə İraq kürdləri xeyli yaxınlaşdı. Mosul konsulu və konsulluq əməkdaşlarının qaçırılması Ankara-Ərbil ittifaqını sağlamlaşdırdı. Orta Şərqdə İŞİD Türkiyə üçün İraqdakı müstəqil Kürdüstandan daha böyük bir təhlükədir!.. Bu, Suriya və İraqdakı kürdlərlə Ankaranı ittifaqa aparacaq. Suriyalı kürdlər ilə Ankaranın arası soyuqdur, amma Suriyadakı kürdlər PKK ilə birlikdə İŞİD-ə qarşı birlik yarada bilərlər. Bunun üçün Türkiyə həm İraqlı kürdlərlə həm də BDP (o dövrdə Türkiyədəki kürd partiyası) ilə arasını xoş vəziyyətdə saxlamalıdır”.
Bu analiz Amerikan planlarını ən açıq şəkildə ifadə edən analizlərdən biridir. Və bölgədəki dörd ölkədən qoparılacaq torpaq parçaları ilə qurulacaq kukla dövlət üçün süfrədəki və mətbəxdəki səylərin hədəflədiyi nəticəni göstərməkdədir. Amanpur və Damon kimi jurnalistlər bu hədəfləri qoyanların qabaqda irəlidə gedən fiqurlarıdır. Arxa planda çalışanlar da vardır.
Ardı var...

Orta Şərq “şeytanı”:

Orta Şərq “şeytanı”:


Fəridə CƏFƏR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu