Prezidentin “Cümhuriyyət ili” qərarına siyasilərin münasibəti

Xəbərin çap versiyası
Tarix: 11-01-2018, 20:29    |    Xəbər oxunub: 746 dəfə
Prezidentin “Cümhuriyyət ili” qərarına


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev 2018-ci ili Azərbaycanda “Cümhuriyyət ili” elan edib. Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

AFN ölkə siyasətçilərinin qərarla bağlı fikirlərini təqdim edir.

Azərbaycan Demokratiya və Rifad (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib ki, bu, yalnız hazırkı hakimiyyətə deyil, bütövlükdə Azərbaycan xalqına lazımlı qərardır: “Hesab edirəm ki, 2018-ci ilin Cumhuüriyyət ilinə çevilməsi həm də 100 il bundan əvvəl bərqərar olmuş ADR-in ənənələrinin təzələnməsi, dəyərlərinin tətbiqi, ideyalarının gerçəkləşdirilməsi ilə yadda qalmalı, ADR-i quranlara və onu yaşadanlara münasibətdə xüsusi anım tədbirləri həyata keçirilməlidir. Biz ADR Hərəkatı olarq bu istiqamətdə artıq ötən il qərar qəbul etmiş, təsdiqlədiyimiz tədbirlər planına uyğun olarar tədbirlər keçirməyə başlamışıq. Təbii bu qərar bizim kimi ictimai-siyasi təşkilatların da fəaliyyətinin aktivləşdirilməsi üçün əsaslar yaratmalıdır”.

Siyasətçi Nəsimi Məmmədli bildirdi ki, bu qərar cəmiyyətin əksəriyyəti tərəfindən müsbət qarşılanacaq azsaylı qərarlardan biri olacaq: “Çünki ölkəmizin fəal və siyasi təfəkkürü formalaşan bütün insanları üçün cümhuriyyət dəyərləri ən müqəddəs ictimai-siyasi, mənəvi dəyərlər sistemidir. Xalqımızın tarixi yaddaşında dərin izlər buraxan, altşüurumuzda uzun illər əlçatmaz arzu kimi yaşayan cümhuriyyət dəyərləri bu günümüzə qədər gəlib çatdı. Nə qanlı sovet repressiyaları, nə də qondarma kommunizm ideyaları onu unutdura bildi. İlk fürsətdə xalqımızın fədakar övladları bu arzunu ağır itkilər bahasına olsa da, yenidən reallığa çevirə bildilər”. N.Məmmədlinin sözlərinə görə, tarixi baxımdan qiymətləndirmə etsək, bütün dövrlərlə müqayisədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ən nəhəng tarixi nailiyyətimizdir: “AXC şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublika quruluşunu yaradan, tarixi fürsətdən yararlanıb istiqlaliyyətimizi elan edən, xalqımızın müstəqillik əzmini dünyaya çatdıran bir siyasi fenomendir. Xalqımızın siyasi şüur səviyyəsini göstərən, tarixi, intellektual və mədəni potensialını ifadə edən, yüksək istedad və qabiliyyətini üzə çıxaran çox qiymətli mirasdır”.
Bu qərarın qəbulunun hansı zərurətdən irəli gəlməsi və təsirlərinə gəldikdə siyasətçi bildirdi ki, qərar ölkənin ictimai-siyasi həyatına müsbət və əhəmiyyəti müzakirələr gətirməsi baxımından yadda qala bilər: “Əgər bütün maraqlı və qarşı-qarşıya olan tərəflər istəsələr o mühiti yaratmaq mümkündür. Aydındır ki hakimiyyətdə olan qüvvələrin Xalq Cümhuriyyətinə baxışı cəmiyyətin fəal kəsimi tərəfindən mütəmadi olaraq narahatlıqla qarşılanıb. Açıq görünür ki, iqtidar bu tarixi nailiyyətə anlaşılmaz bir qısqanclıqla yanaşıb və ya ümumiyyətlə o dövrdən çox az danışmağa üstünlük verib. İqtidarın indiyə kimi müşahidə edilən davranışlarını analiz etsək, elə görünür ki, AXC-nin 100 illiyində bu addımın atılması ictimai məcburiyyətdən doğub. Tariximizə damğasını vuran olayları bir-bir sadalamadan deyim ki, Xalq Cümhuriyyətinin yaranması onlardan birincisidir və onu xatırlamaq üçün 2018-ci ili gözləmək lazım deyildi. 27 ildir müstəqilliyimiz bərpa edilib, ancaq AXC dəyərlərinin dərindən mənimsənilməsi üçün heç bir ciddi addım atılmayıb. Cümhuriyyəti quran mütəfəkkirlərin adı çox xəsisliklə əbədiləşdirilib. Hətta M.Ə.Rəsulzadənin 130 illiyi münasibətilə adının əbədiləşdirilməsi və tədbirlərin keçirilməsi ilə bağlı prezidentin imzaladığı 22 noyabr 2013-cü il tarixli sərancamı da kağız üzərində qaldı. Bu gün ölkəmizdə nə “Cümhuriyyət Muzeyi”, nə də onun banilərinin abidəsi var”.
N.Məmmədli onu da vurğuladı ki, AXC-ni dünyaya tanıtmaqla ölkəmiz və xalqımız barədə dolğun münasibət yarada bilərik: “Azərbaycan xalqı müsəlman-şərq xalqlarına bir örnək oldu, müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, dünyəvi dövlət modelini 100 il öncə nümunə kimi təqdim etdi. Hətta Avropanın bir çox ölkələrindən xeyli öncə qadınlara seçib-seçilmək hüququ verməklə, bütün dünya demokratiyasına, insanlıq adına böyük töhfə verdi. Sovet Rusiyasının işğalı ilə süqut etsə də yaratdığı dəyərlər əbədi yaşamaqdadır. Cümhuriyyət dəyərlərinin öyrənilməsi və mənimsənilməsi dövlətlə yanaşı hər bir sahədə çalışan insanların da ən əsas mənvi vəzifəsi olmalıdır”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov azvision.az-a məsələni dəyərləndirərkən bildirib ki, ölkəmiz müstəqillik elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinə həm ümummilli lider Heydər Əliyev, həm də prezident İlham Əliyev çox yüksək qiymət verib.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları daim yüksək tutulub. Onların adlarının əbədiləşdirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının abidələrinin hazırlanması və bu kimi digər məsələlər həmişə Azərbaycanda yüksək qiymətləndirilib. O cümlədən, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq həm ilin elan olunması, həmçinin görülən işlər, tədbirlər planı buna bir daha bariz nümunədir”, - millət vəkili bildirib.

S.Novruzov vurğulayıb ki, prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə bir daha dövlətçiliyimizə, ənənələrimizə, Azərbaycan xalqının müstəqilliyinə töhfə verdi: “Ayrı-ayrı adamlar bundan istifadə etməyə çalışırlar. Qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının sərvətidir. Bu, hansısa dərnəyin, partiyanın, təşkilatın, qurumun ayrılıqda özəlləşdirdiyi məfhum deyil. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli, mənəvi, dövlətçilik dəyərdir, dövlətidir. Kimsə partiyasının adını, o vaxtkı partiyanın adı ilə adlandıra, özünü ona oxşada bilər. Bütövlükdə Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın sərvətidir. Məhz 1991-ci il 18 oktyabrda qəbul olunan konstitusiya aktında da göstərilir ki, müasir Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir. Yəni, varis dövlətdir. Varislik dövlətə məxsusdur. Ümumilikdə isə Prezident 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyətiİli” elan etməklə bir daha dövlətçiliyimizə, ənənələrimizə, Azərbaycan xalqının müstəqilliyinə töhfə vermiş oldu. Hesab edirəm ki, bununla bağlı tədbirlər çox yüksək şəkildə icra strukturları tərəfindən tədbirlər planı hazırlanaraq keçiriləcək”.

İLKİN




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar-

Zərdab sakinləri rayonda təhsilin vəziyyətindən narahatdırlar- prezidentə ŞİKAYƏT

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib-

Beş günlük körpə valideynləri tərəfindən tərk edilib- SUMQAYITDA+VİDEO

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Cahangir Hacıyevin vəkilləri cəzalandırıldı

Prezident Vahid Ələkbərovla görüşüb

Prezident Vahid Ələkbərovla görüşüb

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu-

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu- VİDEO

Satışdakı xəz dərilərin 40 faizi

Satışdakı xəz dərilərin 40 faizi SAXTADIR!

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı

Qərərgahdan alpinistlərin axtarışı ilə bağlı YENİ MƏLUMAT

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi hissədə işgəncə görən erməni əsgər qaçıb

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Hərbi Məcəllənin MM-də müzakirəsi gözlənilir

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Azərbaycanın tanınmış vəkilinin fəaliyyəti dayandırılıb

Həzi Aslanovun anım mərasimi keçirilib-

Həzi Aslanovun anım mərasimi keçirilib- FOTOLAR

Çaylarda suyun səviyyəsi açıqlanıb

Çaylarda suyun səviyyəsi açıqlanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur