İham Əliyev Davosda çıxış edəcək


İham Əliyev Davosda çıxış edəcək


Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi iqtisadi forumda iştirak etmək məqsədilə Davosa səfər edəcək.



Azərbaycan Prezidenti Davosda “Strateji proqnoz: Avrasiya” sessiyasında çıxış edəcək.

Müzakirələrin yanvarın 23-ü yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Davos forumu yanvarın 23-26-da keçiriləcək.

Ümumiyyətlə, hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir. Forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu