Qars və Moskva müqavilələrində Naxçıvanın yeri


Qars və Moskva müqavilələrində Naxçıvanın yeri


Qars müqaviləsi Sovetl İttifaqı zamanında birliyin himayəsində olan 3 respublika: Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə Cumhuriyəti arasında 13 oktyabr 1921-ci ildə imzalanan müqavilədir. Qars müqaviləsi ilə şərq sərhədləri konkret olaraq müəyyənləşdirilmiş, daha əvvəllər bir neçə dəfə Türkiyə Böyük Millət Məclisi (TBMM) hökumətini məşğul edən Şərq Cəbhəsi erməni problemi kimi məsələləri də ortadan qaldırmışdır.



Qars müqaviləsi TBMM, Sovetl İttifaqı, Ermənistan, Azərbaycan və Gürcüstan adından iştirak edən nümayəndələr tərəfndən Qars Konfransında müzakirə edilərək imzalanmışdır. 20 maddədən və əlavələrindən ibarət olan Qars müqaviləsi əslində təməl olaraq Moskva müqaviləsinin maddələrinə əsaslanır. Amma erməni problemi kimi regional və TBMM-ni daha çox maraqlandıran məsələləri müzakirə etmək üçün bir az da detallandırılmış və fərqli müqavilə halını almışdır. Konfransa TBMM tərəfindən Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşa rəhbərliyində, müqavilənin müzakirə ediləcəyi məsələlər üzrə mütəxəssislər və irəli görüşlü insanların təşkil etdiyi bir heyət getmişdir. Azərbaycanı isə Behbud Şahtaxtinskinin rəhbərlik etdiyi heyət təmsil etmişdir. Digər ölkələrdən də eyni şəkildə səlahiyyətli şəxslər iştirak etmişlər.

Qars Müqaviləsinin maddələri:

- İstanbul təhlükəsiz olduğu müddət ərzində Boğazda ticarət fəaliyyəti həyata keçirilə bləcək.
- Azərbaycan türklərinin yaşadığı Naxçıvan bölgəsinə muxtariyyət veriləcək
- Batumi Gürcüstana veriləcək
- Müqavilə tərəfləri müqavilədəki hər hansı bir dövlətin tanımadığı müqaviləni tanmayacaq.
- Hər bir dövlət öz himayəsindəki qarşı dövlətin vətəndaşlarına yaxşı davranacaq, azlıq hüquqlarına təminat verəcəkdir.

Qars müqaviləsinin önəmi.

Qars müqaviləsi tarixdə üzərində çox müzakiər aparılmayan, problemsiz şəkildə imzalanıb həll edilən bir müqavilə olsa da son dərəcə önəmlidir.
Qars müqaviləsi iki Türk dövləti: Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır. O dövr üçün ermənilərin yaradacaqları problemlərin qarşısının alınması üçün əhəmiyyətlidir. O gündən bu yana müqavilə dəyişikliyə ehtiyac duyulmadan müəyyən edilən sərhədlər qorunub saxlanmışdır. Qars müqaviləsinin Türkiyə üçün itkisi Misaq-i Milli sərhədləri içində yer alan Batuminin prinsiplərdən güzəştə gedilərək gürcüstana buraxılmasıdır.

Yalnız burada qeyd edilməli bir məsələ var: Sovetl İttifaqı dağıldıqdan sonra müstəqillik əldə edən Ermənistan müqavilənin Sovetl İttifaqı tərəfindən imzalandığını bəhanə göstərərək Qars müqaviləsinin tanımaqdan imtina etmişdir. Bu gün Ermənistana görə hüquqi əhəmiyyət daşımalı olan müqavilə Sevr müqaviləsidir. Dağlıq Qarabağ bölgəsinin işğalı başda olmaqla Azərbaycana qarşı terror və silahlı hücumlarının qaynağı da Ermənistanın Qars Müqaviləsini tanımamasıdır.

Moskva müqaviləsi

Türkiyə Böyük Millət Məclisi (bundan sonra TBMM) və Rusiya arasındakı qarşılıqlı mənfəətlər adına 16 mart 1921-ci ildə imzalanmış bir müqavilədir. Rusiyanın komunist inqilabına məruz qalması səbəbi ilə müharibədən çəkilməsi, İttifaq (Britaniya İmperatorluğu, Fransa və Rusiyadan ibarət olan və I Dünya müharibəsində iştirak edən müharibə ittifaqı) dövlətlərinin sərt reaksiyasına səbəb olmuşdu. Rusiyada qurulmuş Sovet rejiminə qarşı çıxan İttifaq dövlətləri Anadolunu işğal etməyə başlamışdı. İki ölkənin də düşmanına çevrilən İttifaq dövlətləri TBMM və Rusiyanın bir-birlərinə yaxınlaşmasına səbəb olmuşdu. Özünü cənubda və Boğazlarda qarantiya etdirmək istəyən Rusiya özünə müttəfiq ölkə axtarışına başlamışdı.

TBMM-nin ermənilər və Yunanlılara qarşı qazandığı qələbələr Rusiyanın TBMM-ni axtardığı müttəfiq olaraq görməsinə səbəb olmuşdur. TBMM də imperialist ölkələrlə mücadilə içində olduğundan iki ölkə bir-birinə yaxınlaşdı. Bu səbəblərlə rusiyaya getmiş TBMM heyəti ilə Rusiya hökuməti arasında Moskva müqaviləsi imzalanmışdır. Türkiyə üçün çox çox önəmli yeri olan müqavilə sayəsində bölgədəki önəmli bir ölkə TBMM hökumətini rəsmi olaraq tanımışdır.

Moskva müqaviləsinin maddələri

- Ölkələr bir-birilərinin tanımadığı ölkələrarası bir sənədi tanımayacaqdır.
- Rusiya Misaq-i Millini tanıyaraq, kapitulyasiyaların (iqtisadi və sosial imtiyazlar) qaldırılmasını qəbul edəcəklər.
- Osmanlı İmpeiyası ilə Rusiyanın imzaladığı müqavilələrin qüvvədən düşdüyü qəbul edilmişdir.
- Aralarında maliyyə, iqtisadi və sair müqavilələrin bağlanması qəbul edilmişdir.
- Rusiya TBMM Ermənistan və Gürcüsta arasında imzalanan müqavilələrlə təsbit edilmiş sərhəddini, Batuminin Gürcüstana verilməsi şərti ilə qəbul etmişdir. Türkiyənin Batumi limanından istifadə etməsi və xalqa müxtariyyət verilməsi də qəbul etmişdirlər.
- Türkiyənin İstanbuldakı müstəqilliyi təhlükəyə atılmamaq şərti ilə boğazların ticarət gəmilərinə açılması üçün Qaradəniz sahilində olan dövlətlərlə bir konfrans təşkil ediləcəkdir.
- Rusiya əlindəki əsirləri 3 ay içində geri verəcəkdir.

Moskva müqaviləsinin önəmi nədir?

Misaq-i Milli və TBMM-ni tanıyan ilk Avropa ölkəsi Rusiya olmuşdur. Qars və Ardahan Türkiyədə qalmış, Batum Gürcüstana verilmişdir. Bu da Misaq-i Millidən verilən ilk itki olaraq tarixə keçmişdir.

Qaynaq: kurtulussavasi.gen.tr



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu