Beylükdüzündə Azərbaycan küçəsi və Qarabağ parkı təklifi- Bələdiyyə başaqanından müsbət reaksiya

Xəbərin çap versiyası
Tarix: 22-01-2018, 09:22    |    Xəbər oxunub: 497 dəfə
Beylükdüzündə Azərbaycan küçəsi və Qarabağ parkı təklifi-


Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Istanbulda Beylikdüzü bələdiyyə başqanı Ekrem İmamoğlu ilə görüşüb.



Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi bələdiyyələrinin qardaş bələdiyyələr olduğunu bildirərək, Beylikdüzünün də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda İstanbulda, Beylikdüzündə mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə və orada Qarabağ, Xocalı abidəsinin qoyulacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Beylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Azərbaycanı çox sevdiyini deyən Beylikdüzü bələdiyyə başqanı Ekrem İmamoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı və abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə baxılacağını deyib. Millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək hər zaman Azərbaycanı görməkdən məmun olduğunu bildirib.

Beylükdüzündə Azərbaycan küçəsi və Qarabağ parkı təklifi-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Amerika Yəhudi Komitəsinin prezidenti İlham Əliyevlə danışıqlarda

Amerika Yəhudi Komitəsinin prezidenti İlham Əliyevlə danışıqlarda

Arif Qasmımov müəllimləri hədələyərək stadiona gətirir-

Arif Qasmımov müəllimləri hədələyərək stadiona gətirir- FOTOLAR

Qənirə Paşayeva Hollandiya parlamentinin qərarı və Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına sərt etiraz edib

Qənirə Paşayeva Hollandiya parlamentinin qərarı və Fransa prezidentinin qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına sərt etiraz edib

Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Bərdədə övladlarını yanğından xilas edən ata xəsarət aldı

Magistraturaya qəbul imtahanı keçirilib

Magistraturaya qəbul imtahanı keçirilib

Afrində türk əsgər şəhid olub

Afrində türk əsgər şəhid olub

Qış Olimpiya Oyunları başa çatdı

Qış Olimpiya Oyunları başa çatdı

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın SOYQIRIM KEÇMİŞİ

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

İsrail kəşfiyyatı Suriyada Rusiyanın məxfi Su-57 qırıcılarını görüntülədi

Hərbçiləri daşıyan avtobus aşdı-

Hərbçiləri daşıyan avtobus aşdı- xəsarət alanlar var

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə:

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə: Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

Başına 4 milyon qoyulan keçmiş PYD lideri ələ keçirildi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur