Azərbaycan ATƏT müşahidəçilərini seçkilərə dəvət etdi


Azərbaycan ATƏT müşahidəçilərini seçkilərə dəvət etdi


Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.

Bu barədə ATƏT DTİHB-un mətbuat ofisi məlumat yayıb.

Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu