ASRP prezident seçkiləri ilə bağlı bəyanat yaydı- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 14-02-2018, 15:21    |    Xəbər oxunub: 889 dəfə
ASRP prezident seçkiləri ilə bağlı bəyanat yaydı-


Azərbaycan Sosial Rifah Partiyasının bu gün 14 fevral 2018 ci il tarixində keçirdiyi partiyanın Ali Məclisində prezident seçkilərində iştirak edən namizədlərlə bağlı müzakirələri baş tutub. Ali Məclisin üzvləri və partiya fəalları arasında keçirilən müzakirələrdən sonra ASRP-nin Ali Məclisinin sədri, Həmid Verdixanov prezident seçkiləri ilə bağlı yekdilliklə qərara alınmış bəyanatı ilə çıxış edib.



Bəyanatda deyilir: “Bu gün partiyamızın Ali Məclisinin xüsusi toplantısı keçirilir. Sabah, 15 fevral tarixində partiyamızın qurultayı baş tutacaqdır. Qeyd etmək gərəkdir ki, partiyamızın qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan Sosial Rifah Partiyası ölkəmizdə fəaliyyət göstərən partiyalar arasında mərkəzçi partiya olaraq dövlət rəhbərliyinin işinə aparıcı siyasi qüvvə kimi dəstək olmaqdadır. Partiyamızın ideyaları, siyasəti hər zaman dövlətə və Azərbaycan xalqına dəstək verməkdən ibarət olub. Partiyamızın sıraları hər gün bir qədər daha genişlənir. Çox sevindirici haldır ki, minlərlə üzvümüz olan partiyamıza, gənclər üz tutur. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir.
Azərbaycan Sosial Rifah Partiyası ilk dəfə olaraq, bu ildən etibarən ölkəmizin multikultiral və tolerant dövlət olmasını vurğulamaq, diaspora və lobbiçiliyə lazimi dəstəyi vermək adına “İnternasional Gənclər Birliyi”nin yaradılması baxımından da olduqca prespektivli addımlar atmışdır. Azərbaycan Sosial Rifah Partiyasının təşəbbüsü ilə Ziyalı Qadınlar Forumu öz aktiv işinə başlamışdır.

Partiya sədri, millət vəkili Xanhüseyn Kazımlının mütəmadi olaraq, cəbhə bölgəsində Vətənin keşiyində dayanan əsgərlərə dəstək olmuş, onların vəziyyəti ilə maraqlanmışdır. Bu illər ərzində Azərbaycan Sosial Rifah Partiyası dörd dildə yayımlanan VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosun yaradılmasına müvəffəq olmuşdur. Partiyamız tərəfindən görülən bütün bu işlər birmənalı olaraq, dövlətə dəstək, xalqa xidmət prinsipinə yönəlmişdir. Azərbaycan Sosial Rifah Partiyası Ali Məclisinin xüsusi yığıncağının məqsədi bu ilin 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı qərarını rəsmi şəkildə açıqlanmasından ibarətdir.

Azərbaycan Sosial Rifah Partiyası hər zaman fərdin yox, milli maraqlara və müqəddəs məqsədə xidmət edən fikrin hakimiyyətdə təmsil olunmasının tərəfdarı olmuşdur. Bu gün isə həmin fikrin hakimiyyətdə məhz cənab İlham Əliyevin simasında, böyük ideyanın və böyük siyasətin davamı olaraq, uğurla təmsil olunması bizə imkan verir ki, partiya olaraq, yekdilliklə keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyini dəstəkləyək.

“Yeni Azərbaycan Partiyası”nın namizədi, indiki Respublika Prezidenti Cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini elan etmişdir. Məhz elə bu nöqteyi nəzərdən Ali Məclisin qərarı ilə qeyd olunur ki, Azərbaycan Sosial Rifah Partiyası Cənab İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir.

Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunun davam etməsi, Partiyanın müqəddəs məqsədə xidmət edən fikirlərinin hakimiyyətdə təmsil olunmasının, xalqımızın və dövlətimizin rifahı naminə Partiyamızın Cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsinə qərar verilmişdir”. Ümidvarıq ki, Azərbaycan tezliklə ən qüdrətli dövlətə, dünya üzrə ədalətli cəmiyyətə, maddi və mənəvi cəhətdən zəngin vətəndaşlar diyarına çevriləcəkdir. İlham Əliyevlə sabitliyimiz daimi olacaq!”

ASRP prezident seçkiləri ilə bağlı bəyanat yaydı-

ASRP prezident seçkiləri ilə bağlı bəyanat yaydı-

ASRP prezident seçkiləri ilə bağlı bəyanat yaydı-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb-

Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlanıb- Audit hesabatı

Məktəbdə pambıq tarlası salınıb-

Məktəbdə pambıq tarlası salınıb- FOTOLAR

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Rusiya mətbuatı da Fərhad Əhmədovun fırıldaqlarından yazır

Qaşıqçını buna görə öldürdülər:

Qaşıqçını buna görə öldürdülər: İsrailin ifşa etdiyi planın detalları

Hökumət yaşayış minimumunun məbləğini artırır

Hökumət yaşayış minimumunun məbləğini artırır

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib-

Aİİ-də “Bəşəri inkişafda elm və təhsilin rolu” mövzusunda seminar keçirilib- FOTOLAR

Rövnəq Abdullayev:

Rövnəq Abdullayev: “Həyata keçirilmiş sərmayələr SOCAR-ı Türkiyənin ən böyük xarici investoruna çevirib”

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

Respublika Klinik Xəstəxanasında həkim səhlənkarlığı daha bir can aldı

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

ƏƏSMN-də 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə aid kollegiya iclası keçirilib

ƏƏSMN-də 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə aid kollegiya iclası keçirilib

Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb

Qənirə Paşayeva türkiyəli fəallarla görüşüb

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

Qəbələ məktəbliləri də internet təhlükəsizliyi haqqında təlim aldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur