Tanınmış iş adamından prezident və ailəsini hədəfə alanlara ETİRAZ+VİDEO


Tanınmış iş adamından prezident və ailəsini hədəfə alanlara


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin seçkilərin 11 aprel tarixində keçirilməsi ilə bağlı müvafiq sərəncamı ermənipərəst qüvvələri əməllicə hərəkətə gətirib. Bütün xəyalları iflasa uğrayan düşmən cəbhəsi sosial media üzərində Prezidenti və onun ailəsini təhqir edəcək hərəkətlər etməkdən belə çəkinmirlər. Görünən odur ki, erməni lobbisinin pulu hesabına aqressiyalaşan sapı özümüzdən olan baltalar etdikləri tərbiyəsizliklərin fərqində deyillər. Yeni fəaliyyətə başlayan BNEWS.az redaksiyası olaraq biz də dövlətimizi, onun atributlarını təhqir edən şəxslərə qarşı xalqın mövqeyini ortaya qoyacağıq.

Təqdim edəcəyimiz növbəti videosujetdə isə sıravi sahibkarın öz ölkəsinə, öz prezidentinə, ümumiyyətlə baş verən proseslərə mövqeyi dərc edilib. Tanınmış iş adamı Maqsud Mahmudov xaricdə sığınacaq almış bəzi həmyerlilərimizi kişi kimi mübarizə aparmağa, mental dəyərləri itirməməyə, təhqirə son verməyə çağırıb: "...Bu kişiyə yaraşan hal deyil. Ailəni, arvadı, uşağı niyə qatırsınız? Heç cinayət aləmində belə şeylər qəbul edilmir. Siz kimi görürsünüz Prezident? Varmı namizədiniz? İlham Əliyev islahatlar aparır, aparacaq da. Ermənilərə dəstək verirsiniz... Yəqin deyəcəksiniz bu yaltaqdır. Deyin... Nə atam var, nə anam, nə də vəzifə umacağım var...”

Tam videonu təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu