Siyavuş Novruzov: “Bütün siyasi məhbuslar azad edilməlidir”


Siyavuş Novruzov:


Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bütün siyasi məhbusları azad etməyə və bununla da beynəlxalq təşkilatların tənqidinə və narazılığına son qoymağa çağırıb. “Yeni Müsavat” qəzeti xəbər verir ki, bu barədə Siyavuş Novruzov gözlənilən əfv fərmanını şərh edərkən deyib.

“Burada maddələrlə deyil, prinsip etibarı ilə əhatə dairəsi geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər.

Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”, - S.Novruzov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu