Mərkəzi Klinikanın həkimləri İsa Qəmbərin səhhəti barədə


Mərkəzi Klinikanın həkimləri İsa Qəmbərin səhhəti barədə


Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinikya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir.

Xəstəxanadan “Report”a verilən məlumata görə, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil.

Bildirilib ki, o, ümumi stasionar şöbəyə yerləşdirilib və orada müalicə alır: “Nevropatoloqlar, terapevtlər İsa Qəmbərin səhhətinə nəzarət edir. Ürəklə bağlı vaxtaşı müayinələrdən keçir və kardioloji problemi yoxdur”.

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu