"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın SOYQIRIM KEÇMİŞİ

Xəbərin çap versiyası
Tarix: 25-02-2018, 14:15    |    Xəbər oxunub: 2 177 dəfə
"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın


Son olaraq Hollandiya sözdə erməni soyqırımını parlamentinə daşıdı və “Türklər ermənilərə soyqırım etmiş” deyə qərar qəbul etdi. Düzdür, qərar siyasi xarakter daşıyır. Bu cür parlament qərarlarını hər an tərsinə dəyişdirə bilmək və ya geri götürmək mümkün olduğundan hüquqi nəticələrə səbəb olan qüvvəyə malik olmasından söhbət gedə bilməz.



Burada Hollandiya parlamentinə Laheydəki Avropa Ədalət Divanının 17 dekabr 2003-cü il tarixli qərarı xatırladılmalıdır. O qərarda: “Parlament qərarları hər an dəyişilə biləcək siyasi qərar olduğundan başqa hüquqi mübahisələrlə hər hansı hüquqi əlaqəsi mümkün ola bilməz” deyilir. Ancaq özlərini insan haqqı müdafiəçisi və demokrat adlandıran Avropa və ümumilikdə Qərb dövlətlərinin bu cür ikiüzlü addımları qarşısına daha ciddi faktorlarla çıxmaq lazımdır. Bu dövlətlər müstəmləkəçi, sömürgəci tarixlərini unudurlar və maddi nemətlər üçün tarix boyu günahsız Asiya və Avropa xalqlarını qılıncdan keçirdiklərini xatırlamırlar deyəsən.
Fransa, Almaniya, İsveç, Belçika və.s son olaraq Hollandiya sözdə erməni soyqırımını parlamentində qəbul etdi və dedi ki hətts aprel ayı sözdə soyqırım ildönümündə İrəvana nazir təmsilçi də göndərəcəyik.
İndi gəlin bu insanları və demokratiyanı bizdən “çox sevən” bu Hollandiyanın keşmişinə nəzər salaq görək tarix boyu nə qədər insan “sevib” və nə qədər “demokratik” olub.

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın


Hollandiyanın Çinli qətliamı. 1740-cı ildə Hollandiya koloniya əsgərləri bugünki Cakartadakı Batavia sahil bölgəsində 10-12 gün içində 10 mindən şox çinlini məhv etdi. Tarixə Batavia qətliamı kimi düşən 09-22 oktyabr 1740-cı il tarixində şəhəri tərk etməyən çinlilər Hollandla tərəfindən yox edilməyə başlandı. Evləri yandırıldı, təcavüz edildi, hamilə qadınlar və uşaqlar qılıncdan keçirildi.

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın


Qızıldərili qətliamı. Şimali Amerikadakı ilk Hollandiya koloniyası 1615-ci ildə Fort Nassauda quruldu. Hollandlar ilk olaraq kürk ticarəti ilə məşğul olurdular. 1640-ci ildən etibarən bölgədə Hollandiyalı köçmənlərin sayı artdıqca yerli qızıldərili xalqın öldürülməsinə başlandı. Hollandiyadan gələnlər özlərinə sığınmaq istəyən yerliləri qətl etməyə başladılar. 5-6 yaşındakı uşaqlar analarının qucağından alınıb parça-parça edildi. Bəziləri atəşə verildi, bəziləri isə çaya atılaraq öldürüldü.

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın


İndoneziya qətliamı. 09 dekabr 1947-ci ildə Hollandiya müstəmləkə odruları bu günki Java adasında mövcud olan Ravaqede kəndindəki silahsız 430-dan çox insanı öldürdü. Hollandiya müstəmləkə ordusu 1945-1949-cu illər arasında 150 mindən çox İndoneziyalını qətl etdi.

"Türklər ermənilərə soyqırım etmiş" deyən Hollandiyanın


Srebrenitsa qətliamı. Aprel 1992-ci ildə Bonsiya-Hersoqovina müharibəsi başladı. Serblər Bosniyalıların əlindəki bölgələrə hücuma keçdi. Birləşmiş Millətlər Təşkilatının Srebrenitsanı təhlükəsiz bölgə elan etməsinə baxmayaraq Holandiya “sülhmərmalı”əsgərləri qırğının qarşısının alınması üçün heç nə etmədi və göz yumdu.
Serb ordusu 6 iyulda Srebrenitsaya girdi və iki gün içində qırğın başladı. 5 gün içində 8 mindən çox müsəlman Bosniyalı soyqırıma məruz qaldı. Bu hadisə xarakter olaraq bizə bü günlərdə ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını xatırladır. Xocalıda da qırğına göz yumulmuşdu. Bu hələ də qanayan yaralarımız eynidir.
İndi tarixi bu cür vəhşilik və qırğın etməklə dolu olan, üstəlik bu qaranlıq tarixinə hələ də qiymət verilməyən bir devlətin qalxıb “Türklər ermənilərə soyqırım etmişdir” deməsi nə qədər ikiüzlü və səmimiyətsiz, ikilistandartlı addımdır deyilmi?
Ona görə də hər platformda bu cür tarixi faktları bu ikiüzlü dövlətlərin üzünə vurmaq və qarşı propaqanda ilə əslində bizlərin soyıqıma və qırğına məruz qaldığımızı dünyaya çatıdrmaq lazımdır.

Elvin ZEYNALLI




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə

Fəal qadınlarımız və araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı-Özgüvən" adlı tədbir keçirildi

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər:

Yeni klipini təqdim edən Mələkdən iddialı sözlər: Heç vaxt bayağı mahnılar oxumayacam-VİDEO+FOTO

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

Sabah Lənkəranda içməli suyun verilməsi dayandırılacaq

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

ETSN hər kəsi “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinə dəvət edir

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Polşadakı ermənilərdən təxribat:

Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-

Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi- SƏRƏNCAM

“Renessans Palace”da payız kampaniyası davam edir

“Renessans Palace”da payız kampaniyası davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi davam edir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur