İsraildən Azərbaycana dəstək mesajı


İsraildən Azərbaycana dəstək mesajı


İsrailin Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə faciə qurbanlarını yad edib.



Bu barədə məlumat səfirliyin rəsmi "Facebook" hesabında yerləşdirilib.

“İsrail səfirliyi Xocalı qurbanlarının xatirəsini anır. Bu gün bütün düşüncələrimiz Azərbaycan xalqının yanındadır”, - deyə səfirliyin yaydığı məlumatda qeyd edilib.

Qeyd edək ki, bu gün Xocalı faciəsinin baş verməsindən 26 il ötür. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib.

Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu