Havuş qətliamı: ermənilər Naxçıvanın bir kəndində 2000 nəfəri öldürüblər-ARXİV


Havuş qətliamı:


14 iyul 1918-ci ildə 4-cü odru korpusu komandanlığına erməni komandir Andranikin Naxçıvana gedərək hücum hazırlığında olduğunu və bölgədəki türk kəndlərində toplu qətliam həyata keçirdiyi bildirildi. 4-cü korpusun Naxçıvanı xilas etmək vəzifəsi, 3-cü ordu komandanlığı tərəfindən 11-ci Qafqaz tümeninə verildi. Naxçıvan 3000 piyada, 500-600-ə qədər erməni süvarisinin işğalı altında idi. 19 iyul 1918-ci ildə Osmanlı 11-ci Qafqaz tümeni ilə 12-ci piyada tümeninin Culfadakı piyada alayı ilə Naxçıvana doğru hərəkətə keçdi. Türk qüvvələri 20 iyul 1918-ci ildə Naxçıvana girdi. Andranikin əmrindəki erməni qüvvələri şərqə doğru çəkildi. Beləliklə, Naxçıvan erməni işğal və zülmündən qurtulmuş oldu. Bundan sonra Kazım Qarabəkir Paşa 1918-ci ilin avqustunda qərargahını naxçıvana daşıdı. Xüsusilə ermənilərin yenidən Naxçıvana sızmamaları üçün bəzi tədbirlər gördü.

əvvəli BURADA


Brest-Litovsk müqaviləsinə görə, 14 iyul 1918-ci ildə təşkil edilən xalq səsverməsində Qars, Ardahan və Batumi Osmanlı dövlətinə qatılma qərarı aldı. Bu qərar Sultan Vəhdəddinə təqdim edildi. Padşahın 15 avqust 1918-ci il tarixli Xətti-Hümayunu ilə Qars, Ardahan və Batuminin Osmanlı dövlətinə ilhaqı qəbul edildi. 93 Hərbri (1877-78) deyilən müharibədə itirilən torpaqların xaricində İranın imzaladığı Türkmənçay müqaviləsi ilə Rusiyaya buraxılan Naxçıvanın da Osmanlı torpaqlarına qatıldığını görürük.
Daha sonra 14 sentyabr 1918-ci il tarixli qərarnamə ilə mərkəzi Batumi olan bir vilayət təşkil edildi. Batumi, Qars, Ardahan və Naxçıvan ilə əhatə edildi. Batumi və Qars sancaqları olaraq nizamlandı. Buna görə Qars sancağı; Nəfs-i-Qars, Ardahan, Gölə, Çıldır, Şurəgəl, Akbaba, zaruşat, Sarıqamış, Xorasan, Kağızman, Posof, Oltu, Tauskert və Naxçıvan qəzaları ilə 65 nahiyədən ibarət idi.
Osmanlı idarəçiliyinə keçid prosesində Naxçıvanın aid olduğu Qars sancağında rus hökuməti vaxtında qoyulan rüsum və vergilərin eynilə alınmasına davam edildi. İlhaqın həyata keçirilməsindən sonra da ordunun iaşəsinin təmini üçün bölgədə istehsal edilən məhsullardan aşar alınması ilə bağlı təkliflər də Osmanlı hökuməti tərəfindən qəbul edilmədi.
Nəhayət, 09 sentyabr 1918-ci il tarixli qərarnamə ilə yeni ilhaq edilən yerlərdə alınacaq rüsum və vergilərə yeni bir nizamlama gətirildi. Bu qərarnamə Rumi 1335(1919) ili üçün qüvvədə olmalı idi. Tənzimlənən yeni formata görə;
Gömrük rüsumu
Rüsum-i ədliyyə
Tamğa və qiymətli sənəd vergisi
Duz və balıq rüsumları
Hərbi mükəlləfiyyət vergisi (müsəlmanlardan alınan pullu hərni xidmət vergisi istisna edilmişdi) xaricində ilhaqdan öncə yəni rus idarəçiliyi vaxtında cari rüsum və vergilərin alınmasına davam edilməli idi.
Osmanlı hökuməti yeni livalara (idarəçilik forması) təyin edilən məmur və işçilərin maaşları, məsrəfləri, xərcləri və komunal xidmətləri üçün 1334(1918)-ci il üçün maliyyə büdcəsinə 300.000 lirə fövqəladə yığım qoymuşdu. Bu yeni livalara təyin edilən daimi və müvəqqəti məmurlar üçün verilən maaş, dərəcə və vəzifə yerlərinə görə 1,5-dən 4 qata qədər fərqlilik müəyyən edilmişdi.
Plebisit (bir xalqın hansı dövlətə qatılmağı istədiyini bildirməsi üçün həyata keçirilən səsvermə), ilhaq və mülki idarəçiliyin qurulması mərhələlərində Sovet hökuməti tərəfindən hər hnası bir etiraz olmamışdı. Ancaq Osmanlı ordusunun 14 sentyabr 1918-ci ildə Bakıya girməsinə görə Sovet hökuməti Osmanlı dövlətinə şiddətli tənqid və etirazlar etməyə başladı. 20 sentyabr 1918-ci ildə verilən nota ilə Türkiyənin Brest-Litovsk müqaviləsini pozduğunu, plebisitdə uyğunsuzluqlar edildiyini iddia etmişdi. Fəqət Osmanlı dövləti bu iddialara əhəmiyyət vermədi, bölgədəki lazımlı nizamlamaları reallaşdırdı, 1878-ci ildə itirilən torpaqlara daxil olmayan Naxçıvanla birlikdə Qars, Ardahan və Batumini Osmanlı ölkəsinə qatdı.
I Dünya Müharibəsinin Osmanlı əleyhinə nəticələnəcəyinin müəyyən edilməsi istefa edən İttihad və Tərəqqi hökumətinin yerinə vəzifəyə gələn Əhməd İzzət Maşa kabineti Brest-Litovsk müqaviləsi ilə ilhaq edilən Qars, Ardahan və Batumini qurtara bilmək üçün bu livalar xaricində qalan Osmanlı ordusunun 21 oktyabr 1918-ci ildən etibarən təxliyyəsini qərarlaşdırdı. Təxliyə 05 dekabr 1918-ci ilə qədər icra edilməli idi. Mundros müqaviləsinin (30 oktyabr 1918) imzalanmasından sonra Osmanlı hökumətinin Mosul və İskəndərunun işğalında göstərdiyi zəiflikdən cəsarətə gələn ingilislər Çanaqqala Boğazı açılan kimi 11 noyabr 1918-ci ildə Əlviyə-i Səlasənin (Qars, Ardahan və Batumi bölgəsinə birlikdə belə deyilirdi. 3 liva mənasını daşıyır) heç bir yerində araşdırma aparmadan buranın boşaldılmasını tələb etdilər. Bunu görən Osmanlı hökuməti 23 noyabr 1918-ci ildə 9-cu Ordu komandanı Yaqub Şevki Paşaya Osmanlı Ordusunun 1914-cü ildəki sərhədlərə dorğu geri çəkilməsini əmr etdi. Ancaq Osmanlı hökuməti bu bölgədən ordunun çəkilməsini Qars, Ardahan və Batuminin siyasi olaraq tərk edilməsi şəklində qiymətləndirirdi. 24 noyabr 1918-ci ildə Batumi valisinə göndərilən teleqrafda Antanta dövlətləri ordularının Batuminin işğalının Mundros müqaviləsində göstərildiyi, lakin bunun mülki rəhbərliyə şamil edilmədiyi bildirilmişdi. Buna görə hərbi işğal məsələsində maneə göstərilməməsi və müsbət idarəçiliyə diqqət göstərilməsi tələb edilmişdi. Osmanlı hökumətinin Osmanlı ordusunun 1914-cü il sərhədlərinə geri çəkilməsinin bildirilməsi, Qarsa aid olan bir qəza olaraq Osmanlıya daxil edilən Naxçıvan da daxil olmaqla İğdır, Gümrü, Axıska və Axılkələk müsəlman türk əhalisini son dərəcə narahat etmişdi.
21 oktyabr 1918-ci ildə Sədrəzəm İzzət Paşanın Qars, Ardahan və Batumini qurtarmaq üçün bu bölgənin xaricində yerləşən Qafqazdakı əsgərlərin geri çəkilməsini əmr etməsi, Axıska, Axılkələk, gümrü, İğdır və Naxçıvan qəzalarındakı türk əhalisini şiddətli şəkildə narahat edirdi. Müsəlman əhali 9-cu ordu komandanı Yaqub Şevki Paşaya müraciət edərək bəzi istəklərini bildirdilər. Həmin istəklər bunlar idi; Osmanlı ordusu geri şəkilməsin, əsgərlərin geri çəkilməsi zərur isə islam əhalini mühafizə etmək üçün hər qəzada bir nümayəndə ilə kafi miqdarda əsgər buraxılsın, qəzalara gələcək xristian əhalinin müsəlmanları məhv etməməsi təmin edilsin.
Xristian əsgərlərin bu qəzalara gəlməməsi və ümumi sülhün sonuna qədər müsəlmanların öz müqəddəratlarına müstəqil buraxılaraq gürcü və erməni hökumətlərinin əsarətinə düşməməsi təmin edilsin.
Müsəlmanların narahatçılığını haqlı hesab edən Yaqub Şevki Paşa vəziyyəti İstanbula bildirməkdə gecikmədi. Bunun müqabilində Sədrəzəm Əhməd İzzət Paşa Brest-Litovsk müqaviləsi ilə Osmanlıya ilhaq edilməyən yerlərin Osmanlı əsgərləri tərəfindən boşaldılmasını Yaqub Şevki Paşaya əmr etdi. Hələ Osmanlı ordusu Naxçıvanı tərk etmədən 27 dekabr 1918-ci il tarixindən əvvəl Yapunun başçılıq etdiyi erməni dəstələri Naxçıvanın qərbindəki Havuş kəndində 2000 nəfəri öldürdülər.
Qarsın cənubundan Ordubada qədər olan bölgənin Ermənistanla sərhəd olması və Osmanlı əsgərlərinin çəkilməsi səbəbindən ermənilərin təhdidi altında qalmışdı. Bu bölgə əhalisi də öz idarəçiliklərini qurmaq üçün hərəkətə keçdi.

Növbəti yazı Araz Türk Hökuməti ilə bağlı olacaq. Bizi izləyin...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu