Azərbaycanın nüfuzlu diaspor təşkilatları birləşirlər


Azərbaycanın nüfuzlu diaspor təşkilatları birləşirlər


Mərkəzi İsveçin Malmö şəhərində yerləşən, Cavad Deraxtinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatı və Almaniyanın Köln şəhərində yerləşən Dünya Azərbaycanlıları Assambleyasının (DAA) rəhbəri Rəşad Quliyev arasında görüş keçirilib.



Görüşdə dünyada mövcud olan Azərbaycan təşkilatlarının fəaliyyəti, Azərbaycanın tanıdılması istiqamətində görülən və görüləcək işlər müzakirə edilib.

Müzakirənin sonunda mühüm qərar qəbul edilib. Belə ki, hər iki təşkilat arasında birlik haqqında razılaşma əldə olunub və ilkin razılıq olaraq qurultayın sentyabr ayında Almaniyanın Köln şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bu günlərdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatlar da birgə bəyanat yayaraq birlik qurultayını dəstəkləyəcəklərini bəyan ediblər.

Məlumatda daha sonra qeyd edilib ki, birlik qurultayına ilk dəsətəklər də artıq var.

Belə ki , Beynəlxalq Diaspora Mərkəzi, Yaxın Şərq Azərbaycanlıları Konqresi də bu məsələni rəsmi qurumlarında müzakirə edərək birlik qurultayı ideyasına dəstək verəcəklərini bəyan ediblər.

Yaxın günlərdə Fizuli Məmmədovun rəhbərlik etdiyi Dünya Azərbaycanlıları İttifaqının Ümumi Şurası da birlik qurultayı ilə bağlı mövqeyini müzakirələrdən sonra açıqlayacağı gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu