Azərbaycan ABŞ-a nota verdi

Xəbərin çap versiyası
Tarix: 12-03-2018, 16:55    |    Xəbər oxunub: 908 dəfə
Azərbaycan ABŞ-a nota verdi


Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-ə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib.



Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək, Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub.

ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib.

"Həmçinin, notada Azərbaycanın ABŞ-ın beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəliklərini vicdanla yerinə yetirməli olduğunu və ABŞ ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı olduğu qeyd olunub.

ABŞ-la Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik.

Post-sovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür.

BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, ABŞ BMT Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır.

ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır.

ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur.

Bu kimi addımı ilə ABŞ Azərbaycan xalqının gözündə və ictimai rəydə ona olan münasibətə əsaslı dərəcədə zərbə vurub.

ABŞ-ın bu kimi davranışına cavab olaraq, Azərbaycan Respublikası ABŞ-la münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”, - deyə H. Hacıyev qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

Rusiya Türkiyə aviaşirkətini 5,5 mln. rubl cərimə edib

20 Yanvar faciəsindən 29 il ötür

20 Yanvar faciəsindən 29 il ötür

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

Azərbaycanda təcavüz qalmaqalı:

Azərbaycanda təcavüz qalmaqalı: Hakimdən bəraət, prokuror şikayətçidir-Təfərrüat

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib-

Dövlət Komitəsində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib- FOTOLAR

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib-

Bakıda narkotik satan mütəşəkkil şəbəkə ifşa edilib- FOTOLAR

Bakıda müxalifətin mitinqi başlayıb

Bakıda müxalifətin mitinqi başlayıb

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib-

Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib- FOTOLAR

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb-

İlham Əliyev Zimbabve prezidenti ilə görüşüb- FOTOLAR

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?-

Daxili İşlər Nazirliyinin bəzi funksiyaları əlindən alınıb?- Açıqlama

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb-

ASCO 20 Yanvar faciəsinə həsr olunan “Azadlıqla bitən SOS” adlı sənədli film hazırlayıb- VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur