İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

Xəbərin çap versiyası
Tarix: 14-03-2018, 00:34    |    Xəbər oxunub: 793 dəfə
İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib


Martın 13-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bu ölkədə səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevi qəbul edib.



İran Prezidenti ölkələrimiz arasında tarixi dostluq münasibətlərini vurğulayaraq, siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, İranın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini qeyd edib. Azərbaycan və İran arasında əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirən Həsən Ruhani nəqliyyat, enerji, investisiya qoyuluşu sahəsində əməkdaşlığın daha da genişlənməsinə, Azərbaycana nəzərdə tutulan səfərinə dair fikirlərini bölüşüb. İran Prezidenti salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırıb. Şahin Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətlərinin əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, son 4 ildə dövlət başçılarının yüksək səviyyəli 10 görüşünün keçirildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan İranla əlaqələrə xüsusi əhəmiyyət verir və İranın uğurları Azərbaycanı sevindirir. Azərbaycan-İran əməkdaşlığ bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf edir. Hazırda ölkələrimiz sənaye, ticarət, energetika, nəqliyyat-tranzit və digər sahələrdə uğurla əməkdaşlıq edir, ticarət dövriyyəsi artır, işgüzar dairələr səmərəli əməkdaşlıq edir, avtomobil istehsalı və əczaçılıq sahələrində birgə layihələr reallaşdırılır, Azərbaycan və İranın tranzit potensialının reallaşdırılmasında mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə işlər davam etdirilir. Nazir Şahin Mustafayev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və ərazi bütövlüyümüzü dəstəklədiyinə görə İran tərəfinə bir daha təşəkkür edib.

İran Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

Ekspert:

Ekspert: “STAR-ın açılması Azərbaycan və Türkiyənin enerji siyasəti baxımından çox vacibdir"

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Yol polisində oliqarxa çevrilmiş idarə rəisi Tariyel Məmmədov kimdir?

Rəşad Mahmudov seçicilərlə görüşüb

Rəşad Mahmudov seçicilərlə görüşüb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

20 noyabrda keçiriləcək hərraca 51 dövlət əmlakı çıxarılıb

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

“Enterpriseazerbaijan.com” portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

ASK-da “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

İmişlidə meşə sahəsi rəisinin meyiti tapıldı

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

“Bakubus” avtobusu qəzaya düşdü

“Bakubus” avtobusu qəzaya düşdü

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur