Ermənilərin Azərbaycana vurduğu ziyan açıqlandı- 818 milyard dollar

Xəbərin çap versiyası
Tarix: 14-03-2018, 13:21    |    Xəbər oxunub: 807 dəfə
Ermənilərin Azərbaycana vurduğu ziyan açıqlandı-


"Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə kompleks məhkəmə ekspertizası təyin edilib. İlkin hesablamalara görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir".



AFN APA-ya istinadən xəbər verir ki, bunu azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

O bildirib ki, bu günə qədər sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətmiş şəxslərdən Xocalı soyqırımı üzrə 39, Qaradağlı soyqırımı üzrə 12, Bağanis-Ayrım soyqırımı üzrə 12, Meşəli soyqırımı üzrə 9, Kərkicahan soyqırımı üzrə 47, işgəncə faktları üzrə 35, terrorçuluq faktı üzrə 3 nəfər, ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə və digər cinayətlər törətmiş 133 nəfər, ümumilikdə isə 296 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirildiyindən onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib: "Onlar barəsində həbs qətimkan tədbiri seçilib. Axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna və Daxili İşlər Nazirliyinə təqdim olunub".

Şöbə rəisi qeyd edib ki, istintaq zamanı işlər üzrə ümumilikdə 75 mindən artıq istintaq hərəkəti icra edilib: "Onlardan 25 min nəfərə yaxın şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmaqla, 6 min nəfərə yaxın şəxs isə şahid qismində dindiriliblər. 18 236 nəfər mülki iddiaçı qismində tanınıb. 1000-dən artıq müxtəlif növ ekspertizalar keçirilib. Hazırda qeyd edilən cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi işi davam etdirilir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sərxoş halda dava saldığı deyilən deputat danışdı

Sərxoş halda dava saldığı deyilən deputat danışdı

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil etdi-

Heydər Əliyev Fondu internat uşaqları üçün əyləncə təşkil etdi- FOTOLAR

ETSN-nin “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına jurnalistlər də qoşuldu

ETSN-nin “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” aksiyasına jurnalistlər də qoşuldu

İstanbulda Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

İstanbulda Gənc Azərbaycanlılar Dərnəyi fəaliyyətə başlayıb

Deputatın qarışdığı davanın

Deputatın qarışdığı davanın ŞOK TƏFƏRRÜATI: Kamran Nəbizadə Eynulla Fətullayevlə bu sözə görə dalaşıb

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır

Gəncə hadisələri ilə bağlı həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır

Elçin Quliyevin hesabat müşavirəsi qalmaqal yaratdı-

Elçin Quliyevin hesabat müşavirəsi qalmaqal yaratdı- Müdafiə Nazirliyindən açıqlama

"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində BNA-da qanvermə aksiyası keçirilib

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ istifadəyə verildi

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur