Binəli Yıldırım: "Azərbaycana qarşı terror təhlükəsi yaransa, bunun cavabını verəcəyik"


Binəli Yıldırım:


Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda keçirilən VI Qlobal Bakı Forumunda iştirak edir.



Qaynarinfo xəbər verir ki, prezident İlham Əliyevin də iştirak etdiyi foruma bir çox rəsmi şəxslər qatılıb.

İclas sonrası jurnalistlərin sualını cavablandıran Binəli Yıldırım Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında PKK terrorçularının yerləşdirilməsi ilə bağlı iddialara cavab verib:

"Azərbaycanla Türkiyə bölgədə təhlükəsizliyin təmini, terrorla mübarizə mövzusunda birlikdə çalışır. Qarabağ Azərbaycanın haqq məsələsidir. Azərbaycanda soyqırım törədildi. Ermənistan buna görə cavab verməlidir. Burada terrorçuların yerləşdirilməsi nəticəni dəyişdirməyəcək. Əgər dost və qardaş Azərbaycana, ya da Türkiyəyə terror təhlükəsi yaranarsa, bunun cavabını verəcəyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu