Mehriban Əliyeva Rusiya səfirliyində olub: "Hamı bu faciədən danışır"

Xəbərin çap versiyası
Tarix: 28-03-2018, 17:37    |    Xəbər oxunub: 986 dəfə
Mehriban Əliyeva Rusiya səfirliyində olub:


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib.

Mehriban Əliyeva Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğında həlak olanlarla əlaqədar matəm kitabına ürək sözlərini yazdı. Çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın xəbərinin ölkəmizdə böyük kədər hissi ilə qarşılandığını deyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verdi, hadisə zamanı xəsarət alanlara şəfa arzuladı.

Rusiyanın Azərbaycandakı səfirliyinin hərbi, hərbi-hava və hərbi-dəniz attaşesi İqor Lobastev səfirliyə gələrək başsağlığı verdiyinə və bu ağır günlərdə Rusiya xalqı ilə birlikdə olduğuna görə Birinci vitse-prezident Mehriban Əliyevaya Rusiyanın Azərbaycandakı səfirliyi və xalqı adından minnətdarlıq edərək dedi:

-Rusiya Federasiyasının səfirliyi, bütün Rusiya xalqı adından şəxsən Sizə vaxt taparaq bizim diplomatik nümayəndəliyimizə gəldiyinizə, bu günlərdə bizimlə, bütün Rusiya xalqı ilə olduğunuza görə minnətdarıq.

Azərbaycan xalqının həlak olanların doğmalarının kədərini bölüşdüyünü bildirən Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-İnanın mənə, bilirəm ki, bütün insanlar kədər içindədirlər. Mən insanlarla çox görüşürəm, hamı bu faciədən danışır. Həqiqətən də bu dərdi səmimi qəlbdən bölüşürlər. Hərçənd həlak olanların yaxınlarının nələr çəkdiyini təsəvvür etmək çətindir. Allah onlara səbir və güc versin.

Hərbi attaşe İqor Lobastev Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığını bildirərək dedi:

-Biz bu hadisə ilə əlaqədar səmimi qəlbdən ilk başsağlığı verənlərdən biri kimi Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığımızı bildiririk. Əminik ki, Rusiya və Azərbaycan həmişə birlikdə olmalıdırlar.

Mehriban Əliyeva: Sözsüz. Əsl dostlar üçün sınaq da elə budur: həm sevincli, həm də ağır anlarda birlikdə olmaq və bir-birini dəstəkləmək.

İqor Lobastev: Sağ olun.
Mehriban Əliyeva: Sağ olun.

Mehriban Əliyeva Rusiya səfirliyində olub:

Mehriban Əliyeva Rusiya səfirliyində olub:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur