Naxçıvanda erməni zülmü- ARXİV(II YAZI)


Naxçıvanda erməni zülmü-


(Əvvəli BURADA)

05-18 dekabr 1917-ci ildə ruslarla imzalanan Ərzincan anlaşmasından sonra 1918-ci ilin fevral ayında Türk hərbi hərəkatı başlandı. Bunun ən başlıca səbəbi erməni zülmü, vəhşiliyi və ermənilərin türk torpaqlarını işğal etməsi idi. Rus işğalında olan və ruslar tərəfindən ermənilərə buraxılan türk torpaqları bir-bir azad edilirdi. 04 iyun 1918-ci il tarixli Batumi müqaviləsinin tələbinə görə, ermənilər Uluxanlı, Qəmərli, Naxçıvan və Culfa bölgələrini tərk etməli idilər. Halbuki, ermənilər sadəcə Sərdarabad məntəqəsindən çəkildilər. Ancaq Naxçıvan, Culfa, İrəvan, Sərdarabad, Şahtaxtı, Zəngəzur, İğdır, Gəncə və Ordubad bölgələrində zülm və qətllər törətməkdə idilər.

Bu vəziyyət türk hərbi və mülki yüksək dövlət qurumlarının ciddi və sərt reaksiyasına səbəb oldu. 15-16 may 1918-ci ildə Gümrünün Türk qüvvələri tərəfindən ələ keçirilməsindən sonra 19-20 iyun 1918-ci ildə başlanan türk-erməni görüşmələri zamanı belə ermənilər türklərə qarşı toplu vəhşilik edirdilər. Belə ki, Ərzurumdakı korpus konamdiri Nazarbekov belə bu vəziyyəti etiraf etməkdə idi. Onun Gümrüdəki “Müstəqil erməni komissiyası rəyasət heyəti”nə göndərdiyi 27 iyun 1918-ci il tarixli məktubunda “Andranik Naxçıvan ərazisində həqiqətən çox dəhşətli vəhşiliklər və qətillər törədir” deyə yazırdı.
Elə bu görüşmələrdə Türk Müzakirə Komissiyası rəhbəri və I Qafqaz korpus komandiri olan Miralay Kazım Qarabəkir tərəfindən erməni ordusu komandiri general Nazarbekov və erməni müzakirə komssiyası rəhbərinə ermənilərin türklərə etdikləri vəhşiliklər və qətliamlar barədə yazılar göndərilirdi. Bölgədəki erməni zülmünə son vermək üçün Ordu Korpusunun tərkibindəki 11-ci Qafqaz Firqəsinə Naxçıvana hücum əmri verildi. 19 iyul 1918-ci ildə başlayan Türk hərbi hərəkatı ilə 20 iyul 1918-ci ildə Naxçıvan təkrar türk torpaqlarına qatıldı.
14 sentyabr 1918-ci il tarixli Məclis-i Vükəla tərəfindən hazırlanan bir qərarnamə ilə də Batumi, Qars və Ardahan; Batumi və Qars sancaqları (bölgələri) Batumi Vilayəti adı altında toplandı.
Batumi sancağı: Orta Batumi, Çürüksu, Borçka, Maradit, Aşağı Acara, Yuxarı Acara, Artvin, Ardanuç, Şavşat qəzaları ilə 35 nahiyədən;
Qars sancağı isə: Ardahan, Gölə, Çıldır, Nəfsi-Qars, Şurəgəl, Ağbaba, Zaruşad, Sarıqamış, Xorasan, Kağızman, Naxçıvan, Oltu, Tavuzkənd və Posof qəzaları ilə 65 nahiyədən ibarət idi.
Beləliklə, Naxçıvanın bu tarixdən etibarən Əlviyə-i Səlasənin tərkibində yer aldığını görmüş oluruq.
Ancaq bu vəziyyət çox da uzun davam etmədi. Müttəfiqlərinin sülh müqaviləsi istəyib müharibədən çəkilməsini görən Osmanlı İmperiyası da Antanta Dövlətlərinə müqavilə bağlamağa razı oldunu bildirdi.

Mundros Müqaviləsi: Əlviyə-i Səlasə və Naxçıvan

Ənvər Paşanın 15 oktyabr 1918-ci ildə Qafqaz İslam Ordusu Komandanı Nuru Paşaya göndərdiyi teleqrafda “Azərbaycan və Qafqaziyada qüvvələrimizi geri çəkmiş görünəcəyik, ancaq buralarda qalan qüvvələrimizn təşkilatlarının genişləndirilməsi, onlara hər cür əsgər və silash-sursat təmin ediləcəyi” göstərilirdi.
Ənvər Paşa Şərq Orduları Qrup Komandanı Xəlil Paşaya göndərdiyi ayrı bir əmrdə də “Nuru Paşanın orada qalacağı və orada onunla birlikdə qalacaq zabit və əsgərləri müəyyən edərək bu yöndə fəaliyət göstərmələrini istədiyini” ifadə edirdi.
Hələ müqavilə imzalanmamışdan əvvəl 16 oktyabr 1918-ci il tarixdə Osmanlı hökuməti (Əhməd İzzət Paşa hökuməti) Brest-Litovsk müqaviləsi ilə qazanılmış yerlər xaricində bütün torpaqların boşaldılması qərarı vermişdi. 21 oktyabr 1918-ci ildə Qafqaziyadakı 9-cu Ordu Komandanlığına verilən əmrlə 24 oktyabr tarixindən etibarən 6 həftə içində də bütün bölgənin tərk edilməsi tələb edilirdi. Yəni, Əlviyə-i Səlasə (Qars, Ardahan, Batumi) istisna olmaqla Azərbaycan, Dağıstan və Naxçıvan da daxil olmaqla bütün bölgə tərk edilməyə başlandı.
16-17 noyabr 1918-ci ildə Bakı, 18 noyabrda Təbriz, 04-05 dekabrda Axıska, Axılkələk, qısaca bütün Azərbaycan ilə şərq, cənub və şimali Qafqaziyanı tərk edən Türk qüvvələri 04 dekabrda Arpaçay ilə müəyyən edilən 1877-ci il sərhədlərinə, 05 dekabrda da daha əvvəl müəyyən edilən Van-Bəyazid xəttinə çəkilmişdilər.
01 dekabrdan etibarən Naxçıvanı tərk etməyə başlayan 9-cu Qafqaz Tümeni 11 dekarda Kağımandan keçib Sarıqamışa getmişdi. Ancaq Saha əvvəl də olduğu kimi, bölgədə qalmaq istəyən tərxis olmuş əsgərlər ilə silah və cəbbəxana bölgədə buraxılmışdı.
30 oktyabr 1918-ci ildə imzalanan Mundros müqaviləsinin 11-ci və 15-ci maddələri birbaşa bölgəni, yəni Qafqaziyanı maraqlandırırdı. Ancaq Əlviyə-i Səlasənin tərk edilməsi müzakirə mövzusu deyildi. Fəqət ingilislər 11 noyabr 1918-ci ildə Osmanlı hökumətinə müqavilənin 11-ci maddəsinə əlavə olaraq verdikləri notada; bütün hərbi qüvvələrin əsgərləri və cəbbəxanası ilə birlikdə Əlviyə-i Səlasəni tərk etməsini tələb etdilər. Osmanlı hökumətinin etirazlarına baxmayaraq, ingilislərin bu tələbi yerinə yetirildi. 10 dekabr tarixində Əlviyə-i Səlasənin təxliyyəsi başlandı. 24 dekabrda ingilislər tərəfindən işğal edilən Batumi 23 yanvarda türk qüvvələri tərəfindən tamamilə boşaldıldı. 13 yanvar 1919-cu ildə 9-cu Ordu Qərargahı Ərzuruma nəql edilib, 25 yanvarda isə 1914-cü ildəki sərhədlərin gerisinə çəkilmə prosesi başa çatdı.
Ortada isə tək bir gerçək var idi. O da, istər Batumi, istərsə də Brest-Litovsk müqavilələri ilə qazanılan torpaqlardan Türk ordusunun çəkilməsindən sonra erməni və gürcü təhlükəsi qarşısında bölgədə MİLLİ TƏŞKİLATLANMANIN başlaması idi. Dolayısı ilə, Batumi müqaviləsi ilə qazanılan Axıska, Axılkələk və Naxçıvan ilə Brest-Litovsk müqaviləsi ilə təkrar qaytarılan Əlviyə-i Səlasə arasındakı ilk bağ belə yaradılmışdı.
Növbəti yazı: “Əlviyə-i Səlasə və Naxçıvanda Milli Təşkilatlanma”
Qaynaq: atam.gov.tr. prof.Esin Derinsu Dayı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu