XİN rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər


XİN rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər


Qoşulmama Hərəkatının Azərbaycanın sədrliyi ilə 5-6 aprel 2018-ci ildə Bakıda keçirilmiş 18-ci nazirlər konfransında Yekun Bakı Sənədi, Bakı Bəyannaməsi və Fələstin üzrə bəyanat qəbul olunub.

XİN-dən verilən məlumata görə, qlobal məsələlər, regional, sub-regional, inkişaf, sosial məsələlər və insan hüquqları kimi fəsilləri əhatə edən Yekun Bakı Sənədində ölkəmizin maraqları baxımdan fundamental məsələlər öz əksini tapıb.

Sənədin giriş hissəsində Qoşulmama Hərəkatının suverenlik və dövlətlərin suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutduğu, təcavüz və sülhün pozulması hallarının qarşısının alınması üçün effektiv tədbirlərin həyata keçirilməsi, həmçinin, dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı hərbi təcavüzdən kənar durulması təsbit olunub.

Sənədin 2-ci bəndində Qoşulmama Hərəkatının 5-6 aprel 2018-ci ildə Bakı nazirlər toplantısını mükəmməl səviyyədə təşkilinə, qonaqpərvərliyə və ev sahibliyi edilməsinə görə Azərbaycan Respublikasının xalqına və Hökumətinə təşəkkür ifadə olunur.

19.21-ci bəndində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Expo2025 namizədliyi alqışlanır və yeganə Qoşulmama Hərəkatı üzvü olaraq Expo2025 Bakıda keçirilməsi üçün Azərbaycanın apardığı kampaniyaya uğurlar arzu edilir.

21-ci maddədə nazirlər Azərbaycan Respublikasının Qoşulmama Hərəlatının 2019-cu ildə XVIII zirvə toplantısına ev sahibliyi etmək təklifi alqışlanılır və Qoşulmama Hərəkatı ölkələri bu zirvə toplantısında fəal şəkildə iştirak etməyə dəvət olunur.

30 maddədə nazirlər BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə 7-ci Qlobal Forumunun nəticələrini və bu forumda beynəlxalq təşkilatlar, BMT üzv dövlətləri və vətəndaş cəmiyyətinin fəal iştirakı nı qeyd edirlər. 491-ci maddədə isə Azərbaycanın Asiyanın Ürəyi-İstanbul Prosesinin 7-ci nazirlər toplantısına ev sahibliyi etməsi təqdir olunur.

577-ci maddə də Nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq etdilər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırış edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu