REAL partiya oldu


REAL partiya oldu


REAL Vətəndaş Hərəkatı öz qurultayını keçirib. Bu haqda qurumun təmsilçisi Natiq Cəfərli məlumat yayıb.



“Həyatda, siyasətdə maneələri dəf etmək üçün iradə və ağıl çox önəmlidir, yaradılan bütün çətinliklərə baxmayaraq fərqli formatda, kreativ üsullarla qurultayımızı keçirdik – partiya təsis olundu, REAL-ın sədri, Məclisi seçildi!” – Natiq Cəfərli özünün feysbuk səhifəsində yazıb.

“Hökumət başqa siyasi təşkilatlara tədbirlər üçün verdiyi məkanları bizim üzümüzə qapatdı, olsun, amma anlamadılar ki, demokratiyada çarə tükənməz! İradə və ağıl köntöy, irrosional gücdən həmişə üstün olub-olacaq da!” – Natiq Cəfərli yazıb.

ReAl təmsilçisi əlavə edib ki, 48 saat davam edən maraqlı və fərqli proses haqqında bu gün ətraflı məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu