Əli Əhmədovdan ATƏT-in rəyinə kəskin reaksiya

Xəbərin çap versiyası
Tarix: 16-04-2018, 12:33    |    Xəbər oxunub: 881 dəfə
Əli Əhmədovdan ATƏT-in rəyinə kəskin reaksiya


“Aprel ayının 11-də Azərbaycanda demokratik dəyərlərə və normalara əsaslanan prezident seçkiləri keçirilmişdir. Bütün insanlar seçkilərin yüksək fəallıq şəraitində keçirildiyinin şahidi olmuşdur”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli və daxili təzadlarla dolu ilkin rəyinə münasibət bildirərkən səsləndirib.

YAP-ın Sədr müavini Əli Əhmədovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının namizədi, fəaliyyətdə olan Prezident İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi onun əvvəlki illərdə fəaliyyətinə xalqın yüksək qiymət verməsinin nəticəsi hesab olunmalıdır:

“Digər tərəfdən, Yeni Azərbaycan Partiyası İlham Əliyevin seçki kampaniyasını yüksək səviyyədə təşkil etmiş, yüzlərlə mitinq və görüş keçirərək, onun seçki proqramını seçicilərin diqqətinə çatdıra bilib. Cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi və Yeni Azərbaycan Partiyasının İcra katibi kimi təsdiq edə bilərəm ki, həm həyata keçirdiyimiz seçki kampaniyası, həm də bütünlükdə seçki prosesi demokratik normalara uyğun, ədalətli və tam şəffaf olmuşdur. Seçkilərdən sonra ölkədəki sakit ab-hava, bütün digər namizədlərin seçilən namizədi təbrik etməsi və seçkiləri müşahidə edən 900 nəfərə yaxın müşahidəçilərin böyük əksəriyyətinin səsvermənin nəticələrini yüksək qiymətləndirməsi dediklərimin əyani sübutudur”.

“ATƏT DTİHB Azərbaycanda prezident seçkilərinə qara yaxır” – deyə, bildirən Əli Əhmədov daha sonra qeyd edib: “Bunların fonunda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun kəskin fərqlənən rəyi təəccüb və təssüf doğurur, necə deyərlər, ala qarğa kimi görünür. Belə çıxır ki, ATƏT DTİHB ikili standartlardan xilas ola bilmir, hamının, o cümlədən beynəlxalq müşahidəçilərin əksəriyyətinin yüksək qiymətləndirdiyi prezident seçkilərinə qara yaxır”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qazyan kəndində səyyar-qəbul görüş

Qazyan kəndində səyyar-qəbul görüş

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Unudulmaz qış nağılı

Unudulmaz qış nağılı

İlin “ən yaxşıları” seçildi:

İlin “ən yaxşıları” seçildi: “Xəzər” Milli Mükafatı təqdim edildi-FOTOLAR

Rövşən Rzayev Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Rövşən Rzayev Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü

Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü

Bərdədə 19 yaşlı oğlan 15 yaşlı qızı qaçırdı

Bərdədə 19 yaşlı oğlan 15 yaşlı qızı qaçırdı

Türkiyənin xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

Türkiyənin xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

Sabah Bakıda 12 dərəcə isti olacaq

Sabah Bakıda 12 dərəcə isti olacaq

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyalara əməl olunması qiymətləndirilib

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyalara əməl olunması qiymətləndirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur