“Azərbaycan yeni səhifə açır, yeni dövr başlayır”- Ramiz Mehdiyev


“Azərbaycan yeni səhifə açır, yeni dövr başlayır”-


“Gənc kadrların təyinatı Azərbaycanın gələcəyi, gələcək inkişafı üçün çox mühüm məsələdir”.

AFN “ATV Xəbər”-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib. PA rəhbəri qeyd edib ki, ölkə başçısı bu məsələlərə çox böyük diqqət göstərir:
“Məlum olduğu kimi cənab prezidentin son sərəncamları ilə müəyyən gənc kadrlar müxtəlif yüksək vəzifələrə təyin olunublar. Etimad böyükdür. Hesab edirik ki, Azərbaycan yeni səhifə açır. Yeni dövr başlayır. Bunun üçün kadr dəyişikliyi də olmalıdır, müasir düşüncəli insanlar, xarici dillər bilən, yaxşı ixtisas almış yeni qüvvələr gəlməlidir”.

R.Mehdiyev bildirib ki, bununla bağlı yeni sərəncamlar ola bilər: “Əsasən sərəncamlar verilib. Vəzifələrə kadrlar təyin olunub”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu