Azərbaycan prezidenti Türkiyə parlamentində- VİDEO


Azərbaycan prezidenti Türkiyə parlamentində-


Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir.



Dövlət başçısı səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisini ziyarət edib.

Azərbaycan prezidentini TMBB-nin sədri İsmail Kahraman qarşılayıb.

İlham Əliyev görüş zaman hər iki dövlət arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib. Dünyada Türkiyə ilə Azərbaycan kimi bir-birinə yaxın başqa ölkələrin olmadığını vurğulayan dövlət başçısı, bu münasibətlərin tarixi köklərə bağlı olduğunu deyib.

Əliyevin çıxışından sonra görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyətində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və xarici işlər naziri Elmar Məmmədyarov da yer alıb. (Yenicağ.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu