"Bu necə danışıqlardır ki, Ərdoğanla Əliyev də izləyəcək?"


"Bu necə danışıqlardır ki, Ərdoğanla Əliyev də izləyəcək?"


Ermənistanda hakim Respublika partiyası müxalifət lideri Nikol Paşinyanla jurnalistlərin qarşısında danışıqlar aparmaqdan niyə imtina etdiklərini əsaslandırıb.

Partiyanın sözçüsü, parlamentin vitse-spikeri Eduard Şarmazanov deyib ki, müxalifətlə hakimiyyətin canlı yayımda danışıqları mümkün deyil. Çünki belə danışıqlarda təhlükəsizlik və xarici təhdidlər barədə məsələlər də müzakirə oluna bilər.

“Birbaşa efirdə danışıqlar problemin həllinin ən qeyri-effektiv yoludur. Siz bu söhbəti necə təsəvvür edirsiniz, hansı ki, bütün dünya canlı izləyəcək, Ərdoğan və Əliyev izləyəcək? Siz bunu normal hesab edirsiniz? Mən bunun necə baş verə biləcəyini təsəvvür etmirəm”-Şarmazanov deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu