İngiltərənin 200 illik kürd siyasəti və gizlin 15 aprel 2018-ci il toplantısı


İngiltərənin 200 illik kürd siyasəti və gizlin 15 aprel 2018-ci il toplantısı


Osmanlı idarəçiliyinə qarşı ilk kürd üsyanı ingilislərin bölgəyə gəldikləri vaxtda, yəni 1806-cı ildə meydana gəlib. İngilislər padşahdan icazə alaraq leqallıq qazandırdıqları Şərqi Hind Şirkəti ilə bölgəyə gəlmişdilər. Şirkət missioner, arxeoloq və antropoloq adı ilə pərdələnən casusların xidmət etdiyi bir inqilab təşkilatı idi. İngiltərənin Orta Şəqrdəki təsirini artıraraq Hindistan-Misir arasındakı quru torpaq parçasında kök salmaq üçün müxtəlif çalışmalar həyata keçirirdi. Ərəb və kürd tayfalarına pul paylayır, “insan satın alırdı”...

Türkiyə Respublikasında hazırda iqtidarda olan AKP-də nazir olmuş Əfqan Ala, Mehdi Əkər, Taner Yıldız 15 aprel 2018-ci ildə “Çözüm sürəcini incələmək üçün” İngiltərəyə getdi. PKK terror təşkilatının İngiltərə təmsilçisi olaraq adlandırılan və qısa adı DPİ(Democratik Progress İnstitute) olan təşkilatda kürd təmsilçilər ilə mətbuata icazə verilməyən görüşmələr keçirildi. Bu ziyarət Türk ictimaiyyətindən gizlədilirdi. DPİ İngiltərə dərin dövlətinin (gizli xüsusi xidmət təşkilatı) yaratdığı təşkilatdır və rəhbəri kürd əsilli liberal kimi tanınan Kərim Yıldızdır. Toplantıya Kərim Yıldızın yanında İrlandiyanın keçmiş xarici işlər naziri Dermot Ahern və ingiliz ordusunun yüksək rütbəli zabitləri də qatılmışdı.

İngilislərin kürd marağı

İngilislər 19-cu əsrdə osmanlı torpaqlarında yaşayan kürdlərlə maraqlanmağa başladılar. 10 illik bir müşahidə fəaliyyətindən sonra müstəmləkəçilikdə ixtisaslaşmış Şərqi Hind Şirkətinin bir şöbəsini də Bağdadda açdılar. Şirkətin üzdə görünən məqsədi “sərbəst ticarət”i inkişaf etdirmək, yerli istehsalçıların istehsal etdiklərini “dünya bazarına açmaq” və “rifah halını yaxşılaşdırmaq” idi.

Halbuki, əsl məqsədləri İngiltərənin Orta Şərqdəki təsirini daha da artıraraq Hindistan-Misir arasındakı torpaq parçasını da kontrolları altına almaq idi. Şirkət təmsilçisi Ceyms Riçard yanına köməkçisini də alaraq çox yaşlı olmasına baxmayaraq, kürd tayfalarını yoluxur, satın ala biləcəkləri adamları müəyyən edirdi. Pul gücü və əmrindəki hindli əsgərlərlə o qədər güclü və sərbəst idi ki, vali (vilayət rəhbəri) başda olmaqla hər kəsə göstəriş verən bir dərəbəyi kimi davranırdı.

Kürdlərdən istifadə etmək

Veyms Riçard 1820-ci ildə öldüyü vaxt bölgədəki ingilis siyasəti artıq sağlam təməllər üzərində oturmuşdu. Sonra gələnlər çalışmalarını onun buraxdığı yerdən davam etdirdilər. Üstəlik, İranı da əhatə edən formada genişlətdilər. İngiltərə və Hindistandan gələn ingilis zabitləri Şərqi və Cənub-şərqi Anadoluda kürdlərlə ermənilərin yaşadığı bölgələri gəzir, İraq və İrandakı kürd tayfaları ilə sıx görüşürdülər.
1820-ci ildən sonra Londona göndərilən raportlarda ciddi dəyişiklik nəzərə çarpır. İngiltərənin o günə qədər davam edən kürd siyasəti formalaşmağa başlamışdı. Raportlarda kürd və ermənilərin “Osmanlı rəhbərliyinə qarşı” hansı formada istifadə edilməsi, “bölgəyə yönələn rus təhdidinə qarşı” hansı tədbirlərin alınmalı olduğu və idarəçiliyə qarşı silahı üsyanın hər an başlaya biləcəyi kimi mövzular yazılmışdı. 1829-cu ildə xərclərini Şərqi Hind Şirkətinin ödədiyi iki ingilis zabiti Şimali İraqda kürdlərə hərbi təlim verirdi. Londona göndərilən raportlarda “kürdlər artıq hər an Britaniya İmperiyasının siyasəti uğruna istənilən hədəfə yönələ biləcək vəziyyətə gəlmişlər” deyilirdi.

İlk üsyan

Osmanlıya qarşı ilk kürd üsyanı ingilislərin bölgəyə gəldikləri illərdə, 1806-cı ildə meydana gəldi. Şimali İraqda Süleymaniyə ətrafında yaşayan Babanlar aşirətinin rəisi Babanzadə Abdurrahman ingilislərin Bağdadda “şirkət” almasındam bir il sonra üsyan başlatdı.
Babanzadə Abdurrahman üsyanının əhəmiyyəti Osmanlı dövlətinə qarşı başlayan ilk ciddi kürd üsyanıdır və ingilislərin bü gün də davam edən 200 illik kürd siyasətinin bu üsyanın başlaması ilə aktivləşdiyini demək olar.

Rəvanduz üsyanı

1835-37-ci illərdəki Rəvanduz Üsyanına “ilk kürd azadlıq hərəkatı” hətta “Rəvanduz inqilabı” deyənlər də olmuşdur. Halbuki bu üsyanın əvvəlkindən və sonrakılardan ciddi fərqlənən heç bir özəlliyi yox idi. Bölgədəki çalışmalarını genişləndirərək kürd siyasətində ustalaşan ingilislər hadisəni həm başladan, həm də idarə edənlər idi.
Üsyanın tək fərqli cəhəti Osmanlıdan ayrılmaq istəyinin dilə gətirilməsi idi. Şeyx Mehmed Osmanlı dövlətinə qarşı çıxan və ingilislərin göz yumması ilə Misiri ələ keçirən kavalalı Mehmed Əli Paşa kimi ingilis dəstəyi ilə ona oxşar bir idarəçilik qurmaq istəmişdir. Rəvanduz üsyanı və ondan nümunə götürərək 1842-ci ildə meydana çıxan Bədirxan üsyanı qısa müddətdə basdırılmışdır.

Rusların müdaxiləsi

Rusiya kürd və ermənilərlə 19-cu əsrin əvvəllərində “maraqlanmağa” başladı. Bu “maraq” 1820-ci ildən sonra artdı və ruslar yaxınlaşmaqda olan 1827-29-cu illər Osmanlı-Rus müharibəsinə bir hazırlıq olaraq kürd tayfaları ilə çalışmalarını sıxlaşdırdılar. Afriyanov adlı bir rus zabiti yanındakı qrupla birlikdə Şərqi və Cənubşərqi Anadolu ilə Şimali İraqda olmuş, kürd tayfalarına qızıl paylamış və onlara bəzi siyasi sözlər vermişdir.

Türk-Rus müharibəsi və itirilənlər

1827-29-cu illər müharibəsi təkcə ruslarla edilmədi və Osmanlı İmperiyasına böyük zərər verdi. Qərbin dəstəyi ilə başlayan yunan üsyanı yatırılmaq üzərə ikən Rusiya, İngiltərə və Fransa Osmanlı donanmasını Navarində yox etdi. 1829-ci ildə Ədirnədə imzalanan müqavilədə əvvəlcə muxtariyyət (1829), bir il sonra müstəqillik (1830) verildi. Həmin il fransızlar Əlcəzairə girdi, Serbiya muxtariyyət aldı. Şərqi və Cənub-şərqi Anadoludan bir kürd aşirəti (böyük tayfa) rus vətəndaşlığına keçdi.
Rus vətəndaşlığına keçən kürdlər Dağlıq Qarabağ bölgəsinə yerləşdirildi. Botan, Rəvanduz, Badinan və Hakkari tayfaları Osmanlı əsilli olmaqlarına və “dövlətə əsgər verməklə mükəlləf” olmaqlarına baxmayaraq, əsgər vermədilər və yalnız qaldılar. Belə bir davranış Osmanlı-kürd əlaqələrində ilk dəfə sərgilənirdi. Həmin vaxt Həsən Ağa başçılığında Yezidi kürdləri rus tərəfinə keçib Osmanlıya qarşı savaşdılar. Bu davranış da bir başqa ilk olaraq tarixə keçdi.

1855-ci il üsyanı

1855-ci ildə Yezdan İzəddin Şər Bitlisdə üsyan başlatdı. Nasturi və Məsihilərin dəstəyi ilə Vanı ələ keçirdi və üsyan Bağdada qədər geniş şəkildə yayıldı. Bütün gücünü Krım müharibəsinə (1853-56) qoyan Osmanlı dövləti üsyanı güclə də olsa 1855-ci ildə yatırdı.
Üsyanın hazırlığında və başladılmasında önəmli payı olan rus mayoru Lixotini üsyandan bir il əvvəl (1854) Moskvaya göndərdiyi raportda belə yazırdı: “Osmanlıların aldığı vergilərin kürdlərdən alınmayacağına və ədalətli davranacağımıza onları inandırsaq bu yoxsul və məzlum xalq dərhal bizim tərəfimizə keçəcəkdir”.

Şeyx Ubeydullahın xəyanəti

Rus mayorun ifadə etdiyi “yoxsul kürd xalqı” nə o dövrdə, nə də daha sonralar rusların tərəfinə keçmədi. Ancaq sayları az da olsa, bəzi tayfa rəisləri pul və aldadılma yolu ilə yoxluq və yoxsulluq içində savaşan türk əsgərinə qarşı istifadə edildi.
Nəqşibəndi təriqətindən olan Şeyx Ubeydullah da bunlardan biri idi. Ubeydullah ətrafındakı tayfalarla razılaşaraq 1878-ci ildə ruslarla müharibə edən və ciddi qida sıxıntısı yaşayan türk ordusuna ərzaq satdırmadı. Osmanlı dövləti nəqliyyat yollarının əlverişsizliyi səbəbindən öz ölkəsinə qida tapmaqda çətin vəziyyətə düşdü. Xalqın “93 hərbi” adını verdiyi 1878-ci il müharibəsində türk ordusu “ruslara deyil, aclığa və tiffuziyaya” məğlub oldu.

Şeyx Ubeydullah üsyan çıxarır

Osmanlı İmperiyasının uduzması ilə nəticələnən müharibədən dərhal sonra 1880-ci ildə Şeyx Ubeydullah 220 tayfa rəisini Şəmdinanda topladı və başladacağı üsyan üçün dəstək istədi. Ardından ermənilər, kəldanilər və nəsturiləri yanına çəkməyə çalışdı. Rus çarı, Misir hidivi və Məkkə əmiri ilə əlaqə yaradaraq onların da dəstəyini istədi.
1880-ci ildə başlayan üsyan Osmanl-rus-İran sərhədləri arasında geniş bir kürd dövləti qurulmasını hədəfləmişdi. İngilislərin maraq və dəstəyi bu səbəbdən güclü idi. Ubeydullah “kürd milləti üçün mücadilə etdiyini” irəli sürürdü və məqsədinin “öz torpaqlarında müstəqil bir kürd dövləti qurmaq” olduğunu açıqlamışdı. Üsyan 1880-ci ildə İran və Rusiyanın dolaylı dəstəyini alan osmanlı ordusu tərəfindən yatırıldığında, bəzi kürd araşdırmaçıların “ilk milli kürd hərəkatı” adını verdiyi 19-cu əsrin son kürd üsyanı da yatırılmış oldu.

20-ci əsr üsyanları

20-ci əsr kürd üsyanları və bunların böyük dövlətlərlə əlaqələri ayrı və geniş bir mövzudur. Burada üsyanların təkcə ad və tarixlərinin verilməsi ilə yetinəcəyik.
20-ci əsrdə ilk kürd üsyanı 22 iyun 1906-cı ildə Bitlisdə meydana gəldi və 1937-ci ilə qədər böyük əksəriyyəti xarici bağlantılı irili xırdalı 23 üsyan və üsyan cəhdi ilə tarixə keçdi. Əksəriyyəti Cümhuriyyətin ilk 7 ilində ortaya çıxan üsyanlar və onları yatırma cəhdlərinin yalnızca tarix, ad və bölgələri belədir: 1908 Diyarbakır üsyanı və teleqrafxananın işğalı, 1913-cü il Molla Səlim üsyanı (Siirt-Bitlis), 11 may-19 avqust 1919 Əli Batı üsyanı (mardin-Savur-Cizrə-Nusaybin), 14 fevral-17 iyun 1921 Koçqiri üsyanı (Zara-Refahiyə-Keman-Divriği), 12-28 sentyabr 1924 Nasturi üsyanı (Hakkari), 13 fevral-31 may 1925 Şeyx Said üsyanı (Bitlis-Elazığ-Diyarbakır-Urfa), 09-12 avqust 1925 Rackotan və Raman Tədip (yola gətirmə) hərəkatı (Qarzan-Silvan-Bəşiri-Sason), 10-27 avqust 1926 Yaqub Ağa və oğulları üsyanı (Eruh-Zilan-Adıyaman), noyabr 1926-fevraı 1927 Ertuş, Güyan, Jirki, Şerefhan üsyanı (Çömələk-Beytuşşəbab-Norduz), 1925-1937 Sason üsyanı (sason-batman dağlıq bölgəsi), 16 may-17 iyun 1-ci Ağrı üsyanı (Muson-Dəmriqapı-Doğubəyazıd), 1937-1938 Tunceli (dersim) Tedip Hərəkatı və.s neçələri.

Tuncelidən günümüzə

Tunceli üsyanından PKK terror təşkilatının hərəkətə keçdiyi 1983-cü ilə qədər 46 il ərzində hər hansı bir kürd üsyanı ortaya çıxmadı. 1980-ci ildən sonra başlayan və aldığı xarici dəstəklə beynəlxalq təşkilat vəziyyətinə gələn PKK təsiri davam edir.
200 il davam edən və böyük əksəriyyəti impertalist təhrik, qızışdırma və dəstəklə ayaqda duran üsyanlar Türkiəyə və kürd xalqına böyük zərər vermişdir. Ancaq PKK da daxil olmaqla bu üsyanlar bir sıra tayfaların qatılımı ilə məhdudlaşmış və xalqlar arasında ciddi kütləvi bir ziddiyətə çevrilərək türk-kürd birliyini pozacaq səviyyəyə çatmamışdır.
Türkiyə bu gün nümunəsinə az rast gəlinən çəkingən və maraqlı bir prosesdən keçməkdədir. Varlığı xarici dəstəyə bağlı olan siyasətçilər 200 illik ingilis təsiri, onlarla üsyan, 40 illik terror mücadiləsi və tökülən o qədər qan ortada ikən “barış prosesi” sarsaqlığı yaşanmışkən İngiltərədə kürd təmsilçiləri və ingilis siyasətçiləri ilə toplantı keçirə bilirlər.
Türkiyədə davam edən səhv siyasət var olduqca ölkə təhlükə içinə girərək genişlənən bir xaosa sürüklənəcəkdir. Əgər tədbir görülməzsə, xalqın özlüyündən davam etdirdiyi birlik duyğusu və bu duyğunun yaratdığı ortaq dirəniş sonsuza qədər davam etməyəcəkdir. Siyasi oyunbazlığa son verilərək zaman itirmədən Atatürk siyasətinə, yoluna dönmək lazımdır. Bu olmadıqca imperialist qızışdırmalar nəticədə qalib olacaq və etnik kökən ayrılıqları getdikcə ciddi münaqişələrə çevriləcəkdir. Bu isə Türkiyə Cumhuriyətinin dağılmasına gətirib çıxaracaqdır.

Metin AYDOĞAN

Qaynaq: kuramsalaktarım.blogspot.com.tr



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu