Erməni psixoloji müharibəsinin tarixi inkişafı və mərhələləri- Birinci mərhələ


Erməni psixoloji müharibəsinin tarixi inkişafı və mərhələləri-


Türkiyəni tərk edərək ABŞ, Fransa və Orta Şərqə yayılan erməni diasporunu təşkil edən ermənilərin sözdə erməni soyqırımı tezisini, türk ictimaiyyətinə qəbul etdirmək məqsədi ilə çox böyük ölçülü çalışmaları, 1920-ci illərin əvvəllərində başlamış sonra uzun bir müddət durğunluğ yaşadıqdan sonra 70-ci illərin əvvəllərindən etibarən təkrar sistemli bir şəkildə davam etdirilmişdir.



Bu sistemli çalışma ilə Türkiyənin erməniləri soyqırım ilə yox etmək üçün planlı bir prosesi 1915-ci ildə başlatdığını türk ictmaiyyətinə qəbul etdirmək üçün həyata keçirilməyə başlanmış bir psixoloji hərəkat gerçəkləşdirməkdədir. Ermənilərin psixoloji müharibə mexanizmi üzərinə ətraflı çalışmalar həyata keçirmiş Ərdal İlter erməni propaqanda mexanizmini “təşkilatlanma+hərəkət+təbliğat; təbliğat+təşkilatlanma prosesi və zinciri” şəklində müəyyən etmişdir.

Türkiyəyə qarşı davam etdirilən “erməni soyqırımı psixoloji əməliyyatı” 90-cı illərin sonundan etibarən eyni zamanda ucu açıq qalan Avropa İttifaqı üzvlüyü müzakirələri dövründə Türkiyənin federativləşdirilməsi səylərinin bir parçası olan “mədəni müharibə”nin bir parçası halına gətirilmişdir. Bu mərhələdə erməni propaqandasının məqsədi Türkiyə Cumhuriyyətinə sözdə erməni soyqırımını qəbul etdirmək üzərinə dizayn edilmişdir. Bu məqsədlə Ermənistan və erməni diasporu Türkiyəyə qarşı əsas mərkəzli bir təbliğat çalışması başlatmışdır. Bu ana mərkəzlərdən biri Türkiyədən kənarda olan erməni psixoloji əməliyyatları təşkil etməkdir.

Bu əməliyyatları bir neçə başlıq altında toplamaq mümkündür.

a) Xarici parlamentlərdən ermənilərə 1915-ci ildə Osmanlı Dövlətinin soyqırım etdiyini təsdiqləyən qanunların çıxarılması,
b) Qərb sığorta şirkətləri və banklara məhkəmələrdə təzminat, kompensasiya iddiaları qaldırmaq,
c) Erməni soyqırımının olmadığı fikrinin açıqlanmasına həbs cəzası nəzərdə tutan qanuni tənzimlənmələri müəyyən etdirmək,
Müxtəlif ölkələrdə məktəb kitablarına erməni soyqırımı maddəsinin əlavə edilməsi bu fəaliyyətlərin ən vacib maddələrindəndir.

Erməni təbliğatının ikinci ana mərkəzi birincisindən daha cürətkardır. İkinci ana mərkəzin ana hədəfi Türk xalqının sözdə dırnaqarası soyqırımın qəbul etməsini təmin edəcək mədəni, psixoloji və siyasi mühiti yaratmaqdır. Aşağıda bu iki ana mərkəzin əsas mərhələləri və necə inkişaf etdirildiyi üzərində dayanacağıq.

Ermənipsixoloji əməliyyatlarının birinci mərhələsi: 1879-1916

Erməni psixoloji əməliyyatının 19-cu əsrdə həyata keçirilən birinci mərhələsində təbliğatın ən önəmli vasitəsi Şərqi Anadoluda qurulan ingilis konsulluğu və digər konsulluqlar ingilis, amerikan protestant missionerləri olmuşdur. Bu missioner mərkəzləri və konsulluqlar müsəlman vəhşi türklərin zəif və məzlum xristian ermənilərə etdiyi “təzyiq və zülmü” buna inanmağa hazır olan Avropa və Amerikan ictimaiyyətinə çatdırmışlar.

Yuxarıda erməniləri təhrik edən mərkəzlərdən biri kimi diqqət çəkdiyimiz Amerikan və ingilis missionerləri sadəcə erməniləri təhrik etməklə kifayətlənməmiş, Qərb ictimaiyyətini də Türkiyəyə qaşı qızışdırmışdılar. Amerikan missioner Edvin M. Blissin 1896-cı ildə ABŞ-da dərc olunan “Turkey and the armenian atrocities” adlı kitabı çox saydakı nümunələrdən sadəcə biridir. Bliss kitabda belə deyir: “Ermənilərin ölkələri əgər mənsub olduğu din imkan verirsə ordusu və ərkanı ilə nə zalım, nə də kinli olmayacaq, ayır bir etnik kökdən zəngin və qüdrətli bir hökmdar tərəfindən kontrol edilməkdədir. Bu irq müsəlmanlardır və özlərinə əsrlər boyu Allahın təqdirini və əbədi səadətini qazanabilmək üçün ən vacib pasportun bir xristian öldürmək olduğunu təkrar dilə gətirmişdir. Bu qorxunc fanatizmin mərəzli təsiri altında, keçən il içində himayələrindəki zavallı xristianlara qurdlar kimi hücum edərək, bir qüsurları, qəbahətləri olduğu üçün deyil, sadəcə xristian olduqları üçün kişi, qadın və uşaqları vəhşicəsinə qətlə yetirmişlər.”

Kleir Pris 1923-cü ildə yazdığı “The Rebrith of Turkey” adlı kitabında keçmişi anlatarkən amerikalı missionerlərin erməni azlıq məsələsində Qərb və Amerikan ictimaiyyətini necə qərəzli və yanlış istiqamətləndirdiyini qeyd etmişdir. Bu dövrdə aparılan erməni təbliğatını analiz edən E. Alexander Qərbli jurnalistlərin vəhşi hadisələri şişirtdiklərini, heç olmayan hadisələri yazdıqlarını, Amerikaya sadəcə pul qazandırdığı üçün Türk əleydarlığı ilə ifadə olunan xəbərlərin verildiyini bildirməkdədir.

Qeyd edilən dövrdə erməni psixoloji müharibəsinin təməl müxanizmini Doktor Rəcəb Qaracaqaya bu şəkildə yazmışdır: “Əvvəla Kiçik Asiyada zorla hadisə törədilir,bunun ardından ermənilər həsb edilir, orada olan erməni din adamı patrikə, konsul səfirə və nazirliyə, missioner də tabe olduğu təşkilata istədiyi qəzet və digər mətbu orqanlarına, onlardan da dünya mətbuatına çatdırılırdı. Və xəbər hər mərhələdə müxtəlif formalar düşür və müxtəlif izahlara vəsilə olur və ya bu proses qar uçqunu kimi böyüyürdü. Bu əslində Xınçaq Nizamnaməsinin bir şərti idi.”

Ermənilər təbliğat fəaliyyətlərini Paris və London kimi şəhərlərdə çıxardıqları qəzaetlərdə də dəstəkləyirdilər. Erməni komitələri ABŞ daxil olmaqla Qərb paytaxtlarında kitablar və bəyannamələr yayınlayır, toplantılar təşkil edir, afişalar asırdılar. Bundan başqa, üz-üzə görüşmələrlə qərar verici mərkəzləri də təsir altına almağa çalışırdılar. Havas və Reuter kimi xəbər agentlikləri də xəyali erməni qətliamlarını yaymaq yönündə istəkli davranırdılar. Erməni din adamlarının da “Xristianlıq həmrəyliyi” təşkil etmək məqsədi ilə Osmanlı Dövlətinin xristianları əzdiyini vurğulayaraq ciddi təbliğat apardıqları bilinməkdədir.

Ümit ÖZDAĞ
Türk professor və dövlət xadimi


Ardı olacaq və növbəti yazı: Erməni psixloji əməliyyatının 2-7-ci mərhələləri: 1916-2020. Azərbaycanla bağlı apardıqları təbliğatın arxa planı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu