Ərzurum Konqresi, Əlviyə-i Səlasə və Naxçıvan- ARXİV (V YAZI)


Ərzurum Konqresi, Əlviyə-i Səlasə və Naxçıvan-


əvvəli BURADA

20 iyul 1919-cu ildə Vilayət-i Şərqiyə-i Müdafay-i Hüquq-i Milliyə Cəmiyyəti Ərzurum şöbəsi başqanı Xoca Raif Əfəndinin İstanbuldakı mərkəzə göndərdiyi teleqrafda “Konqresdə Vilayət-i Şərqiyə-i Müdafay-i Hüquq-i Milliyə Cəmiyyəti ilə Trabzon Mühafaza-i Hüquq Cəmiyyətindən başqa eyni qayə və məqsəd-i milli ilə təşəkkül etmiş digər cəmiyyətlərin iştirakı ilə daha ümumi bir formaya düşmüş olduğu” bildirilmişdi.

Bu ifadələrdən Ərzurum Konqresini təşkil edən adı qeyd edilən cəmiyyətlərdən başqa eyni qayə və məqsədə xidmət edən başqa cəmiyyət təmsilçilərinin də qatıldığı, ya da qatılmaq istədiyi başa düşülür. Yenə bu ifadələrdən Cənubi Qərbi Qafqaz Hökumətinin xariciyyə naziri Fəxrəddin bəyin Konqresə qatılmaq səyləri və 19 iyul 1919-cu ildə rəsmi müraciətlər ilə Naxçıvanlı Hacı Cabbar (Kömək) bəyin müraciətləri və digər Əlviyə-i Səlasə təmsilçilərinin təşəbbüsləri aydın şəkildə görülür.
23 iyul 1919-cu ildə toplanan Ərzurum Konqresində Şiran müftüsünün ərəbcə duası və Konqresin ən yaşlı üzvü olan Vilayət-i Şərqiyə-i Müdafay-i Hüquq-i Milliyə Cəmiyyəti başqanı Məhməd Raif Xocanın açılış nitqindən sonra Konqres başqanlığına seçilmiş Mustafa Kamal Paşa (Atatürk) kürsüyə çıxaraq vətənin içinə düşdüyü vəziyyəti, daxili və xarici hadisələri analiz edən uzun bir nitq söyləmişdir.
Mustafa Kamal Paşa nitqinin Əlviyə-i Səlasə ilə bağlı qismində “ermənilərin Naxçıvandan Oltuya qədər olan bürün bölgələrdə Türk-islam əhalisinə təzyiq və qətliam törətdiklərini, sərhədlərimizə qədər müsəlmanları məhvə məhkum və hicrətə məcbur edərək Vilayət-i Şərqiyəmiz haqqındakı əməllərinə də doğru irəliləmək istədiklərini” ifadə etmişdir.
Əlviyə-i Səlasə və Naxçıvan, Konqres keçirildiyi ərəfədə Mundros müqaviləsinin 11-ci maddəsinə görə türk sərhədlərinin xaricində qaldığından Antanta dövlətləri müqavilənin 7 və 24-cü maddələrinə istinad edərək müdaxilə etmə haqlarını istifadə etməsinlər deyə rəsmi nümayəndələrlə qatılmaqdan çəkindiklərini söyləmək mümkündür. Çünki Ərzurum Konqresinin 27 iyul 1919-cu il günü keçirilən toplantısında Əlviyə-i Səlasə nümayəndələri (19 iyul 1919) konqresə qəbul edilmələri haqqında məktubu artıq oxumuşdular. Ancaq bu nümayəndələrin Konqresdə “aşkar iştirak etmələri”nin Mundros təslimçi müqaviləsinə zidd olacağı üçün onlara (Konqres rəhbərliyinə) özəl olaraq cavab verilməsinə qərar verilmişdi.
Ərzurum Konqresinin 07 avqust 1919-cu il tarixli bəyannaməsinin girişində “ermənilərin Qafqaziya daxilində türk sərhədlərinə qədər uzanan qətliam və müsəlmanları məhv etmə siyasətlərindən” bəhs edilmişdir. Şübhəsiz burdakı “Qafqaziya daxilindəki” ifadə də Əlviyə-i Səlasə və Naxçıvan da yer almışdır.
Bəyannamənin 2-ci maddəsində “vətənin bütünlüyü və millətin istiqlalının təmin edilməsi üçün milli qüvvələrin aktiv vəziyyətə gətirilməsi və milli iradəni hakim qılmaq” qərarı yer almışdır.
3-cü maddədə isə “hər cür işğal və müdaxilənin rumlar və ermənilər tərəfindən təşkil edilməsi fikrinə işarə ediləcəyindən” bəhs edilmiş və bununla da Antanta dövlətlərinin müxtəlif bəhanələrlə təşkil etdikləri siyasi və hərbi müdaxilə və işğallarla yurdun hər hansı parçasının rum və ermənilərə peşkəş çəkilməsi rədd edilirdi.
Əlviyə-i Səlasə və Naxçıvan hər nə qədər Ərzurum Konqresində rəsmi təmsilçi ilə təmsil edilməsələr də Bəyannamənin 6-cı maddəsində Əlviyə-i Səlasə və Naxçıvana müsbət mesaj verilmişdi.
6-cı maddədə Mundros müqaviləsinin imzalandığı tarixdə mövcud olan Türk sərhədləri daxilində qalan torpaqların bir bütün və millətin bir birindən ayrılmasının mümkün olmayacağı qədər öz qardaş olduqları vurğulanırdı. Müqavilənin imzalandığı tarixdə Əlviyə-i Səlasə və Naxçıvanın hələ işğal edilmədiyi aşkar bilinən bir gerçəklik idi.
Mustafa Kamal Atatürkün qısa və konkret ifadəsi ilə Ərzurum Konqresi qərarlarında “milli hüdudlar içindəki vətən bir bütündür. Birbirindən ayrılıq qəbul edilə bilməz.” fikri hakim olmuşdur. Burada bir bütün olaraq vurğulanan vətən torpağına Naxçıvan da aid edilirdi.
Mustafa Kamal Atatürk 24 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisində Ərzurum Konqresi haqqında danışarkən müqavilənin imzalandığı tarixdəki sərhədlərin milli sərhəd olduğunu vurğulamış və bu sərhədə Əlviyə-i Səlasəni də daxil etmişdi.
Konqres müddətində 27 iyul 1919-cu il günü konqresdə alınan qərarın şərti olaraq 12 avqust 1919-cu il günü Əlviyə-Səlasədəki qardaşlara çatdırılması üçün Süleyman Necati bəyə bir yazı yazılmışdı.
“Xüsusi,
Necati Əfəndi Biraderimizə,
Əlviyə-i Səlasədəki islam cəmiyyətinin nəzdindəki etimadnamə də mənzurumuz oldu. Haqqı Alinizdəki yaranmış olan etimad da nə qədər doğrular vardır.
Zat-i Aliniz Şərqi Anadolunun Ərzurumda əqd eylədiyi konqresdə təmsilçi olaraq iştirak etdiyinizdən, konqresin əsas qərarları və nizamnamə mahiyyətinə, ümumi olaraq dindaşlarımız və xüsusilə Osmanlı torpaqlarındakı Əlviyə-i Səlasədəki islam qardaşlarımız haqqındakı konqres heyətinin səmimi duyğularına yaxından əhəmiyyət kəsb eylədiniz.
Mustafa Kemâl, Hüseyin Rauf, Raif”
Konqres Heyəti Təmsiliyyənin digər üzvlərinin məmləkətlərinə qayıtdıqlarından heyət adına Mustafa Kamal, H.Rauf və Raif Xocaların imzaları ilə hazırlanan bu yazı ilə demək olar ki, Əlviyə-i Səlasə təmsilçiləri və xalqının könlünü almaq istəyərək məsələyə aydınlıq gətirmişlər.
Ərzurum Konqresində istər Mustafa Kamal Atatürkün açılış nitqləri, istərsə də görüşmələr və Konqres Məyannamə qərarlarından da başa düşülür ki, Qafqaziyanın gələcəyi və orada yaşayan soydaşların həyatı və salamatlığı ilə çox yaxından maraqlanmaları olduqca açıq şəkildə görülür.
Mustafa Kamal Atatürk Sivasda təşkil ediləcək Böyük Konqres üçün Ərzurumdan getməmişdən qabaq 15-ci Ordu Korpusu komandanı Kazım Qarabəkir Paşanın hazırladığı 10 maddəlik və haşiyəli bir xəritəsi vardır. Bu xəritənin 4-cü maddəsində “Qafqaziyadakı türk əhali ilə əl-ələ vermək vacibdir. Bu münasibətlərə, bağlılıqlara bizim kimi, Azerbaycanın və Şimali Qafqaziyanın da şiddətlə ehtiyacı vardır. Rusiya daxilindəki Ermənistanı böyütməmək və üç tərəfdən təzyiq ilə olduğu yerdə daim zəif və məhdud və qvvədən məhrum tutmaq Türkün və İslamın mövcudiyyət politikasıdır” deyə yazılmışdı.
Eyni gerçəklərdən qaynaqlanan Türk tərəfinin narahatlığı və istəkləri 1918-ci ilin may ayındakı batumi Konfransı əsnasında erməni heyətinə bildirilmişdi. Məqsəd isə ermənilərin bölgədəki türklərə təkrar zülüm və soyqırım törətmələrinə əngəl olmaq idi. Yəni Azərbaycan-Naxçıvan və Türkiyə ilə əhatə olunacaq Ermənistanın zərərsiz hala gətirilməsi təmin ediləcək idi. Elə bu nöqtədə türkiyə ilə Azərbaycan hətat bütün Türk dünyası arasında təbii bir bağ olan Naxçıvan xüsusi bir önəm vacibiyyət qazanmışdır.

Növbəti yazı: Şərq Hərbi hərəkatı və müqavilələrdə Naxçıvan
Qaynaq: atam.gov.tr. prof.Esin Derinsu Dayı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu