Erməni psixoloji müharibəsinin tarixi inkişafı və mərhələləri: İkinci mərhələ


Erməni psixoloji müharibəsinin tarixi inkişafı və mərhələləri:


(əvvəli BURADA)

Erməni soyqırımına dair təbliğat 1916-cı ildə Birinci Dünya müharibəsi zamanı başlayıb. Bu təbliğatın iki istiqaməti var. Bunlardan biri erməni aşiqi olan bir alman protestant ilahiyyatçı Yohannes Lepsiusun “Erməni xalqının Türkiyədəki vəziyyətinə dair raport” adlı kitabı ilə ingilis təbliğat mexanizminin tarixçi Arnold Toynbeyə yazdırdığı “Mavi Kitab” adlı əsəri olub.

İlahiyyatçı Y.Lepsius 1896-97-ci illərdə ermənilərə kömək etmək məqsədi ilə bir fond yaradıb. Ermənilərlə bağlı ilk kitabı isə 1896-cı ildə çap edilib və Rusiya da daxil olmaqla Avropada böyük maraqla qarşılanıb. Lepsius 1916-cı ildə “Bericht über die Lage des Armenischen Volkes in der Turkei” adlı kitabını çap etdirib. Lepsius 1919-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin istəyi ilə alman arxivlərindən seçdiyi 444 sənədlə Almaniyanı müharibədən sonra imzalanacaq sülh müqaviləsində üstün mövqeyə gətirəcək kitab hazırlayıb. Lepsiu bu kitabında təkcə Almaniyanı təmizə çıxarmaqla yetinməmiş, Türkiyəni də ağır şəkildə günahlandırıb.
Tarixçi Toynbe isə I Dünya müharibəsi zamanı “Wellington House” adlı ingilis psixoloji müharibə mexanizminə xidmət edib. Wellington Housenin rəhbəri Mastermanın arvadı Lusi Masterman ərinin həyatından bəhs edən kitabında “Wellington House” fəaliyyətini belə ifadə etmişdi: “Onun etiraz etdiyi xüsusat, qurumun gördüyü işin zərurəti olaraq hər cür dürüstlüyün və məntiqin unudulmasının tələb edilməsi idi”. Digər ifadə ilə Wellington House bir yalan makinəsidir və Toynbe bir yalan mexanizminin lehinə olan “Mavi Kitab” adlı təbliğat kitabçasını çap etdirib.
Toynbe Mavi Kitabı təməl olaraq beş qaynaqdan yola çıxaraq yazıb. Bu qaynaqlar Tiflisdə çıxan Horizon qəzeti, Marseldə çıxan Armenia qəzeti, Londonda çıxan Ararat qəzeti, Nyu-Yorkda çıxan Gotchnag qəzeti və missionerlərin anlatdıqları idi. Bu qaynaqların heç biri müstəqil, doğrulanmış qaynaqlar deyildilər. İngilislər özləri də bunu bilirdilər. Bundan ötrü bir ingilis vəzifəlisi 1916-cı ildə yazdığı “The Armenians” adlı kitabında belə deyirdi: “Bu topyekun qətliam hekayələrinin çıxarılmasının, son nəticədə Türkiyənin zərərinə olmaqla İngilis Hökumətinin siyasətinin istiqamətləndirilməsi dəqiq hədəf olduğunu təkrar olaraq tərəddüd etmirik. Bu səbəbdən illərlə möhkəm ittifaq əlaqələrimiz olan və milyonlarla öz təbəəmizlə eyni dindən olan bir millətin, tamamilə uydurma deyilsə əgər, böyük ölçüdə utanmadan şişirdilmiş dəlillərə istinad edərək insanlığa qarşı qorxunc cinayətlər işləmiş olmaqla necə günahlandırıldığını, namuslu bir şəkildə göstərməyə çalışmaqdan ötrü üzr istəməyə ehtiyac yoxdur”.
I Dünya müharibəsindən sonra erməni psixoloji əməliyatlarının ən önəmli hissəsi İttihad və Tərəqqi liderlərinin qətlə yetirilməsi prosesində həyata keçirilən silahlı təbliğat olub. Bu qətlləri törətmək məqsədi ilə Daşnak partiyası “Nemesis” adlı bir terror təşkilatı yaradıb. Nemesis yunan mifologiyasında “Ədalət və İntiqam Tanrıçasıdır”. Təşkilatın adının ermənicə yox, yunan mifologiyasından seçilmiş adla qoyulması da təlimli qərb ictimaiyyətinə yönəlmiş uğurlu təbliğat taktikasıdır.
Nemesisin silahlı fəaliyyəti hələ başlamamışdan qabaq erməni təbliğatı çox yol qət edib. Suriyadakı fransız ali komissarı və fransız qüvvələri komandanı general Gourand Fransaya verdiyi və bir nümunəsi də İngilis Xarici İşlər nazirliyində olan raportda “ermənilərin türkləri qətlə yetirdiyindən” bəhs edib. İngilis Xarici İşlər Nazirliyi əməkdaşı D.G.Osborn isə raportun kənarına “Bəli, ancaq ermənilər və tərəfdarları tərəfindən yayılan digər hekayələri düzəltmək üçün artıq çox gecdir” şəklində yazı qeyd edilib.
Nemesis Tələt Paşa, Camal Paşa, Ənvər Paşa ilə Burhan Şakir və Camal Əzmi bəylərə sui-qəsd təşkil etmək qərarı almışdı. İttihad və Tərəqqinin Daxili İşlər Naziri Tələt Paşa 15 mart 1921-ci ildə berlində Soghomon Tehlirian adlı bir Nemesis terroristi tərəfindən öldürülüb. Bu sui-qəsdin ardından Xarici İşlər Naziri Səid Həlim Paşan 05 dekabr 1921-ci ildə Romada Arşavir Şrakin adlı erməni bir Nemesis terroristi tərəfindən öldürülüb. Bahaddin Şakir və Camal əzmi bəy 17 aprel 1922-ci ildə Berlində Aram Yerqenian adlı erməni bir terrorist tərəfindən qətlə yetirilib.
Bu iki sui-qəsdin ardından Camal Paşa 22 iyul 1922-ci ildə iki Nemesis ermənisi tərəfindən öldürülüblər. Camal Paşanın öldürülməsinə Sovet gizli polisinin köməklik etdiyi bilinməkdədir. Professor Hovhanissiyan bu sui-qəsdlər haqqında Türk məhkəmələrinin sui-qəsdə uğrayan İttihad və Tərəqqi liderlərinin edama məhkum etdiyini bildirir və əlavə edir:”Ancaq ölümə məhkum edilən əsas canilər Türkiyədə olmadıqlarından ötrü türk məhkəmələri qərarı icra edə bilmədi. Türk məhkəmələrinin qərarını icra etməklə vəzifələndirilmiş ermənilər intiqamçı idilər”.
Erməni terrorizminin uzun müddət tarixə quylanmasından əvvəl son çıxışı 1927-ci ildə London və Parisn təşviqi ilə yaradılan erməni-kürd ittifaqı “Hoybun Cəmiyyəti” olub. Hoybun Cəmiyyəti ilk iclasını 1927-ci ildə Beyrutda təşkil etmiş və cəmiyyətin liderliyinə daşnak partiyasının təmsilçisi Vahan Papazyan, baş katibliyə isə Cəladət Bədirxan seçilib. Hoybun Cəmiyyətinin çalışmalarının nəticəsində 1930-cu ilin sentyabr ayında Türkiyənin Ağrı bölgəsində çıxan üsyan Türk Ordusu tərəfindən yatırılıb. Hoybun Cəmiyyətinin kürd üzvləri üsyan zamanı ermənilərin onlara kömək etmədiklərinə görə Hoybun Cəmiyyətindən çəkilmilər və bu cəmiyyət dağılıb.

Ümit ÖZDAĞ
Türk professor və dövlət xadimi.

Ardı olacaq və növbəti yazı: Erməni psixloji əməliyyatının 3-cü mərhələsi: 1965-1972.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu