Vitse-spiker: Konstitusiyamıza zidd heç bir addım atmırıq

Xəbərin çap versiyası
Tarix: 25-05-2018, 13:31    |    Xəbər oxunub: 703 dəfə
Vitse-spiker:


Mən istəyirəm ki, jurnalistlər də burada qalsın, yəni, Azərbaycan ictimaiyyəti də bilsin ki, biz Konstitusiyamıza zidd heç bir addım atmırıq.

Bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında vitse-spiker Valeh Ələsgərov deyib.

O qeyd edib ki, nə “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində, nə də “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda Azərbaycanın mənafeyinə, ölkə Konstitusiyasına zidd heç nə yoxdur:

“Qoy, bunu bütün ictimaiyyət də bilsin ki, onların mənafeyinə toxunacaq heç nə yoxdur. Əksinə, bomboş ərazidə Azərbaycanın iqtisadiyyatına töhfə verə biləcək bir azad iqtisadi zona yaradılır və bununla da bağlı qanunvericilik qəbul edirik.

Mənafeyimizə, maraqlarımıza, Konstitusiyamıza zidd ola biləcək heç nə yoxdur. Axı, investor qapı-qapı düşüb gəzməyəcək ki?! Nə etməliyiksə, biz etməliyik, qanunvericiliklə tənzimləməliyik. Məqsəd bundan ibarətdir, yəni, investor üçün əlverişli mühit yaratmaq”.(oxu.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar-

Alimlər gələcəyin iqlim proqnozunu açıqladılar- qorxunc mənzərə

“Azərbaycanlıları məyus olmamağa çağırıram”-

“Azərbaycanlıları məyus olmamağa çağırıram”- çeçen nazirdən növbəti açıqlama

“Sən ordan çıx, mən burdan...”-

“Sən ordan çıx, mən burdan...”- Qalmaqallı prorektorla bağlı növbəti ARAŞDIRMA

Aqil Acalov:

Aqil Acalov: "Azərbaycan və çeçen xalqlarının münasibətləri tarixlə sınanıb"

Elxan Şahinoğlu:

Elxan Şahinoğlu: "Qarabağ Münhenlik deyil"

Lotu Qulinin 3 adamı tutuldu:

Lotu Qulinin 3 adamı tutuldu: polis basqını

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı-

Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı- QALMAQAL

ADRA-dan şikayət-

ADRA-dan şikayət- Pulun nə üçün yığıldığı məlum deyil

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı-

Arif Əsgərov və övladlarının Slovakiyadakı biznesi üzə çıxdı- FOTOLAR

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

İlham Əliyev Moskvada baş vermiş hadisədən sonra Polad Bülbüloğluna tapşırıq verdi

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı-

Almaniyada yaşayan həmyerlilərimiz erməni təxribatının qarşısını aldı- FOTOLAR

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

Əhalinin banklardakı depozit əmanətlərin sığortalanması müddəti artırılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur