Fransalı nazir Bakıda dediklərini Yerevanda da təkrarladı


Fransalı nazir Bakıda dediklərini Yerevanda da təkrarladı


Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına kömək olan istənilən qərarı dəstəkləməyə hazırdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Fransanın XİN rəhbəri Jan-iv Le Drian Yerevanda keçirdiyi brifinqdlə deyib.

“Mən dünən demişəm, bu gün də deyirəm ki, nə status-kvo, nə də güc variantı qəbuledilməzdir. Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur, məsələyə praqmatik və yaradıcı yanaşmaq lazımdır”, -deyə Le Drian bildirib və əlavə edib ki, baş verənlərdən həmişə məlumatı olur.

O, eyni zamanda Fransa hökumətinin Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması yollarının axtarılmasına dəstək olmağa hazır olduğunu əlavə edib.

Qeyd edək ki, mayın 27-də Le Drian Bakıya səfər edərək, Qarabağ məsələsini azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirə etmişdi.

Və sonra keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Dağlıq Qarabağdakı mövcud vəziyyət və status-kvo Azərbaycan və Ermənistan arasında münaqişənin aradan qaldırılması üçün yol deyil: “Fransa ATƏT-in Minsk Qrupunun hənsədri qismində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün lazımi səyləri göstərəcək və biz hesab edirik ki, bu istiqamətdə ATƏT-in işini gücləndirmək lazımdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu