ReAL həbslərlə bağlı bəyanat yayıb


ReAL həbslərlə bağlı bəyanat yayıb


Respublikaçı Alternativ Partiyasının üzvlərinə qarşı təzyiqi ilə bağlı partiyanın bəyanatı yayılıb.

AFN-in məlumatına görə, bəyanatda deyilir: "Respublikaçı Alternativ (ReAl) Partiyası mayın 28-də partiya və bir qrup ictimaiyyət nümayəndəsi ilə birgə keçirilmiş Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirdə fəal iştirak etmiş üzvlərinin həbsini kəskin şəkildə qınayır və onların dərhal azadlığa buraxılmasını tələb edir.

ReAl üzvləri Azər Qasımlı 30, Elmin Həmzə 25, Nəriman İsmayıl 30, Ərəstun Baxşəliyev 30 sutka müddətinə tamamilə əsassız və qurama ittihamlarla, siyasi sifariş nəticəsində inzibati qaydada həbs ediliblər. Həbsin əsas səbəbi adları çəkilən şəxslərin 28 may yürüşünün təşkilində və keçirilməsində fəal iştirakçılığıdır. ReAl partiyasının onlarla digər üzvü də müxtəlif polis şöbələrinə dəvət edilibllər ki, bu, həbs edilən şəxslərin sayının artması ilə nəticələnə bilər.

ReAl öz üzvləri və tərəfdaşlarını, o cümlədən vətəndaşları Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən tədirdən alınmış pozitiv emosiyalara sahib çıxmağa, Vətənimizdə əsl respublikanın qurulması üçün öz dəstəyini verməyə və ruhdan düşməməyə çağırır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu