Türk həkimlərdən Azərbaycana Cümhuriyyət Günü jesti- VİDEO


Türk həkimlərdən Azərbaycana Cümhuriyyət Günü jesti-


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı qardaş ölkənin dünyaca məşhur həkimləri video-müraciət hazırlayıblar.

Video-müraciətdə Doç.Dr Sami Sökücü, Prof.Dr Tuğçin Bora, Prof.Dr Tülkel Kılıç, Prof.Dr Ozan Özkaya, Prof.Dr Semih Ayan, Prof.Dr Önder Ofluoğlu, Prof.Dr Ayhan Dinçkan, Pr.Dr Berrin Pehlivan, Prof.Dr Barbaros Kınoğlu, Prof.Dr Deniz Konya, Prof.Dr.Tunç Fışgın, Doç.Dr. Aynur Erşahin Azərbaycan xalqını bu böyük bayram münasibəti ilə təbrik ediblər.

Layihənin təşkilatçısı, səhiyyə turizmi şirkəti "Healthis Assistance” rəhbəri, Azərbaycanda səhiyyə turizmi sahəsində tanınmış ekspert Sənan Quliyev Azərbaycan haqqında tarixi məlumatların Türkiyə cəmiyyətinə tanıdılması üçün bir çox işlərin görülməsinə ehtiyyac olduğunu deyib:

"Harada yaşamağımızdan asılı olmayaraq hər zaman ürəyimiz Azərbaycanla döyünür, bütün gördüyümüz işlərin mərkəzində Azərbaycanın adı durur. Bu layihə ilə biz Azərbaycanın şanlı tarixini təkcə Türkiyədə deyil, dünyada da tanınan professor-həkim heyətinin dili ilə səsləndirdik”.

Videoda yer alan həkimlərin daha bir jesti xəstə uşaqların pulsuz əməliyyat edilməsi olub. AFN xəbər verir ki, türk həkimlər Cümhuriyyət Günü münasibətilə hər biri bir xəstə azərbaycanlı uşağını təmənnasız əməliyyat edərək ağır xəstəlikdən qurtarıblar. Ümumiyyətlə isə qardaş ölkə təmsilçiləri il ərzində bir neçə dəfə bu cür aksiya keçirərək azərbaycanlı azyaşlıların səhhətlərində yaranan problemlərin həllində yardımçı olurlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu