Erməni psixoloji müharibəsinin tarixi inkişafı və mərhələləri: üçüncü mərhələ


Erməni psixoloji müharibəsinin tarixi inkişafı və mərhələləri:


Erməni psixoloji əməliyyatının üçüncü mərhələsi 1965-ci ildə başlayıb. 1922-65-ci illər arasında Ermənistan məsələsinin gündəmə gəlməsi, sadəcə 1945-ci ildə Stalinin Ermənistan SSRİ adına Qars və Ardahan vilayətlərinin Türkiyədən tələb etməsi ilə gerçəkləşdirilib. Ancaq Türkiyə müharibəni belə gözə alaraq sovet tələblərini rədd edib. Stalinin Ermənistan adına torpaq tələbi İrəvanda saxta soyqırım abidəsinin açılması ilə nəticələndi. Sovet Elmlər Akademiyasında erməni məsələsi tək tərəfli olaraq işlənib hazırlanmağa başlanıb. Bu hadisələrdən cəsarət alan ermənilər 1947-ci ilə Nyu-Yorkda “Dünya ermənilər birliyi konqresi”ni təşkil etdilər. Konqres BMT-yə müraciət edərək Türkiyədən bəzi tələblər edilməsini qərarlaşdırmış, ancaq heç bir nəticə əldə edə bilməmişdilər.

1965-ci ildə Livan erməniləri Beyrutda təhcirin (məcburi köçürmə) 50-ci ili münasibəti ilə böyük bir nümayiş təşkil etdilər və 24 apreli “Soyqırımı anma günü” elan etdilər. Bu nümayiş Sovet Ermənistanında böyük həyəcan və hərəkətlilik yaratdı. İrəvan da 24 apreli anma günü olaraq qəbul etdi. Braziliyada da bir qrup erməni nümayiş keçirərək təhcirin 50-ci ilini gündəmə daşımağa çalışıblar. Bunun ardınca 1966-cı ilin sentyabr ayında Marjorie Hauspianın “Xatırlanmayan soyqırım” adlı məqaləsi yayınlanmışdır. Bu məqalə yahudi soyqırımı üzərində çalışan İsrael Şarninin diqqətini çəkib. Beləliklə, amerikan ictimaiyyətinə soyqırım mübahisələrinin daşınmasının ilk addımı atılıb. 1965-ci ildən sonra müxtəlif ölkələrdə 20-yə qədər erməni sözdə soyqırım abidəsi açılıb.
1968-ci ildə daşnaklar “erməni mübarizəsini müdafiə komitəsi” adlı yeni bir təbliğat təşkilatı qurdular. Bu komitə dünyanın müxtəlif ölkələrində broşura və jurnallarla sözdə soyqırımı gündəmə gətirməyə çalışıb. Başqa bir təfərdən, sosialist və marksist ermənilər də bu illər ərzində təbliğat təşkilatlarını yaratdılar. SSRİ və Şərq Bloku ilə əməkdaşlıq edən bu qruplar YANTZ, “Jeunesse Armenienne Français” adlı təşkilatlarını qurdular. Sosialistlər həm də Parisdə SSRİ ilə yaxın əlaqələri olan “Erməni Yazıçılar Birliyi” təşkilatını yaratdılar.
Nəzər saldığımız dövr ərzində modern erməni psixoloji müharibə mexanizminin təməl dayaqları də təşkil edilib. E.İlter erməni psixoloji müharibəsini üç başlıq altında araşdırıb: a) Universitet və institutlar vasitəsi ilə həyata keçirilən təbliğat çalışmaları, b) Kütləvi informasiya vasitələri ilə təşkil edilən təbliğat, c) beynəlxalq təşkilatlarda həyata keçirilən təbliğat və d) ermənilərə qarşı təşkil edilən təbliğat.
Təməlləri 1960-cı illərdə atılan bu 4 təbliğat prosesi 1973-cü ildən etibarən silahlı təbliğat ilə dəstəklənmiş və gücləndirilib. Aşağıda bu proseslərin dəqiq araşdırılması göstərilib.
Universitet və institutlar vasitəsi ilə həyata keçirilən təbliğat çalışmaları
erməni psixoloji müharibə mütəxəssisləri ermənilərə yönəlmiş 1915-ci ildə bir soyqırım edildiyini iddiasını qəbul etdirmək üçün “saxta erməni soyqırım tarixini” elm ocaqları olan universitetlər və institutlara dedirtməyin nə qədər önəmli olduğunu daha erkən tarixlərdə kəşf etdilər. Beləliklə, erməni ideoloji soyqırım hekayələri daşnak və xınçaq qruplarının zərərçəmişlik psixologiyası üzərindən erməni kimliklərini qoruyub saxlamaqla birlikdə həm də Türkiyəyə qarşı istifadə ediləcək bir vasitə halına gəlib. Hələ 1967-ci il kimi erkən bir tarixdə ABŞ-dakı eməni lobbisinin maliyyə dəstəyi ilə kaliforniya Universitetində “erməni araşdırmaları institutu” və dünyanın ən nüfuzlu universitetlərindən biri olan Harvard universitetində “Milli erməni araşdırmaları və çalışmaları dərnəyi” qurulub.
Erməni tarixi, mədəniyyəti, folkloru, arxeologiyası kimi sahələrdə də çalışmalar həyata keçirən və beləliklə elmi mənzərə yaradan bu institutların məqsədi 1915-ci ildə həyata keçirilən təhcirin bir soyqırım olaraq qəbul etdirmək və bu zəmində Türkiyə, Azərbaycan və Gürcüstandan torpaq tələblərinə haqlılıq qazandırmaq və Böyük Ermənistanın önünü açacaq bir prosesi işə salmaqdır. Bu quruluşlar eyni zamanda bütün dünyada təbliğatçı olaraq çalışan bir erməni sözdə soyqırımçı tarixçi qrupun yetişdiyi ana rəhmi olaraq da işlər görüb. 1980-ci illərdən etibarən bu təşkilatlarda bəzi Türkiyə Cumhuriyəti vətəndaşlarının Türkiyəyə qarşı sürdürülən psixoloji müharibənin piyadaları olaraq yetişdirildiyi görülüb.
Kütləvi İnformasiya Vasitələrinə qarşı və Kütləvi İnformasiya vasitələrində erməni təbliğatı Erməni təbliğatçıların erkən tarixlərdən etibarən anladıqları və istifadə etdikləri psixoloji müharibə vasitələrindən biri də mtəbuat, ədəbiyyat və kinofilm olub. Erməni soyqırım iddialarının Qərb ictimaiyyətində yayılmasında ən önəmli vasitə yuxarıda sadalanan fəaliyyətlərdən çox romanlar olub. Bu cür romanların başında da Franz Verfelin “Musa Dağında qırx gün” adlı romanı gəlir.
Erməni diaporunun təmsilçilərinin yaşadıqları ölkələrin mtəbuat orqanlarında təsirli olmağa çalışmaları ermənilərin təbliğatının bir qolunu təşkil edir. Ancaq bunun xaricində erməni mətbuat işinin iki yönü də vardır. Bunlardan birini dünya erməniliyinə yönəlmiş, türklərə qarşı kin və nifrəti daim diri tutmağa çalışan, soyqırım hekayələri prosesini təkrar-təkrar istehsal edərək diaspordakı ermənilərin kimliklərinin dağılmasının qarşısını almağa yönəlmiş mətbu nəşrlər təşkil edir. ABŞ, Kanada, Fransa, Yunanıstan, İngiltərə, Livan, Misir kimi ölkələrdə ermənilərə yönəlmiş nəşrlərin bu yöndə qiymətləndiriməsi lazımdır.
İkinci qolu isə müxtəlif ölkələrin ictimaiyyətinə yönəlmiş erməni mətbu orqanları təşkil edir. Bu nəşrlər; kitab, broşura, bildiriş vəs. kimi nəşrlərdir və əsas olaraq soyqırım iddialarını özündə ehtiva edir. Ermənilər internet sahəsindən də çox effektiv bir şəkildə istifadə edirlər. Son dövrlərdə çəkilmiş “Ararat” filmi də erməni təbliğatının bir nümunəsidir.
Erməni təbliğatının yayılması prosesində “Erməni mübarizəsinin sürdürülməsi təşkilatı” adlı təşkilatdan da təbliğat prosesinə köməklik etməsi istənilib. Adı çəkilən təşkilatdan istənilən xüsusatlar bunlardır: Məktəblərin, ibadətgahların, mətbuat və nəşriyyat orqanlarının erməni təbliğatı üçün istifadə edilməsi, yaşadıqları ölkə mətbuatının erməni mücadiləsinə dəstək verməsi üçün çalışılması və erməni kökənli tarixçilərin bu mətbu orqanlarında yer tutmasıının təmin edilməsi, erməni gənclərin bu təbliğat prosesinə qatılmasının təmin edilməsi.


Ümit ÖZDAĞ

Türk professor və dövlət xadimi

Növbəti yazı: Erməni psixloji əməliyyatının 3-cü mərhələsinin (1965-1972) davamı...






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu