Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi


Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi


Ölkənin Ermənistanla həmsərhəd olan çoxsaylı ərazilərində olmuşam. Hərbi xidməti də ön cəbhədə keçirmişəm. Cəbhə zonasında yaşayan sakinlərimizlə etdiyim söhbətlər məndə müxtəlif təəssüratlar oyadıb. Tovuz rayonu Vahidli kəndində yaşayan Sakit dayı ilə söhbətimiz isə Azərbaycan Milli Ordusunun keçdiyi inkişaf yolunu bir film kimi gözlərim önündə canlandırır.

Sakit dayı cəbhə kəndinin sakini olmaqla yanaşı, istefada olan zabitdir. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan gündən əlində silah cəbhədə döyüşüb. Evi dəfələrlə düşmən mərmisindən zədə alıb, demək olar ki, yararsız hala düşüb. Özünün sözlərinə görə, uzun müddət evini yenidən tikdirməyə ürək etməyib: “Müharibə başlamazdan öncə kənd məktəbində direktor işləyirdim. Ailəm böyük olduğu üçün yaşadığımız mənzili də böyütmək lazım idi. Ona görə ssuda götürüb tikinti materialları alıb yığmışdım. Tikintiyə başlamaq istəyirdik ki, münaqişə başladı. Həyətimizə düşən mərmilər hətta tikinti materiallarına da ziyan vurdu, axırda onları da dəyər-dəyməzinə satdım. Sonra illərlə orduda xidmət etdim, baş leytenantdan kapitan rütbəsinə yüksəldim. Tabor komandirinin siyasi işlər üzrə müavini oldum. Sovet ordusunun nizamnaməsini ruscadan Azərbaycancaya çevirirdim və bu minvalla da hərbi qayda-qanunu, ordu quruculuğunun sirlərini digərlərinə nisbətən az-çox daha yaxşı mənimsəyirdim. Ona görə proseslərin gedişatına baxıb yeni ev tikmək fikrindən daşındım. Bilirdim ki, Azərbaycan nizami ordu qurmayınca, ölkədə sabitlik yaranmadığı müddətdə ev tikməyin mənası yoxdur. Lakin 1994-cü il mayın 12-də ümumilli lider Heydər Əliyevin səyi nəticəsində atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda köklü islahatlar aparılacağının anonsunu vermiş oldu. Sonrakı illər ərzində mən ehtiyata buraxılsam da, ordu quruculuğu istiqamətində atılan addımları, görülən işləri diqqətlə izləyə bildim. Beləliklə, 90-cı illərin sonlarına doğru artıq ölkəmizin qüvvətli ordusunun formalaşdığını müşahidə edirdim və bu səbəbdən də ürəklə yeni evimin inşasına başladım. Düzdür, maddi sıxıntılarımız vardı, ailə böyük idi, uşaqlar təhsil alırdı, amma şükür ki, ən əsas olan sabitlik mövcud idi, mən arxayın surətdə mənzil şəraitimi yaxşılaşdıra bilirdim”.

Əslində Sakit dayı ilə etdiyim söhbət yazıda qoyduğum mövzu üzrə mənzərəni açıqlığı ilə ortaya qoyur. Sözügedən münaqişənin ölkəmizə vurduğu maddi-mədəni və ən əsası mənəvi ziyanlar haqda çox geniş yazılıb, müzakirələr aparılıb. Yuxarıda qeyd edilən sadə bir vətəndaşın başına gələnlər bu ziyanların bariz nümunəsidir. Lakin bu ziyanlar daha böyük ola bilərdi, əgər ümumilli lider Azərbaycan dövlətinin başında olmasaydı.


Heydər Əliyev və ordu quruculuğu...

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi


Sovetlər birliyi dağıldıqdan sonra Azərbaycana xarici müdaxilə həmçinin Ermənistanın ərazi iddiaları ordu quruculuğu istiqamətində işlərin normal gedişinə mane olurdu. Üstəlik, şəxsi maraqların önə çıxması nəticəsində ordu əsas vəzifəsini yerinə yetirmək əvəzinə, bəzi fərdlərin ambisiyalarının icraçısına çevrilmişdi. Yaranmış vəziyyət dövlət çevrilişi həddinə çatmışdı. Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı. Silahlı Qüvvələrin formalaşması prosesi geniş vüsət aldı. Orduya çağırışla bağlı bütün problemlər həllini tapdı, fərarilik halları aradan qalxdı. Dövlətçiliyi və hərbçi şərəfini uca tutan zabitlər rəhbər vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı digər zəruri addımlar atıldı.
Sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyir ki, Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi təkcə hərbi texnikadan deyil, bu texnikanı idarə edə biləcək savadlı, ixtisaslı kadrlardan, zabit korpusundan əhəmiyyətli dərəcədə asılı idi: “Bu istiqamətdə də mühüm zəruri məsələlər həllini tapdı.
1993-cü il noyabrın 1-də ölkə başçısının müvafiq fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Həmin gün keçirilən ilk iclasda ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilmiş tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və H.Əliyev ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Qısa müddətdə atılan addımlar öz bəhrəsini verdi - nizami ordu yaradıldı və formalaşmağa başladı”.

1993-cü il noyabrın 23-də qəbul edilən “Müdafiə haqqında” qanunda ordu quruculuğunda məsul vəzifəli şəxslərin və orqanların fəaliyyəti sistemləşdirilərək məsuliyyət sahələri dəqiqləşdirildi. Noyabr-dekabr aylarında 40 ehtiyat taboru təşkil edildi. Ümummilli liderin ordu quruculuğu, orduya sevgi aşılanması istiqamətində atdığı addımlardan biri də 1998-ci il mayın 28-də imzaladığı fərman oldu. Həmin fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Bu fərman ordumuzun quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə daşıyırdı.
“Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”. Bu sözləri H.Əliyevin dilindən tez-tez eşidirdik. Əsgərə, onun timsalında orduya verilən qiymətin bundan gözəl tərənnümü ola bilməzdi.

İlham Əliyev və ordu quruculuğu...

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi



Bu gün artıq Azərbaycan Milli Ordusu əhəmiyyətli gücə malikdir. Yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir. Ordumuzun bu səviyyəyə gəlib çatmasına səbəb isə H.Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlərin bu gün onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilməsidir. Y.Aydəmirovun sözlərinə görə, hərbi sahədə əsaslı islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah və texnika ilə təchiz edilir. Təminatı yaxşılaşdırmaq üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müxtəlif təyinatlı silah növləri istehsal edilir: “İstiqlal” snayper tüfəngi bu qəbildəndir. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90-cı və 95-ci ildönümlərində keçirilən paradlarda ordumuzun qüdrəti bir daha dünyaya nümayiş etdirildi.
Silahlı Qüvvələrdə aparılan struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirib. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanla NATO arasında sıx və səmərəli əməkdaşlıq yaradılıb. Bu əməkdaşlıq ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb. İndi hər il minlərlə hərbçimiz NATO proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsəyirlər. 1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələri NATO standartlarına keçib, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı tabor Şimali Atlantika Alyansının xətti ilə keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına dəstək verir”. Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordularından biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi davamlı sürətdə təkmilləşdirilir, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunur, yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki, hazırda torpaqlarımızı düşməndən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb. Bu, özünü uğurlu aprel döyüşləri zamanı əyani şəkildə təsdiqlədi.
Dövlət başçısı hələ illər əvvəl Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması ilə bağlı qarşıya təxirəsalınmaz vəzifələr qoymuşdu. Bu vəzifələrin hamısı qısa müddətdə reallaşıb. Artıq 10 ildən çoxdur ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini üstələyib. Bu dövrdə Rusiya, Türkiyə, İsrail, Pakistan kimi ölkələrdən arsenalımıza yeni silahlar qəbul olunub. İndiyədək keçirilmiş hər paraddan sonra Azərbaycan ictimaiyyəti ordumuzun artan döyüş imkanlarının bir hissəsini görüb.
Hərbi ekspertin fikrincə, bütün bunlar həm də onu göstərir ki, Azərbaycanın hərbi quruculuğu əsasən Silahlı Qüvvələrin modernləşməsi istiqamətində gedib: “Çünki cəmiyyət daim inkişafda olduğu kimi, ordu da döyüş qabiliyyətini artırmaq üçün arsenalını yeni silahlarla yeniləməlidir. Aparılan islahatlarda ordumuzun rabitə və idarəetmə sistemləri ən müasir hərbi texnoloji sistemlərlə yenilənib. Azərbaycan bu baxımdan kəmiyyət dəyişikliyi ilə yanaşı, keyfiyyət dəyişikliyinə də üstünlük verib”.

Zaman qarşıya yeni hədəflər qoyur. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun qeyd etdiyi kimi, iqtisadi layihələrin, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə, Gürcüstan və Azərbaycan arasında hərbi əməkdaşlıq günün tələbidir. Bu ilin mayında hər üç ölkənin müdafiə nazirlərinin görüşündə əldə edilmiş razılığa əsasən, Silahlı Qüvvələrin birgə təlimləri, təhsil sistemlərinin inteqrasiyası, hərbi-texniki əməkdaşlıq, “İntema” adlı komanda qərargah təlimləri genişlənməkdədir: “Hazırda Silahlı Qüvvələrimizin təhsil sistemində müasir standartlara uyğun yeni proqram tətbiq edilir ki, bu da yüksək hazırlığa malik zabit kadrlarının hazırlanmasına imkan verir. Xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti Türkiyənin, ABŞ-ın, Litvanın, Pakistanın, İordaniyanın, eləcə də NATO-nun hərbi təhsil müəssisələrinin nümayəndələri ilə vaxtaşırı təcrübə mübadiləsində iştirak edir. Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin xüsusi təyinatlı təhsil müəssisələrinin tədris proqramlarının təkmilləşdirilməsi məqsədi ilə Hərbi Akademiyada tədris proqramına “Müdafiə strategiyası və planlaşdırılması” kimi yeni fənn daxil edilib.
Cəbhə bölgəsində yerləşən birləşmələrin döyüş texnikası ilə silahlandırılması hərbi hissələrin atəş gücünü və manevr qabiliyyətini artırıb. Qoşunların sərəncamına daha müasir minaatan, tank əleyhinə idarə olunan raket, daşınan zenit-raket kompleksləri və müxtəlif qumbaraatanlar verilib. Bu proses indi də davam etdirilir.
Təlimlərdə hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılır, döyüş texnikalarının, müasir silahların tətbiqi imkanları öyrənilir, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili səviyyəsi yoxlanılır”.
Bakıda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgilərində ölkəmizin müdafiə sənayesinin istehsal etdiyi məhsullar, ordu quruculuğunda qazanılmış nailiyyətlər nümayiş olunur. “Bu sərgi digər tərəfdaş dövlətlərlə əməkdaşlıq əlaqələri qurmaq baxımından da olduqca faydalıdır” – deyə Y.Aydəmirov vurğulayır.
Hazırda Silahlı Qüvvələrimizin qarşısında dayanan bir nömrəli vəzifə isə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir. Ordumuzun gün-gündən gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, aparılan məqsədyönlü islahatlar məhz bu vəzifənin uğurla yerinə yetirilməsinə yönəlib.

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi

Əsgəri hər bir vətəndaşdan üstün tutmağın Heydər Əliyev nümunəsi[/center]


P.S. Yazını bitirdikdən bir neçə dəqiqə sonra Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında Şərur rayonu istiqamətində mövqelərini bir neçə kilometr irəli çəkərək yeni strateji mövqelər tutması, nəticədə 1992-ci ildən bəri düşmən nəzarətində olan Günnüt kəndinin faktiki işğaldan azad edilməsi ilə bağlı məlumatlar təsdiqini tapdı. Ard-arda əhəmiyyətli nöqtələrin işğaldan azad edilməsinin özü də Azərbaycan Milli Ordusunun üstünlüyündən və qüvvəsindən xəbər verir.

Səbuhi QAFAROV

Məqalə “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu