YAP-da ümumrespublika müşavirəsi keçirilib


YAP-da ümumrespublika müşavirəsi keçirilib


İyunun 30-da Yeni Azərbaycan Partiyası (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək Prezident seçkilərində göstərdikləri fəallığa görə partiya üzvlərinə təşəkkürünü bildirib. Qeyd edib ki, seçkilər yüksək fəallıqla keçirilib. Xalqımız bu seçkilərdə də Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini göstərdi. Prezident İlham Əliyev növbəti 7 ildə də ölkəmizə rəhbərlik edəcək və seçkilərdə xalqımız bunu dəstəklədiyini nümayiş etdirdi. Seçki kampaniyasında YAP üzvləri yüksək fəallıq göstəriblər.

Əli Əhmədov qeyd edib ki, bu il bir sıra əlamətdar hadisələrlə zəngindir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini, iyunun 26-da Bakıda keçirilmiş hərbi paradı buraya aid etmək olar.

Tədbir işini qapalı davam etdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu