4 iyul və Amerikan demokratiyası


4 iyul və Amerikan demokratiyası


Birləşmiş Ştatların konstitusiyasını hazırlayan Amerikan demokratiyasına yön verənlər; kölə çalışdıranlar, böyük torpaq sahibləri, ticarət və sənaye burjuaziyası və bankirlər idi. Bunlar dövləti hələ işin başında ələ keçirmiş, cəmiyyət üzərində quracaqları hegemoniyanı mühafizə altına almağa nail olmuşdular. Konstitusiyada demokratiyadan, bərabərlikdən, qardaşlıqdan sıx-sıx söz açılırdı ancaq azadlıq mücadiləsinə qatılan xalqın bəzi hissəsinin, kiçik təsərrüfatçıların və sənaye mərkəzlərindəki işçilərin haq və hüquqlarını özündə əks etdirən hər hansı bir müddəa yer almırdı. Konstitusiyanı hazırlayan Aleksandr Hamilton ABŞ-ın bank sistemini və maliyyə təşkilatlanmasını quran adam idi. İlk Prezident Corc Vaşinqton çox geniş torpaqlara sahib idi və ABŞ-ın ən zəngin insanı idi. Öldüyü vaxt 314 köləsi var idi.

Amerikan Demokratiyası və “Haqlar Bəyannaməsi”

Amerikan Demokratiyasının təməli sayılan Virjinya İnsan Haqları Bəyannaməsi (1776), yüz il əvvəl İngiltərədə yayımlanan Haqlar Bəyannaməsinin (Bill of Rights-1869) tərcüməsi kimi idi. Virjinya Bəyannaməsinin 6,9 və 13-cü maddələri Haqlar Bəyannaməsinin 4,6 və 22-ci maddələrinin eyni idi. 17-ci əsrdə Amerikaya gəlməyə başlayan Avropalılar arasında ingilislər daha çoxluq təşkil edirdi və burada qurulan ictimai quruluşa onlar yön verdilər. İngilislər ölkələrindəki capitalist inkişafın nəticələrini Amerikaya daşıdı, burada öz təcrübə və dünyagörüşlərinə uyğun nizam qurdular.
İflas etmiş zinətçilər, tacirlər, kiçik mülk sahibləri, Anqlikan Kilsəsinin köçməyə məcbur etdiyi müxtəlif inanc sahibi adamlar, III Uilyamın ölkədən çıxartdığı yakobitlər, parlament tərəfdarları tərəfindən qovilan hərbçilər, II Çarlzın ölkə xaricinə çıxardığı təriqətçilər (Priyenlər) Amerikada təşkil etdikləri koloniyalarla kiçik bir İngiltərə yaratdılar.

ABŞ və köləlik

İngiltərədə bol miqdarda olan işçi və işçi olmağı gözləyən yoxsul kəndlilər Amerikada yox idi. Amerikanın azadlıq və müstəqilliyinə inanan yerli qızıldəirili xalqı kölə və ya muzdlu işçi kiçi işlədə bilmirdilər. Əməyindən yararlanılacaqinsan ehtiyacı, Avropadan gələn və ya gətirilən yoxsul kəndlilər, həbsdən qaçanlar, məhkumlar, bəyaz kölələr ilə ödənməyə başlanıldı. Ancaq bunlar da yetmirdi. Afrika və Qərbi Hind adalarından zənci kölələr gətirildi və işçi qüvvəsi ehtiyacı bunlarla təşkil edilməyə başlandı.
1619-1760-cı illər ərzində Amerikaya 400 min kölə gətirildi. Bu kölələr İngiltərədə torpağındam qoparılan serflərin (feudal ağalar tərəfindən torpaqla birlikdə alınıb satılan kölə) gördüyü işin bənzərini fərqli tərzdə Amerikada gördülər. Kənd təsərrüfatı, ticarət və sənayenin inkişafında kölə əməyindən çox böyük ölçüdə istifadə edildi. Bu istifadə Antik Dövr köləliyindən fərqli idi, süni və daha qəddar bir insane ticarəti idi. Amerikada Antik Dövr köləliyi yaşanmadığı üçün təbii olaraq onun nəticəsi olan feodalizm də yaşanmadı. Qərbi Avropada min illər ərzində meydana gələn ictimai təcrübə, ayaqda qala bilən və istifadə edilə bilən nəticələr olaraq Amerikaya daşındı. İqtisadiyyatda olduğu kimi siyasi sahədə də eyni sinfi hegemoniyanın təsiri altında ictimai bir quruluş ortaya çıxdı.

“Demokratiya”nı quranlar

Birləşmiş Ştatların konstitusiyasını hazırlayan Amerikan demokratiyasına yön verənlər; kölə çalışdıranlar, böyük torpaq sahibləri, ticarət və sənaye burjuaziyası və bankirlər idi. Bunlar dövləti hələ işin başında ələ keçirmiş, cəmiyyət üzərində quracaqları hegemoniyanı mühafizə altına almağa nail olmuşdular. Konstitusiyada demokratiyadan, bərabərlikdən, qardaşlıqdan sıx-sıx söz açılırdı ancaq azadlıq mücadiləsinə qatılan xalqın bəzi hissəsinin, kiçik təsərrüfatçıların və sənaye mərkəzlərindəki işçilərin haq və hüquqlarını özündə əks etdirən hər hansı bir müddəa yer almırdı. Birləşmiş Ştatlar Müstəqillik Bəyannaməsi bu sözlərlə bitirdi: “Bu bəyannamənin qorunması üçün Tanrının inayətinə tam bir güvənlə; həyatlarımız, sərvətlərimiz və ən müqəddəs varlığımız olan şərəfimiz üzərinə and içirik”. Konstitusiyanı hazırlayan Aleksandr Hamilton ABŞ-ın bank sistemini və maliyyə təşkilatlanmasını quran adam idi. İlk Prezident Corc Vaşinqton çox geniş torpaqlara sahib idi və ABŞ-ın ən zəngin insanı idi. Öldüyü vaxt 314 köləsi var idi.

Konstitusiya

Amerikan Konstitusiyası seçmə və seçilmə haqqını İngiltərəd olduğu kimi mülk sahibi bəyaz kişilərə verirdi. Qadınlar, mülksüz ağ kişilər, zəncilər və kölələrin səs vermə haqları yox idi (qadınlara səs vermə haqqı 1919-cu ildə verildi). Konstutusiyanın özü xalqın siyasi təmsil haqlarını əngəlləyən bir sənəd, qəbul edilməsi isə tam bir antidemokratik zərbə çevriliş kimi idi.
Corc Vaşinqton 1796-cı ildə söylədiyi vida nitqində dövlətin və konstitusiyada ifadə edilən idarəçilik formasının özləri baxımından daşıdığı önəmi və hansı şəkildə qorunmalı olduğunu açıq bir dillə ortaya qoyurdu. “Yaratdığımız idarəçiliyin ayaqda qala bilməsi üçün onun üstünə titrəməniz, bu idarəşilikdən ən cüzi şübhəsi olan hər şeyə şiddətlə qarşı çıxmanızı, ölkəmizin hər hansı bir hissəsini digərlərindən ayırmaq ya da bütününü bir arada tutan müqəddəs bağları zəiflətmək üçün ediləcək hər təşəbbüsü ən başında önləməyiniz son dərəcə önəmlidir…"
Konstitusiyanın hazırlanma mərhələsində iki fərqli yanaşma meydana çıxmışdı. Amerikanın bank sistemini və maliyyə təşkilatlanmasını yaradan Aleksandr Hamiltonun rəhbərlik etdiyi qrupa federalistlər, Tomas Ceffersonun başında durduğu qrupa isə antifederalistlər deyilirdi. Bu iki qrup, bugünki Respublikaçı və Demokratçı partiyaların tarixi əcdadıdır.

Xalqdan uzaq demokratiya

Hegemonlar arasındakı mənfəət ziddiyətinə söykənən və xalqı içinə almayan bu iki istiqamət siyasi sistemin sinfi xüsusiyyətləri haqqında fərqli düşünmürdü. İdarəçilikdən daha çox pay ala bilmək üçün xalqı aldadan süni bir yarış içinə girmişdilər. İstər ilk vaxtlarda hakimiyyətə gələn federalistlər, istərsə də 1801-ci ildə hakimiyyətə gələn antifederalistlər daha əvvəl əkinçilərə verdikləri sözləri tutmadılar.
Müstəqillikdən dərhal sonar ortaya çıxan federalist-antifederalist fərqliliyi amerikan xalqı üçün çox da bir şey ifadə etmədi. Içində yer alamadığı güclüləri təmsil edən (və bu günə qədər davam edən) iki partiyalı siyasi bir rejim qurulmuş və bu rejimdəki yeri, rejimin qorunması şərti ilə səs verməkdən başqa bir şey olmurdu. Xalq ən başda siyasətin xaricinə buraxılmışdı.

Xalq deyilənlər

ABŞ-ın iki yüz illik tarixi boyunca davamlı olaraq xalqdan söz açıldı və Amerikanın demokratiyanın gerçək vətəni olduğu irəli sürüldü. Masaçusetsin ilk qubernatoru Con Vintop yeni dünyanın insanlıq üçün bənzərsiz bir nümunə, “təpənin üstündəki şəhər” olduğunu deyirdi. Tomas Peyn üçün Amerika “insanlığın sığınacağı” idi. 18-ci əsrin ortalarında Hosr Qriliy “Qərbə get gənc adam və ölkənlə birlikdə böyü” deyirdi. Tarixçi Ceyms Oliver isə bunları deyirdi: “Tanrının əli onları Qərbə apardı və onlar özləri ilə ən yaxşı şeyləri, mədəniyyəti, təhsili, rifahı, respublikaçı hökuməti və demokratiyanı gətirdilər. İşsiz və boş bir qitəni yer üzündəki ən azad bir xalqın fəziləti və təşkilatları ilə doldurdular. Əfsanə və röya elə bu idi.” Xalqın mövqeyi.
Amerikan xalqı Endryu Cekson hakimiyyəti istisna olmaqla seçkilərə də maraq göstərmədi. Seçkilərə qatılma faizi bu günə qədər davam edən ənənə halında hər zaman 40-50 faiz civarında oldu. Bu nisbətin bəzi əyalətlərdə 10 faizə qədər düşdüyü görülmüşdür. Məsələn 1924-cü seçkilərində Sənubi Karolina əyalətində seçicilərin ancaq 6 faizi səs vermişdi. 1940-cı il seçkilərində Cənubi Karolina, Corciya, Alabama və Arkanzas əyalətlərində səs vermə faizi 20 faiz idi.
19-cu əsrin sonlarında iki partiya xaricində yüksəliş təəssüratı yaradan Populist Partiyası seçkilər və amerikan demokratiyasının xüsusiyyətləri haqqında belə bir fikir bəyan edirdi: “Ölkəyə Uol Strit sahib olmuşdu. Amerika hakimiyyəti xalqın xalq tərəfindən, xalq üçün deyil, xalqın Uol Strit tərəfindən Uol Strit mənafeləri üçün idarə edilməsi sistemini yaratmışdır.” (Uol Strit- Nyu-Yorkda içində birjanın da olduğu maliyyə mərkəzi.) 19-cu əsr məşhur amerikalı ıair Valt Vitman yaşadığı dövrdə ABŞ-ın siyasi quruluşunu tənqid edərkən 20-ci əsrin imperializmini sanki o vaxtlardan görürdü və bunları deyirdi: “O milli federal dövlət və yerli səviyyədəki idarəçilik çürümüşlük, saxtakalıq və səriştəsiz rejim bataqlığı içindədir, ədalət qurumları da bundan nəsibini almışdır. Böyük İskəndəri də, Romanı da ötüb keçən dev bir imperatorluğa doğru yol gedirik”. Dövlətin təsiri altındakı seçkilər.
ABŞ-da seçkilər keçirilən heç bir ölkədə görülməmiş bir üsulla, seçkilərə qatılacaq partiya namziədlərinin müəyyənləşdirilməsində dövlətə yoxlama səlahiyyəti verilmişdir. 1903-cü ildə qəbul edilən və bütün əyalətlərdə qüvvədə olan qanunla, seçkiyə qatılacaq namizədlərin müəyyənləşdirilməsi, cəmiyyət adına hərəkət edən dövlət məmurlarının nəzarətində olmuşdur. Amerikada partiya daxilindəki mübarizə demokratik yarış deyil, müxtəlif mənffətçi qruplarını təmsil edən şəxslər arasındakı ixtilafdır. Siyasi quruluşu və qabiliyyətləri necə yükəsk olursa olsun, arxasında hər hansı bir maliyyə, sərmayə dəstəyi olmayan namizədlərin seçilmə şansı yoxdur. Bu səbəbdən də intriqa və rüşvət siyasətin təməl ünsürləri vəziyyətinə gəlib çıxmışdır.

Partiya xaricindəki güclər

İki partiya içində güclü bir şəkildə təmsil edilən partiya xarici güclər, yəni şirkətlər; həyata keçiriləcək proqramları, çıxarılacaq qanunları və bu işi icra etməli olan kadrları müəyyən etmə gücünə malikdir. Namizədlərin müəyyən edilməsi iş çevrələri və onların adından hərəkət edən təşkilatlar üçün o qədər önəmlidir ki, bu önəm şirkət-partiya əlaqələrini siyasətə yön verən istiqamət verici ünsür halına gətirmişdir. Bu vəziyyətə Amerikan tarixinin hər dövründə mövcud olmuşdur. Parlament və icra hakimiyyəti orqanlarına elə insanlar seçilməlidir ki, bunlar şirkət mənffətlərini, hər hansı bir xəbərdarlığa ehtiyac duyulmadan qorumalı və ehtiyac olan qanunları gecikdirmədən çıxarıb icra etdirməlidirlər. Bu cür əlaqələr üstündə qurulmuş olan iki partiyalı siyasi sistemdə Respublikası və Demokrat partiyalar növbə ilə iqtidara gəlirlər. Bu partiyaların əsla güzəıtə getmədikləri tək prinsip böyük sərmayə qrupunun mənfəətlərinə zidd olaraq heç bir işi görməmək və onlarla birgə çalışmaqdır. Amerika cəmiyyətini araşdırmaqla məşğul olan məşhur Amerikalı iqdisadçı professor Lester Turov “Kapitalizmin Gələcəyi” adlı əsərində ABŞ-da siyasi partiyalarla seçki məsələsi barədə bunları deyir: “Seçkilər sadə mövzular ətrafında dönən rəy yoxlamalarına çevirilir və televiziyada ən yaxşı kimin göründüyünə bağlı olur. Seçkilər bir dələduzlar qrupunu digər dələduzlar qrupu ilə dəyişdirmə olaraq görülməyə başlayır. Hər kə başqa birinin deyil öz etnik qrupunun qənimətlərdən faydalanmasını təmin etmək üçün səs verir.” Parti hegemoniyası.
Milli Sənayeçilər Birliyi, ABŞ Ticarət Palatası, Amerikan Bankirlər Birliyi, Amerikan Təsərrüfatçılar Birliyi, Sənaye Təşkilatları Konqresi kimi təşkilatlar hər iki partiya üzərində kəskin bir hegemoniyaya sahibdir.

Bu təşkilatlar xüsusilə də böyük şəhərlərdə “siyasi partiyalar adına” işlər görürlər. Seçilməsini istəmədikləri namizədlərin önünü kəsmək üçün müxtəlif imkanlara malikdirlər. Yaxşı təşkilatlanmış və maliyyələşdirilmişdirlər. Amerikalı araşdırmaçılar Qabriel Kolka və B.Reich şirkətlərin partiyalarla əlaqələri haqqında belə deyirlər: “ABŞ-dakı hər iki partiya da şirkətlərdən gələn pullardan o qədər asılıdırlar ki, heç biri şirkətin gücü ilə qarşı-qarşıya gələ bilməz... Böyük holdinqlərin siyasi partiyalar və qanunvericilik orqanı üzərindəki böyük təsiri təkcə seçki kompaniyalarına etdikləri maliyyə yardımından ibarət deyildir. Şirkətlər çalışdırdıqları vəkil, lobbiçi və ictimaiyyətlə əlaqələr mütəxəssisləri ordusu ilə partiyalar üzərində böyük təsirə malikdirlər.”

Demokratiyamı, Oliqarxiyamı?

ABŞ siyasi arenası şirkətlər, partiyalar və idarəçiliyə cəlb edilən böyük sərmayə təmsiçiləri arasında sağlam əlaqələrdən təşkil edilmişdir. Gizlənmiş bir təzyiqlə örtülən və siyasi ənənə halına gələn əlaqələr zinciri Amerikadakı idarəçilik formasını ancaq avtokratik rejimlərdə rast gəlinən və kiçik bir azlığı təmsil edən bir oliqarxiyaya çevrilmişdir. 19-cu əsrdə sərmayə sinfinin bütününün təmsil edilməsinə imkan verən siyasi şərait bu gün kiçik sərmayə qruplarını da kənarda qoymuşdur. Yalnız maliyyə və sənaye inhisarlarının faydalandığı bir sistemə çevrilmişdir. Dövlət siyasətinə yön verən yuxarı səviyyəlui kadrların demək olar ki, hamısı böyük şirkətlərlə birbaşa bağlantıları olan şəxslərdən ibarətdir.
ABŞ-da yüksək vəzifələrdə yer alan şəxslərin xüsusiyyətləri bunu açıq şəkildə ortaya qoyur. Məsələn Corc Buş prezident olmamışdan əvvəl Arbusto-Bush neft axtarma şirkəti və Harken neft şirkətində işləmişdir. Prezident köməkçisi Dik Çeyni Hallibruton Neft Şirkətində idarə heyəti sədri idi. Bəzi idarəçilərin vəzifələri və gəldikləri yerlər belədir: Prezidenti Milli Təhlükəsizlik Baş məsləhətçisi Kondoliza Rays Chevron Neft Şirkətinin İdarə heyəti üzvü idi, Ticarət Naziri Donald Evans Tom Brovn Neft Şirkətinin İdarə heyəti sədri idi. Daxili İşlər Naziri Qeyl Norton Enerji Şirkətlərinin Advokatı id. Enerji naziri Spenser Abraham Avtomobil İnstitutunun Təmsilçisi idi. ABŞ-da mülki şəxslər hökumət vəzifələrinə gələrkən yüksək rütbəli hərbçilər də pensiyaya göndərildikdən sonra şirkətlərə gedirlər. Bu gedişat Amerikan siyasətinin təməlində yer alan bir ənənədir. Məsələn ABŞ Pasifik Ordu Komandanı Çarlz Larson Unocal Neft Şirkətinin İdarə heyətinin üzvlüyünə, ABŞ hava Qüvvələri Baş katibi Donald Rays Unocal Neft Şirkətinin İdarə heyətinin üzvlyünə, General-polkovnik Con Salikaşvili Karil Qrupunun İdarə Heyətinin sədrliyinə təyin edilmişdilər. Qanun olmayan qaydalar. İctimai müxalifəti hərəkətə gətirməyə çalışan bütün partiya cəhdləri ABŞ-da davamlı və ağır basqı ilə üzləşmişdir. “Amerika ideyalarına düşman ünsürlər” olaraq damğalanan siyasi təşəbbüslər Corc Vaşinqtonun vida nitqində vəsiyyət etdiyi kimi daha doğularkən qabaqlanmış və əzilmişdilər. İki yüz illik Amerika siyasi tarixi bu cür qabaqlama və xalqı siyasətin xaricində buraxmağı bacaran təşəbbüslərlə doludur. Köçmən işçilər arasındakı dil və din fərqliliyindən istifadə etmək, pinkertonizm adı verilən təzyiq hərəkətləri, agent büroları, aksiya qırıcılar, mafiya əlaqələri, irqçi, etnikçi təşkilatlar, Ku-Klu Klanlar, zənci qırımları, sosialistlərə tətbiq edilən basqı və cinayətlər Amerika tarixinin oturuşmuş elementləridir.
ABŞ-da başdan bəri aksiya edən ya da təşkilatlanmağa yönələn işçilər qara siyahıya alınır və bunlara heç bir şərtlə iş verilmir. Sənayeçilər və böyük ərazi sahibləri təkcə bu iş üçün ölkə səviyyəsində təşkilatlar qurmuş və sosialistləri, sindikatçıları, qabaqcıl işçiləri ifşa etmişdirlər. Amerikan İşçiləri üçün ən qorxulu təşkilat Milli Emalatçılar Birliyidir və bu kimi təşkilatlar içində ən başda yer alır. Uğursuz Cədhlər Partiya təşkilatlanmasının üstündəki bütün qanuni və qanunazidd əngəllərə baxmayaraq Amerikada Demokrat və Respublikaçılar partiyası xaricində bir sıra partiyalar qurulmuşdur. Şiddətli təzyiqlə üzləşən bu partiyalar bəzi vaxtlarda və bəzi bölgələrdə kiçik seçki uğurları əldə etmişlər. Ancaq heç biri, heç bir zamani iqtidara namizəd olacaq gücə çatmamışdır.
Sosialist İşçi Partiyası (Socialist Labor Party-1877), Milli Partiya (Greenback-1878), Xalq Partiyası (Populist Party-1892), Sosialist Partiya (Socialist Party-1900),Komunist Partiyası (Communist Party-1919), Amerika İşçi Partiyası (American Labir Party-1936), Əkinçi-İşçi Partiyası (Farmer-Lobor Party), Anti-İnhisar Partiyası (Anty-Monopoly Party), Liberal Partiyası (Liberal Party) bu cür partiyaların bir hissəsidir. Bu partiyalardan heç biri iki böyük partiyaya qarşı imkan təşkil edəcək sabit gücü əldə edə bilməmişlər və Amerika tarixi boyunca növbə ilə Respublikasçı və Demokrat partiyalar hakimiyyətdə olmuşlar. Bu sıralama Vətəndaş müharibəsindən bu günə qədər belə olmuşdur: (1863-1875) Respublikaçılar, (1875-1881) Demokratlar, (1881-1887) Respublikaçılar, (1887-1889) Demokratlar, (1889-1891) Respublikaçılar, (1891-1895) Demokratlar, (1895-1911) Respublikaçılar, (1911-1921) Demokratlar, (1921-1931) Respublikaçılar, (1931-1952) Demokratlar, (1952-1960) Respublikaçılar, (1960-1968) Demokratlar, (1968-1977) Respublikaçılar, (1977-1981) Demokratlar, (1981-1992) Respublikaçılar, (1992-2000) Demokratlar, (2000-dən bu günə qədər) Respublikaçılar.

Türk araşdırmaçı-yazar
Metin Aydoğan
04 iyul 2018-ci il
Tərtib etdi: Səbuhi QAFAROV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu