“Hüquq-mühafizə orqanları xalqımızı və dövlətimizi qorumağa qadirdir”

Xəbərin çap versiyası
Tarix: 11-07-2018, 20:57    |    Xəbər oxunub: 667 dəfə
“Hüquq-mühafizə orqanları xalqımızı və dövlətimizi qorumağa qadirdir”


10 iyulda xaricdən idarə olunan bəzi qüvvələr iğtişaş yaratmağa cəhd etdilər. Bu, dövlət və dövlətçiliyə qarşı atılmış ən çirkin addımdır. Lakin Azərbaycan dövləti nə dərəcədə güclü olduğunu bir daha göstərdi. Gəncədə baş verən hadisələrin əsas ideyaverici qüvvələrinin planı iflasa uğradı.
Əlbəttə ki, dövlətə sevgisi olan hər bir cəmiyyət üzvü bu məsələyə görə narahatdır. İctimaiyyət nümayəndələri Gəncə hadisələrini törədənlərə qarşı öz etirazlarını bildirdilər.


Politoloq Ramiz Alıyev qəzetimizə bildirdi ki, belə bir hadisənin baş verməsinə görə hər bir vətəndaşımız olduqca böyük bir sarsıntı keçirdi: “Ölkəmizdə xalq ilə hakimiyyətin birliyi mövcuddur. Lakin bəzi adamların bir arzu və istəyi var, o da ölkəmizi xaosa çevirmək, dövlətimizi hansısa güclər qarşısında asılı vəziyyətə salmaq. Ancaq o cür cılız “siyasətçi”lər anlamırlar ki, xalqımız öz seçib dəstəklədiyi rəhbərinin yanındadır və nə olursa olsun, öz liderinə sadiqdir. Azərbaycan xalqı artıq bu cür provokasiyalara getmir və kimsə xalqımızı çirkin oyunların iştirakçısı edə bilməz”.
Ramiz Alıyev qeyd etdi ki, Gəncədə son baş verənlər dövlətimizə və xalqımıza qarşı atılan çirkin addımlardır: “Məqsəd dövlətçiliyimizə zərbə vurmaq və insanlarımızın xəsarət alması, düşmənlərimizin istəklərini rahat formada ölkəmizdə tətbiq etməkdir. Ancaq mən, xüsusən, qeyd etməliyəm ki, Azərbaycan polisi və digər hüquq-mühafizə orqanları bir daha xalqımızı və dövlətimizi qorumağa qadir olduqlarını və heç bir qüvvəyə xalq ilə dövlətimizin birliyini pozmağa imkan verməyəcəyini göstərmiş oldu. Azərbaycan polisi xalqımızın keşiyində möhkəm dayanıb, dövlətimizin zərər görməsinə heç bir zaman imkan verməyəcək. Şəhid olan polis zabitlərimizə bütün xalqımız üzüldü və hər kəs bu itkini özündə hiss etdi. Polis əməkdaşlarımızı şəhid edən o cinayətkarların ən ağır formada öz cəzalarını alacaqlarına əminik və bunu daxilində insanlığı ölməmiş hər kəs istəyir. İllərdir ölkəmiz və dövlətimiz üçün çalışan, xalqımızın keşiyində duran bu cür polis zabitləri şəhid etməyə heç kimin haqqı yoxdur”.

“Hüquq-mühafizə orqanları xalqımızı və dövlətimizi qorumağa qadirdir”


“Gəncə hadisəsində əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır”

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov isə dedi ki, Gəncə şəhəri Azərbaycanımızın ürəyidir: “Ermənistan xüsusi xidmət orqanları başda olmaqla, bir çox xarici qüvvələr öz çirkin əməllərini həyata keçirmək üçün məhz Gəncə şəhərini seçməsi heç təsadüf deyildir”.
Çingiz Bayramov bildirdi ki, milli və mənəvi dəyərlərə bağlı olan qədim Gəncə şəhərində dini radikal ünsürlərin dövlətimizin polisinə əl qaldırılması və iki qəhrəman polisimizi şəhid etməsi ən böyük cinayətdir: “Bu hadisədə yaxından və ya uzaqdan əli olan hər bir kəs məsuliyyətə cəlb olunmalı və hüquqi müstəvidə layiqli cəzasını almalıdır. Azərbaycan dövlətçiliyini qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur”.(Palitra)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?-

Yaponiya bankının İrana sanksiya tətbiq etməsi nəyi dəyişəcək?- ŞƏRH

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Sahil Babayev Lənkəran rayonunda 5 rayonun sakinləri ilə görüşüb

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib-

Qənirə Paşayeva Masallıda Aprel döyüşləri şəhidlərinin ailələrini ziyarət edib- FOTOLAR

"Asan İmza"dan istifadə 2,5 manat oldu: üstünlüklər haqda

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

Prezident Parisdə bır sıra görüşlər keçirib-

Prezident Parisdə bır sıra görüşlər keçirib- YENİLƏNİB

Paşinyan Qarabağda müharibə riski haqda:

Paşinyan Qarabağda müharibə riski haqda: Rusiya buna imkan verməz

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Sabah Bakıda havanın temperaturu 32 dərəcə olacaq

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur